Mehriban xanım Əliyeva təkcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi deyil, eyni zamanda, ölkənin siyasi həyatında da kifayət qədər böyük rol oynayır.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycan qadınlarının siyasi həyatda aktiv rol alması və ön mövqedə olması gələcəyimiz üçün ən zəruri hadisələrdən biridir ki, bu da Birinci vitse-prezident Mehriban xanımın obrazında gerçəkləşib:

“Çünki qadını yüksəkdə, öndə olmayan və aktiv həyat sahələrində rol almayan cəmiyyətlərin gələcəyi işıqlı olmur. Hesab edirəm ki, Mehriban xanımın Azərbaycan Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi xüsusilə də humanitar sahədə gördüyü işlər olduqca əhəmiyyətlidir. Bu gün Azərbaycanda məktəb və bağçaların tikintisi, təmiri, müəyyən realibilitasiya mərkəzlərinin açılması, əlilliyi olan şəxslərə diqqətin göstərilməsi bunun nəticələridir.

Mehriban xanım Əliyeva təkcə Azərbaycanın Birinci vitse-prezidenti kimi deyil, eyni zamanda, ölkənin siyasi həyatında da kifayət qədər böyük rol oynayır:

“Azərbaycanın birinci vitse-prezidenti eyni zamanda, ölkə prezidentinin də böyük dəstəkçisidir. Əminəm ki, birinci xanım gələcəkdə də məhz bu fəaliyyəti ilə Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan qadınının potensialının, imkanlarının və qabiliyyətinin daha qabarıq üzə çıxmasında bir nümunə olaraq mühüm faydalarını verəcək. Doğum günü münasibəti ilə və göstərdiyi mühüm fəaliyyətinə görə Mehriban xanıma uğurlar arzu edirəm”.

21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Leonid Slutski ilə görüşüb
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
17 Noyabr 2024 Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16 Noyabr 2024 Baş nazirdən Füzuli ilə bağlı qərar
16 Noyabr 2024 Sülh COP29-dan sonra da baş tutmayacaq, çünki...

Xəbər lenti