![]() |
|
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin 5 əməkdaşına polis kapitanı rütbəsi verilib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı, Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov, Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov, Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev və Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımova polis kapitanı rütbəsinə layiq görülüblər.
DİN-in Mətbuat Xidməti məlumatı təsdiqləyib.
Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
ikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, E.Bağırov bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsində çalışırdı.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinə müavin təyin edilib.
Bəşir Qüdrət oğlu Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 15-də müvafiq Sərəncam imzalayıb. Bu təyinata qədər Bəşir Hacıyev həmin Xüsusi Nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışırdı.
Bəşir Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub. O, 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub.
2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.
Azərabycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrəvan qarşısında qoyduğu şərtlər Ermənistanı susmağa vadar edib.
Bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan öz teleqram kanalında yazıb:
“Hikmət Hacıyev rəsmi Bakının planlarını açıq şəkildə təqdim edib.
Şərtlər bunlardır:
- Ermənistan Qarabağ məsələsini unutmalıdır. Bu məslədə hər hansı beynəlxalq tənzimləmə mexanizmləri olmayacaq.
- İlin sonuna qədər sülh müqaviləsini imzalayıb, delimitasiya prosesini həyata keçirmək;
- Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndinin geri qaytarılması…
Ovanesyan bildirib ki, Hikmət Hacıyevin bu şərtlərindən sonra İrəvanda istər hakimiyyət, istərsə də müxalifət düşərgəsində bir susqunluq müşahidə olunmaqdadır.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə terrorunun 2-ci ildönümü ilə bağlı Gəncə şəhərinə gedib.
Bu barədə səfir "Twitter" hesabında paylaşım edib.
“Gəncənin və günahsız insanların Ermənistan tərəfindən raketlərlə bombalanmasının 2-ci ildönümüdür və əziz şəhidləri anmaq üçün Gəncəyə yollanırıq. Unutmadıq, unutmayacağıq və unutdurmayacağıq”.