![]() |
|
“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
“Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunmasının regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib.
“Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”.
“Yol-xeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.
“Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim vəziyyətimizlə bağlı qəbul edilmiş qətnamələr 27 il ərzində icra olunmamışdı. Azərbaycan özü Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrinin icrasını təmin edib”, - dövlət başçısı vurğulayıb.
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Hazırda Sammitin geniş tərkibdə iclası keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.
Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Xatırladaq ki, hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir.
Ermənistan hakimiyyəti Azərbaycanın anklavları olan kəndlərin bələdiyyə rəhbərlərinə həmin ərazilərin Bakının nəzarəti altına keçəcəyi ilə bağlı məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, bu sözləri “Review” verlişinin efiri zamanı tanınmış erməni politoloq Edqar Elbakyan bildirib.
Onun sözlərinə əsasən, Azərbaycanın nəzarəti altına Kərki, Yuxarı Əskipara, Bərxudarlı, Xeyrimli (Kayan) kəndləri və onlara yaxın ərazilər keçəcək.
Zəngəzur vilayətinin inzibati rayon rəhbəri Xaçatur Baqdasaryan İrəvandan rayon rəhbərlərinə gələn məxfi məktublardan danışarkən qyd edib ki, bizə İrəvandan “təhlükəli əraziləri boşaldın” deyirlər, amma biz buralardan çıxmaq niyyətində deyilik.
Qeyd edək ki, Azərbaycanın anlkavları olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi hələ də geri qaytarılmayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.
Oxu.az verdiyi məlumata görə, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir.
Xatırladaq ki, Ermənistana missiya göndərmək təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Sentyabrın 13-də KTMT Şurası videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın missiyasını Ermənistana göndərmək barədə qərar qəbul edib. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti qiymətləndirməkdir.
Yeri gəlmişkən, missiyanın tərkibinə daxil olan KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə gələn həftə gələcək. Səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə o, tviter hesabında yazıb:
“Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik.
Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən dövlət başçıları Səmərqənddə Konqres mərkəzinin həyətində ağac əkiblər.
Yol-xeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Facebook” hesabında paylaşım edilib.
Həmin paylaşımı təqdim edirik:
Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətini itirmək və ya ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmək təhlükəsi qarşısında radikal-revanşistlərin təsiri altına düşməyə başlayıb... Paşinyan hakimiyyəti devrilərsə, onu əvəzləyəcək erməni revanşistlərə Azərbaycanın yenə də "dəmir yumruq" təlimini bir neçə dəfə təkrarlaması lazım gələcək...
"Musavat.com xəbər verir ki, Ermənistan daxili xaos mərhələsinə doğru sürətlə yaxınlaşır. Hazırda Ermənistanı kütləvi etiraz dalğası bürüyüb. Azərbaycanın sarsıdıcı “dəmir yumruq” zərbəsi Ermənistanı əməlli-başlı qarışdırıb. Ona görə də, Paşinyan hakimiyyəti savaş meydanındakı növbəti ağır məğlubiyyətdən sonra indi həm də daxili siyasi mübarizə arenasında çıxılmaz vəziyyətə düşüb.
Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının artıq qaçılmaz olduğunu anlayır. Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən sonra erməni baş nazir Ermənistan cəmiyyətinə verdiyi siyasi mesajlarda bunu açıq şəkildə etiraf etmişdi. Və erməni toplumunu sülh sazişinin imzalanmasına hazırlamağa çalışmışdı.
Məsələ ondadır ki, baş nazir N.Paşinyan Azərbaycanla sülh sazişini imzalayacağını açıq mətnlə bəyan etmişdi. O, Ermənistanın dəhşətli hərbi itkilərindən danışaraq, sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərinə götürdüyünü vurğulamışdı: “Amma bu, Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bu qərarları verməliyik. Biz elə bir sənəd imzalamaq istəyirik ki, çoxları bizi qınayacaq, söyəcək, “xain” adlandıracaq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq istəyəcək. Ancaq nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam”.
Eyni zamanda, erməni baş nazir vurğulamışdı ki, onu özünün başına gələcəklər deyil, məhz Ermənistanın taleyi düşündürür. Ancaq baş nazir N.Paşinyan bu açıqlamasından çox qısa zaman ərzində imtina etməli oldu. Hətta bəyan etdi ki, heç bir sənəd imzalamaq niyyətində deyil.
Səbəbsə, çox sadədir. Erməni baş nazirin “imza açıqlaması”ndan dərhal sonra revanşist radikallar vəziyyəti qarışdırdılar, parlamentin ətrafında gərginlik yaratdılar. Nəticədə elə bir situasiya yarandı ki, baş nazir N.Paşinyan Ermənistanın taleyi deyil, məhz özünün başına gələ biləcəklər barədə düşünmək məcburiyyətində qaldı.
