![]() |
|
Prezident İlham Əliyev UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın Fransanın "Nant" klubu üzərindəki qələbəsi ilə bağlı tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!"
Erməni hakimiyyətinə deyirik: Ağlınızı başınıza yığın, türk millətinin Ermənistanı tarixdən və regiondan silə biləcək qüdrətə sahib olduğunu və səbrimizin sərhədində dayandıqlarını təkrar xatırladıram.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici deyib.
“Ermənistan və Yunanıstanın son dönəmlərdə təcavüzkar, qayda-qanun bilməz və hüquqsuz addımlarının fərqindəyik və haradan idarə edildiyini bilirik. Hər iki ölkə Türkiyənin şərqdə türk dünyası ilə, qərbdə isə Avropa ilə bağlantısını kəsmək məqsədilə yaradılmış baryerdir və marionet dövlətlərdir. Türkiyə ölkəsinin, sərhədlərinin, millətinin, qardaşlarının təhlükəsizliyi müzakirə mövzusu olduqca, birbaşa qarşıdurmaya getməkdə əsla tərəddüd etməyəcək. Arxalarında kimin dayanmasından asılı olmayaraq, hər iki ölkəni əzib keçmək gücünə sahibdir”, - deyə o bildirib.
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib.
Hündürlüyü 8 metrə qədər olan məqbərə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarı üzərində ucaldılıb.
Prezident İlham Əliyev Özbəkistan Respublikasının birinci Prezidenti İslam Kərimovun məzarı önünə gül dəstəsi qoyub.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gəlib.
"Yol-xeber.az" xəbər verir ki, Səmərqənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu təbrik edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
H.Akar telefon danışığında Azərbaycan xalqının bu əlamətdar və anlamlı gününü xüsusilə qeyd etdiyini vurğulayıb.
Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.
erməni KİV xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqorya ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.
Məlumata görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.
O qeyd edib ki, bu razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.
Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.
104 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan əsgərləri Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad ediblər. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni və bolşeviklərin nəzarəti altında idi. Bu halda isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, digər şəhər və rayonlarda da ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önündə anım mərasimi keçirilir.(oxu.az)
Cənubi Qafqazda hərbi-siyasi xaosun yaradılması ABŞ və Qərbin strateji maraqlarına tamamilə cavab verir... Ermənistanın da məhz regiondan kənarda geopolitik münaqişə planları quran supergüclərin təlimatları ilə hərbi təxribatlar törətdiyini ehtimal etmək olar...
Cənubi Qafqazı yenidən savaşa sürükləməyə, qarışdırmağa çalışırlar. Bu regionda xaosun yaradılması bəzi beynəlxalq supergüclərin maraqlarına cavab verir. Və son hadisələr də göstərir ki, artıq hərəkətə keçiblər.
Cənubi Qafqaz uğrunda amansız mübarizə başlayıb. ABŞ və Qərb bu regionu Rusiyanın təsir dairəsindən çıxartmağa çalışır. Eyni zamanda, Türkiyənin də Cənubi Qafqazda əsas geopolitik oyunçuya çevrilməsindən qətiyyən məmnun deyil. Ona görə də, 44 günlük II Qarabağ savaşının yekun nəticələri ilə formalaşan mövcud status-kvonu dəyişdirməyə cəhd göstərir.
Onu da qeyd edək ki, Kreml Avropa Birliyinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışdığını artıq rəsmən bəyan edib. Yəni, Rusiyanın siyasi elitası artıq tam dəqiqliyi ilə anlayır ki, bu regionda mövqelərini itirmək təhlükəsi ilə üzləşib. Və son baş verənlərə diqqət etməklə, bunun belə olduğunu anlamaq o qədər də çətin deyil.
Məsələ ondadır ki, Cənubi Qafqaz uğrunda mübarizənin əlamətləri ilə yüklənmiş hadisələr ardıcıl olaraq, baş verməkdədir. Üstəlik, bütün bu hadisələrdə Ermənistan “regional alət” rolunda istifadə edilir. Yəni, ABŞ və Qərb Rusiyaya qarşı geopolitik əməliyyatları məhz Ermənistan üzərindən reallaşdırır.
