Ötən əsrin 60-cı illərindən başlayaraq, ABŞ-ın aktiv Yaxın Şərq siyasətində Türkiyə açar ölkə rolunu oynayır.

Bu mənada bu cür müttəfiq ölkəni özündən incik salmaq, hətta onu öz rəqibləri ilə müttəfiq münasibətləri qurmağa məcbur etmək ABŞ-ın Yaxın Şərq siyasətinə çox ciddi problemlər yaradacaq.

Bu sözləri Axar.az-a Türkiyəyə səfər edən amerikalı konqresmenlərin F-35 təyyarələri ilə bağlı şərtlərinə münasibət bildirən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, öncə səfərin zamanlamasına diqqət çəkmək lazımdır:

“ABŞ Konqresinin üzvlərinin Türkiyəyə səfəri İran-İraq münasibətlərinin gərginləşdiyi dövrə təsadüf edir. İranın İraq üzərindəki mövqelərində müəyyən laxlamalar hiss olunmaqdadır. Əsasən İraqda seçki ilə hakimiyyətə gəlmiş yeni iqtidarın İranla münasibətlərində müəyyən problemlər özünü göstərir. Şübhəsiz ki, problemlərin yaranmasında ABŞ-ın İraqa tətbiq etdiyi sanksiyaların da müəyyən rolu var. Çünki İran tərəfinin açıqlamalarında da bu öz əksini tapmışdı. İranın faktiki olaraq, İraqda müəyyən qədər mövqelərinin laxlaması fonunda Suriyada mövqelərinin hələ də möhkəm olması ABŞ-ın maraqlarına cavab vermir. ABŞ-ın İran siyasətinin başlıca məqamlardan biri İranı Yaxın Şərqdə zəiflətmək və onu ümumiyyətlə, bu bölgədən sıxışdırıb çıxarmaq idi. Bu mənada ABŞ-ın istər İraqda, istərsə də Suriyada İrana qarşı aktiv siyasət sərgiləməsi və müəyyən uğurlar əldə etməsinə açar Türkiyədir”.

Analitik qeyd edib ki, artıq Türkiyənin İranla yaxınlaşması da müzakirə predmeti ola bilər:

“İndiki zamanda Yaxın Şərqdə Türkiyənin İranla yaxınlaşması Qərbin də, ABŞ-ın da birmənalı olaraq, maraqlarına cavab vermir.

Türkiyənin ortaya qoyduğu mövqe onu göstərir ki, ABŞ yalnız güzəştlərə getməyə məcburdur. Burada söhbət təkcə S-400 raket kompleksləri və F-35 təyyarələrindən getmir. Bu məsələnin bu şəkildə ortaya çıxması Türkiyəyə qarşı bir haqsızlıq idi. Çünki Türkiyə Qərb ailəsinin bir üzvüdür və NATO ölkəsidir. NATO ölkəsi olan Türkiyəyə ABŞ-ın bu cür təzyiqlər etməsi əslində absurd, anormal bir siyasətdir. Bu mənada Türkiyənin Rusiya ilə silah məsələsində yaxınlaşması gözlənilən idi. Silah daxil olmaqla, bir çox məsələlərdə ABŞ-ın güzəştə getməyinin vaxtı gəlib çatıb”.

Analitik vurğulayıb ki, müəyyən təzyiqlər, iqtisadi sanksiyaları işə salmaqla Türkiyəyə edilən basqılar nəticə vermədi:

“İqtisadi nöqteyi-nəzərdən ABŞ-ın bu addımları Türkiyəni müəyyən qədər laxlatsa da, siyasi iradəsini qıra bilmədi. Ümumiyyətlə, separatçı kürd qruplaşmalarına dəstək məsələsindən tutmuş Türkiyənin Yaxın Şərq siyasətindəki bəlli məqamlara, FETÖ terror qruplaşmasının liderinin təhvil verilməsinə qədər, Türkiyə və ABŞ arasında problemli olan bir çox məsələlərdə artıq Vaşinqtonun və Tramp administrasiyasının güzəştə getməsi labüd prosesə çevrilib. Buna görə də ABŞ-ın ultimatum tonunda danışması və nəsə tələb etməsi ilk növbədə öz maraqlarına cavab vermir. Bu səbəbdən ABŞ, gec və ya tez, Türkiyəyə güzəştə getməyə məcbur olacaq”.

Qeyd edək ki, dünən ABŞ Konqresinin bir qrup nümayəndəsi Türkiyəyə səfərə gəlib. ABŞ-dan olan heyət Türkiyənin S-400 zenit-raket komplekslərindən imtina edərsə, F-35 qırıcıları ilə bağlı sanksiyaların aradan qalxacağını bildirib.

30 Yanvar 2025 Prezident İlham Əliyev Sərəncam imzalayıb
30 Yanvar 2025 Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
30 Yanvar 2025 İlham Əliyev Trampa başsağlığı verdi
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-yə başsağlıği verib
30 Yanvar 2025 Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
30 Yanvar 2025 İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...
30 Yanvar 2025 Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
29 Yanvar 2025 Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB
29 Yanvar 2025 PA rəhbəri də səs verdi - Fotolar
29 Yanvar 2025 Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
29 Yanvar 2025 İlham Əliyev Si Cinpini təbrik etdi
29 Yanvar 2025 Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
29 Yanvar 2025 Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub
29 Yanvar 2025 Hikmət Hacıyev bələdiyyə seçkisində səs verdi
29 Yanvar 2025 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
29 Yanvar 2025 MSK sədri seçicilərə çağırış etdi
29 Yanvar 2025 İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib
28 Yanvar 2025 Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO
28 Yanvar 2025 Baş nazir QƏRAR İMZALADI

Xəbər lenti