|
Bakı şəhər sakininə qarşı 22 000 manatlıq dələduzluq edilib.
Bu barədə musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Nəsimi rayon Polis idarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini G.Mirzəyevanın 22 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Qiymət Məmmədova saxlanılıb.