AZCON Holding-in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüşüb.
Yol-xeber.az xəbər verir ki, Görüş zamanı metropolitenin fəaliyyətində tətbiq olunan yeniliklər, sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi, həmçinin gələcək inkişaf planları ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub.
İctimai Şura üzvləri ilə aparılan açıq və konstruktiv dialoq, cəmiyyətin gözləntilərinin dinlənilməsi və ictimai nəqliyyat sistemində innovativ yanaşmaların tətbiqi barədə diskussiyalar hər iki tərəf üçün faydalı olub.
Sonda bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