İndi belə anlaşılır ki, erməni toplumunun panik durumda olmasından istifadə edən revanşist-radikal siyasi dairələr Ermənistan ordusunun savaş meydanında növbəti dəfə darmadağın edilməsini öz maraqlarını reallaşdırmaq üçün bir fürsətə çevirməyə çalışırlar. Əslində, onların bununla bağlı təcrübəsi də olmamış deyil. Çünki, revanşist-radikallar 44 günlük savaşdakı məğlubiyyətdən sonra da Paşinyan hakimiyyətini devirməyə cəhd etmişdilər. Ancaq o vaxt baş nazir Nikol Paşinyan müxtəlif siyasi manevrlərlə öz hakimiyyətini qorumağa buna nail olmuşdu.
Ancaq indi Paşinyan hakimiyyətinin vəziyyəti daha acınacaqlıdır. Çünki, vaxtilə erməni baş nazir öz hakimiyyətini qorumaq üçün müəyyən müddət Rusiyaya sığınaraq, Kremlin dəstəyini də almağa nail olmuşdu. Bu dəfə isə situasiya əvvəlkindən qat-qat qəlizdir. Və bunda Rusiya-Ermənistan münaibətlərinin indiki durumunun birbaşa təsiri mövcuddur.
Məsələ ondadır ki, son vaxtlar Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri ciddi şəkildə gərginləşdirən addımlar atıb. Hətta münasibətlər o qədər korlanıb ki, indi Kreml də Paşinyan hakimiyyətinin devrilməsində maraqlı görünür. Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşıb, yaxınlaşmağa çalışdığı ABŞ və Qərbin isə Ermənistanda strukturlaşmış siyasi müdaxilə mexanizmləri demək olar ki, yoxdur. Rusiya isə revanşist-radikallar da daxil olmaqla, Ermənistandakı əksər siyasi qüvvələrə nəzarət və təsir edə bilir.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin devrilə biləcəyi qətiyyən istisna deyil. Ancaq bir önəmli məqam da var ki, baş nazir Nikol Paşinyan kifayət qədər hiyləgər siyasətçidir. Yəni, o, yenə də mövcud vəziyyətdən hansısa siyasi manevrlər ilə çıxa bilər.
Təbii ki, baş nazir N.Paşinyanın öz hakimiyyətini qoruya bilməsi müəyyən mənada, Azərbaycanın maraqlarına cavab verir. Çünki, erməni baş nazir ölkdaxili təzyiqləri aşa biləcəyi təqdirdə, Azərbaycanın diqtə etdiyi şərtlərlə sülh sazişinin imzalanmasına hazır görünür. Baş nazir N.Paşinyan proqmatik siyasətçidir və anlayır ki, Ermənistan dövlətçiliyini yalnız Azərbaycan ilə anlaşmaqla, sülh sazişini imzalamaqla, xilas etmək mümkün ola bilər. Əks halda, güclü Azərbaycanla hərbi-siyasi qarşıdurma zəif Ermənistanın geopolitik xəritədən silinməsi ilə nəticələnə bilər.
Digər tərəfdən, rəsmi Bakı indiyə qədər Paşinyan hakimiyyəti ilə sülh danışıqları aparıb. Bir çox məqamlar üzrə anlaşma ehtimalları da yaranıb. Və prosesin davam etməsi üçün baş nazir Nikol Paşinyanın hakimiyyətini qoruya bilməsi daha sərfəli variant kimi görünür.
Çünki, Paşinyan hakimiyyəti devriləcəyi təqdirdə, onu böyük ehtimalla radikal-revanşist siyasi düşərgə əvəzləyə bilər. Bu düşərgə isə daha çox populizm və uydurma “erməni iddiaları” üzərində fokslaşıb. Yəni, Ermənistanda revanşist-radikallar hakimiyyətdə olarsa, az qala hər şeyi yenidən başlamağa ehtiyac yarana bilər.
Məsələ ondadır ki, ilk növbədə erməni revanşist-radikallara reallığı anlatmaq üçün Azərbaycanın yenə də "dəmir yumruq" təlimini bir neçə dəfə təkrarlaması lazım gələcək. Məhz "dəmir yumruq" təlimindən sonra erməni revanşist-radikallar da Paşinyan hakimiyyətinin indi tutduğu mövqeyə qayıtmalı olacaqlar. Və məcbur qalıb, Azərbaycanın diqtə etdiyi şərtlər üzərindən sülh sazişini imzalayacaqlar.
Təbii ki, yekun nəticə baxımından, Ermənistanda hakimiyyətdə hansı qüvvənin olması Azərbaycan üçün prinsipial əhəmiyyət daşımır. Ancaq sadəcə, zaman itkisinin qarşısının alınması baxımından, baş nazir Nikol Paşinyanın öz hakimiyyətini qoruya bilməsi daha çox sərfəli ola bilər. Hər halda, rəsmi Bakı erməni revanşistlərə “dəmir yumruq” təlimi keçməyə sərf etdiyi vaxtdan Azərbaycanın inkişafı üçün istifadə edə bilərdi.
Hələliksə, baş nazir N.Paşinyan hakimiyyətini itirmək və ya ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmək təhlükəsi qarşısında revanşistlərin təsiri altına düşməyə başlayıb. Bu baxımdan, Paşinyan hakimiyyətinin radikal düşərgənin öhdəsindən nə vaxt və necə gələ biləcəyi olduqca böyük önəm daşıyır.