![]() |
|
Beyləqan şəhərində yol infrastrukturunun yenilənməsi məqsədilə aparılan abadlıq işləri çərçivəsində Mikayl Müşfiq küçəsində asfaltlanma işləri davam etdirilir.
“Yol-xeber.az” xəbər verir ki, hazırda küçədə müvafiq texnika və canlı qüvvə cəlb olunmaqla asfalt örtüyünün çəkilişi həyata keçirilir.
İşlər mərhələli şəkildə aparılır və qrafikə uyğun olaraq davam etdirilir.
Asfaltlanma işlərinin yekunlaşması ilə ərazidə nəqliyyatın hərəkəti daha da rahatlaşacaq, sakinlərin gündəlik gediş-gəlişi üçün əlverişli şərait yaradılacaq.
Qeyd edək ki, rayon ərazisində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.