Azərbaycan qazı rus qazına alternativ bir mənbə kimi Qərb bazarında ciddi rəqabətə qoşulub.

 

Bu sözləri Axar.az-a Almaniya kansleri Angela Merkelin Bakıya gözlənilən səfəri ilə bağlı bəzi suallara aydınlıq gətirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq Almaniya kanslerinin Azərbaycana ilk səfərinin mühüm mətləblərdən xəbər verdiyini qeyd edib:

“Azərbaycanın dünyada artan rolu və xüsusilə də Avropa Birliyinin karbohidrogen ehtiyatlarla təchizatında oynadığı rol diqqət mərkəzindədir. Bu iki ölkə arasında əlaqələrin genişlənməsində müsbət rol oynayacaq. Avropanın Azərbaycanın qaz potensialı ilə bağlı müəyyən hədəfləri var. ABŞ Almaniyaya təzyiq edir ki, Baltik dənizinin dibindən Rusiyadan gələn ikinci qaz kəmərinin çəkilməsinə razılıq verməsin və üzünü Cənubi Qafqaza çevirsin. Merkelin də bu məsələdə çox diqqətli olacağını düşünürəm. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan qazı rus qazına alternativ bir mənbə kimi Qərb bazarında ciddi rəqabətə qoşulub. Bu, ölkəmizin siyasi çəkisinə və əhəmiyyətinin artmasına təkan verəcək”.

Politoloq bildirib ki, Merkel bacarıqlı və demokratik dövlətin xadimi kimi Azərbaycanla Almaniya arasında texnologiya, elm tutumlu müqavilələrin imzalanması üçün cəhdlər göstərəcək:

“Bu, həm də Bakının arzusudur. Məqsəd təbii ki, Azərbaycanın Avropa ilə gələcək əməkdaşlıq tellərinin daha da inkişaf etdirilməsidir. Bu məsələdə Almaniya dünyanın ən qabaqcıl ölkələri sırasına daxildir. Azərbaycan-Almaniya əməkdaşlığı möhkəm bünövrə üzərində qurulub. 28 alman şirkəti ölkədə iş aparır və gələcəkdə bu şirkətlərin sayı və əlaqələrin rəngarəngliyi arta bilər. Beləliklə, Azərbaycan-Almaniya əməkdaşlığı yeni və daha yüksək mərhələyə qalxa bilər. Bu nöqteyi-nəzərdən də Merkelin Bakıya səfəri tarixi əhəmiyyətli hadisədir”.

Qeyd edək ki, hazırda Gürcüstanda səfərdə olan Almaniya kansleri Angela Merkel daha sonra Ermənistan və Azərbaycana səfər edəcək.

21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
17 Noyabr 2024 Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16 Noyabr 2024 Baş nazirdən Füzuli ilə bağlı qərar
16 Noyabr 2024 Sülh COP29-dan sonra da baş tutmayacaq, çünki...

Xəbər lenti