![]() |
|
Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.
Yol-xeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər.
Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Yol-xeber.az xəbər verir ki, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.
“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum"unu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzalayıblar.
"Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzalayıblar.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova imzalayıblar.
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Sosial Fondunun sədri Bəxtiyar Əliyev imzalayıblar.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev imzalayıblar.
Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.
“Yol-xeber.az” xəbər verir ki, parkın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.
Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tədbirdə çıxış ediblər.
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gedib.
“Ölkə başçısının Ala-Arça dövlət iqamətgahında Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən rəsmi qarşılanma mərasimi olub.
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub.
Məlumat verilib ki, “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” - “Ataların məzarlığı” adlandırılıb.
Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.
Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.
Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan “Urkun” abidəsi də var.
***
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
“Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Yol-xeber.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
“Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılığa gəli, indi bunu həyata keçirmək qalır”.
Report xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz jestlər edirik. Rəsmi İrəvan bu jestləri qiymətləndirməlidir”, - o vurğulayıb.
Prezident İlham Əliyev bu gün Qırğızıstana səfərə yollanacaq.
Bu barədə məlumatı “Sputnik Qırğızıstan” yayıb.
Məlumata görə, Prezidentin Qırğızıstana səfəri 2 gün davam edəcək.
Səfər çərçivəsində İlham Əliyev qırğız həmkarı Sadır Japarovla danışıqlar aparacaq. Prezidentlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair aktual məsələləri müzakirə edəcəyi gözlənilir.
Səfər zamanı Dövlətlərarası Şuranın ilk iclasının da keçiriləcəyi planlaşdırılır. Bununla yanaşı, Qırğızıstan və Azərbaycan Dostluq parkının, Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı da nəzərdə tutulub.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub ki, bu, Ermənistanın növbəti təcavüzü idi.
“2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 1- mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, - paylaşımda bildirilib.
Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan qədim şəhər olan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.