|
MDB dövlət başçılarının 2019-cu ildə görüşü Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin icraçı katibi Sergey Lebedev deyib. Onun sözlərinə görə, iclas 2019-cu ilin oktyabrında baş tutacaq.
O, MDB-yə sədrliyin Türkmənistana Tacikistandan keçəcəyini bildirib. Lebedev həmçinin MDB hökumət başçılarının iclasının da mayda Aşqabadda baş tutacağını deyib.