Əslində, ABŞ-ın məşhir xüsusi xidmət servisinin – CİA-nin şefi Uilyam Börnis Ermənistana olduqca müəmmalı səfər edərkən, yaxın vaxtlarda xoşagəlməz proseslərə start verilə biləcəyini ehtimal etmək mümkün idi. Çünki, CİA bir kəşfiyyat qurumu olduğundan, onun şefinin xarici səfərləri qətiyyən səbəbsiz ola bilməzdi. Hər halda, CİA şefi ABŞ-ın siyasi-diplomatik təmaslarından cavabdeh olan dövlət məmuru deyil.
Deməli, ABŞ-ın baş kəşfiyyatçısı İrəvana müəmmalı səfəri çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla qapalı qapılar arxasında təkbətək görüşərkən, hansısa gizli missiyanı yetinə yetirməli olmalıdır. Elə Ermənistan baş naziri N.Paşinyanın həmin müəmmalı görüşdən sonrakı davranışlarında bu müşahidə edilir. Əvvəlcə Kremldən elan edildi ki, avqustin 31-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.
Nə qədər qəribə də olsa, rəsmi İrəvan Kremlin verdiyi anonsla bağlı bir müddət susdu. Sonrasa, bəyan etdi ki, Moskvada üçtərəfli görüşün keçiriləcəyi barədə hər hansı məlumata malik deyil. Belə anlaşıldı ki, Rusiya tərəfi Moskvada üçtərəfli görüş təşkil edərkən, rəsmi İrəvanın mövqeyini nəzərə almayıb. Halbuki, bu, qətiyyən mümkün deyil.
Ardınca məlum oldu ki, həqiqətən də avqustun 31-də üçtərəfli görüş nəzərdə tutulub. Ancaq bu görüş Moskvada deyil, məhz Brüsseldə keçiriləcək. Ermənistan Rusiya ilə belə təhlükəli və sürüşkən siyasi-diplomatik oyunlar oynayacaq cəsarətə qətiyyən sahib deyil. Yəqin ki, bu baxımdan, rəsmi İrəvana kənardan cəsarət verənlərin olduğunu düşünmək lazımdır.
Brüssel görüşündə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin hazırlanması ilə bağlı ikitərəfli müzakirələrin başlanması razılaşdırıldı. İndi baş verən hadisələri nəzərə aldıqda, bu anlaşmanın məhz görüşün vasitəçisi olan Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin imicini qorumaq məqsədilə formal olaraq, qəbul edildiyini düşünmək olar. Yəni, Ş.Mişel onun vasitəçiliyi ilə reallaşan Brüssel görüşündə konkret nəticələrin olması barədə rəylərin yaranmasında maraqlı idi.
Hər halda, Brüssel görüşündən dərhal sonra Ermənistan baş naziri N.Paşinyan anlaşmaların icrasından yayınmaq istiqamətində addımlar atmağa üstünlük verdi. Üstəlik, rəsmi İrəvanın atdığı addımlar əsasən hərbi-siyasi təxribat xarakteri daşıyır. Ermənistan ordusu artıq uzun müddətdən bəridir ki, Azərbaycan ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutmaqla, diversiya qrupları göndərməklə, hərbi təxribatlar törədir.
Təbii ki, rəsmi Bakı nə qədər səbrli davranmağa çalışsa da, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün sərt reaksiya vermək məcburiyyətində qaldı. ABŞ və Qərbin Ermənistan üzərindən qurduğu geopolitik oyunun ilkin detalları da artıq aydınlaşmağa başlayıb. Çünki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəstək verməsi olduqca önəmli məqamdır.
