![]() |
|
"Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirstanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə Azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir".
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində deyilir.
"Məlum olduğu kimi Ermənistan, ərazisində tarixən məskunlaşan Azərbaycanlılara məxsus tarixi,mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misligörünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə yeksan edib, qəbirstanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub", - məlumatda deyilir.
Qeyd olunub ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub.
Bu, nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi, Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır.
Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur.
Yayılan video görüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir.
Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir.
Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntıları, video görüntülər şəklində yayılmış vandallıq əməllərini müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır.
Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır".
Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda bildirilib.
“Dünyanı Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib.
Bu gün - oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.
2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadrat kilometr, əhalisi isə 134 333 nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Rayon əhalisinin 50%-ə qədəri işğaldan azad olunmuş ərazisindəki 1 şəhər, 17 qəsəbə, 21 kənddə yaşayır. Digər rayon sakinləri isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Beyləqan, İmişli, Saatlı, Sabirabad və digər rayonlarda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Artıq Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa edilir. Burada hələ ötən ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Bundan əlavə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Füzuliyə səfər ediblər.
Füzulidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə abidə - 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi ucaldılıb. Bu ilin sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfəri zamanı həmin xatirə lövhəsini ziyarət ediblər.
“İt motaldan əl çəksə də, motal itdən əl çəkmədiyi kimi Qarabağ erməniləri İrəvandan əl çəkmir”
Xankəndidəki separatçılar neçə gündür ki, İrəvanda hakimiyyət nümayəndləri ilə görüşmək üçün qapılarında yatır. İrəvanda isə Xankəndidən oktyabrın 9-dan gələn “nümayəndə heyətini” qəbul etmək istəmirlər və onlara soyuq münasibət bəsləyirlər. Bununla İrəvan artıq "bizdən əl çəkin" mesajını versə də, onlar zəli kimi yapışıblar. Bu isə “İt əl çəkdi, motal əl çəkmədi” misalını xatırladır.
İrəvan Qarabağın Ermənistanın və ermənilərin başına bəla olduğunu başa düşüb, bunu açıq bəyan etsə də, qarşı tərəf hər vəchlə ermənilərə bəla olmaqda davam etməkdən çəkinmirlər.
Məlum Praqa görüşündən sonra ciddi təşvişə düşən Xankəndidəki separatçılar oktyabrın 10-dan Ermənistan rəhbərliyi ilə görüşmək üçün İrəvanda qapılarda yatmaqdadırlar. Ermənistan rəhbərliyi isə onlara soyuq münasibət bəsləyib onlarla görüşmək istəmir.
“Motalın itdən” əl çəkmədiyini görən Ermənistan rəhbərliyi məcburiyyət qarşısında görüşə razılıq verib. Razılıq verib, özü də necə razılıq. Onlar birgə qəbul edilməyəcək. Tək-tək qəbul ediləcəklər.
Baş nazir Nikol Paşinyan “nümayəndə heyətini” birgə deyil, ancaq Xankəndidəki separatçıbaşı Araik Arutyunyanı bir neçə gün gözlətdikdən sonra ancaq oktyabrın 13-də qəbul edib. Düzdür, Paşinyanın rəhbərliyi ilə Xankəndidən gələn “nümayəndə heyəti” arasında görüş nəzərdə tutulsa da, sonradan bu formatda görüşdən imtina edilib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə separatçıların bir neçəsi ilə görüşüb.
Xarici işlər naziri isə səfərdə olacağını bəhanə edərək Qarabağın erməni separatçılarını qəbul etməkdən hələ də boyun qaçırır.
İrəvanın Xankəndidəki separatçılarına olan soyuq münasibəti erməni mediasında da geniş müzakirə mövzusuna çevrilib.
“Hraparak” mətbu orqanı yazır ki, Ermənistanın hakimiyyət orqanları “artsax” xalqına açıq şəkildə "bizdən əl çəkin" mesajını verir. “Artıq bu son zamanlarda bütün səviyyələrdə qabarıq formada öz təzahürünü göstərir.
Ermənistan hakimiyyətinin yüksəkrütbəli nümayəndləri müharibədən sonra Xankəndinə səfər etməkdən imtina edib. Bu isə o deməkdir ki, Xankəndidən də “məmurlar” Ermənistana səfər etməsinlər və bizə ümid bəsləməsinlər”, - mətbu orqanı yazır.
Artur Mosiyan İrəvan səfəri haqqında “Hraparak”a açıqlamasında deyib ki, nümayəndə heyətinin üzvləri onlara qarşı belə nifrətdən hədsiz narahatdırlar.
“Bir neçə gündür telefon zənglərinə belə cavab vermirlər. Ermənistan hakimiyyətinin davranışı artsaxa və artsax xalqına aydın münasibət deyilmi?”, - o qeyd edib
"Artsax"ın “parlamentinin deputatı” Metaxe Akopyan isə bildirib ki, Ermənistan hakimiyyəti ümumiyyətlə əlaqədən yayınır.
“İrəvanda artıq Xankəndidən gələnləri formal xakter daşıyan qaydada, alçaldıcı bir formada qəbul edirlər. Praqa görüşündən sonra isə Ermənistanın Azərbaycanla sülh sənədi imzalaması aydın hiss olunur. Yəqin Astana paketi də olacaq. Daha bir neçə gün gözləyəcəyik”, - o qeyd edib.
Yəni İrəvanda bütün bu hərəkətləri ilə Qarabağdakı erməni separatçılarından əlini çəkdiyini və Azərbaycanın təklif etdiyi şərtləri qəbul etdiyini göstərməyə çalışır. Ancaq Qarabağdakı separatçılar hələ də “it motaldan əl çəksə də, motalın itdən əl çəkmir” prinsipindən istifadə edərək Ermənistanı növbəti bəlalara sürükləməyə çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
“Azərbaycan və Ermənistan Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəliblər. Bu, sülh müqaviləsinin əsasını təşkil edir”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astanada rusiyalı həmkarı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəfli görüşdə deyib.
O xatırladıb ki, sonuncu dəfə bu formatda görüş bu ilin may ayında Düşənbədə keçirilib:
“Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüş keçirilib və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub”.
"Fransa Respublikasının Prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildilirlib.
Fransa Prezidenti məhz o dövlət başçısıdır ki, Ermənisanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri omasına rəğmən bir kəlmə də olsun söz deməyib. Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur.
Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.
Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.
Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.