Məsələ ondadır ki, rəsmi İrəvan KTMT-nın Ermənistana dəstək verməyəcəyini əvvəlcədən tam dəqiqliyi ilə bilir. Bir tərəfdən, bu qurumun üzvlərinin əksəriyyəti Azərbaycanla strataji tərəfdaşdır. Hətta Rusiya belə, Azərbaycanla müttəfiqlik fəaliyyəti barədə bəyannamə imzalayıb. Yəni, bu qurumun üzvləri ABŞ və Qərbin təlimatları ilə Cənubi Qafqazda xaos yaratmağa çalışan Ermənistan ucbatından Azərbaycanla mövcud münasibətlərini korlamazlar.
Digər tərəfdən, Paşinyan hakimiyyəti onu da bilir ki, hətta KTMT Ermənistana dəstək vermək istəsə belə, bu, hüquqi cəhətdən mümkün deyil. Çünki, KTMT-nın hər hansı üzv dövlətə hərbi yardım göstərməsi üçün ilk növbədə onun sərhədlərinin pozulması vacib şərtdir. İndiki haldasa, Azərbaycan və Ermənistan arasında sərhədlər demilitasiya və demarkasiya edilməyib. Və bu səbəbdən də, iki ölkə arasında sərhədlər müəyyən edilmədiyindən KTMT bu maddə üzrə baş verənlərə müdaxilə edə bilməz.
Ona görə də, rəsmi İrəvan KTMT-ya dəstək xahişi ilə bağlı ehtiyatda alternativ hədəf də tutub. Paşinyan hakimiyyətinə yaxın erməni KİV-ləri son günlər KTMT Ermənistana hərbi yardım göstərməyəcəyi təqdirdə, bu qurumu tərk etməyin vacib olduğu təbliğ edilir. Həmin KİV-lərin Paşinyan hakimiyyətinin təlimatı olmadan bu tezisi qabarda biləcəkləri qətiyyən inandırıcı olmadığından, bu, rəsmi İrəvanın Rusiyanı dolayısı ilə şantaj etməsi anlamına gəlir.
Ümumilikdəsə, Ermənistanın KTMT-ya avantürst məqsədlərlə etdiyi müraciətdən çıxacaq istənilən nəticə ABŞ və Qərbə tamamilə sərf edirdi. Çünki, əgər, Rusiyanın patronajlığı altında olan KTMT Ermənistana dəstək versəydi, Türkiyə də Azərbaycan tərəfində silahlı münaqişəyə qatılmalı olacaqdı. Bu halda, Türkiyə-Rusiya münasibətlərinin korlanması ilə bağlı təhlükə reallığa çevrilə bilər. Türkiyə-Rusiya münasibətlərinin korlanması isə ABŞ və Qərbin əsas hədəfləri sırasına daxildir.
KTMT-nın hazırda müşahidə edildiyi kimi, Ermənistana hərbi dəstəkdən hüquqi səbəblərdən yayınması da ABŞ və Qərbin maraqlarına cavab verir. Çünki, Paşinyan hakimiyyətinə yaxın erməni KİV-ləri Ermənistana dəstək verməyən KTMT-dan çıxmağın vacibliyi ilə bağlı təbliğata başlayıblar. Yəni, ABŞ və Qərb KTMT-nın dağılması ilə bağlı görüntü yaratmaq şansına da malikdir.
Göründüyü kimi, Cənubi Qafqazda hərbi-siyasi xaosun yaradılması ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir. Ermənistanın da məhz ABŞ və Qərbin təlimatları ilə hərbi təxribatlar törətdiyini ehtimal etmək olar. Və istənilən halda, yaxın vaxtlarda Cənubi Qafqazda xaos planları quranların kimliyi mütləq ortaya çıxacaq.(Yeni Müsavat)
Prezident İlham Əliyev Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.
"Yol-xeber.az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.
Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Toivo Klaar sentyabrın 12-dən 13-nə keçə gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib, bu xüsusda Avropa İttifaqı rəhbərliyinin Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ilə telefonla danışdığını diqqətə çatdırıb.
Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək, buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.