Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar və bu, çox böyük nailiyyətdir.

Bizim üçün xalqlar arasında münasibətlər çox önəmlidir. Bizim üçün, eyni zamanda, mehriban qonşuluq, dost və qardaşlıq əlaqələri çox vacibdir.

Axar.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Gürcüstanın baş naziri Mamuka Baxtadze Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Mamuka Baxtadze iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb:

“Bizim əcdadlarımız əlaqələrimizin təməlini çox gözəl qoyublar və bu əlaqələr bunun əsasında artıq sürətlə inkişaf edir. Bizim birlikdə həyata keçirdiyimiz regional layihələr beynəlxalq əməkdaşlıq və region üçün həqiqətən çox faydalıdır. Bizim regional əməkdaşlıq çərçivəsində nəqliyyat, energetika və digər sahələrdə böyük uğurlarımız var. Əlbəttə, potensialımız böyükdür və ümid edirəm ki, ikitərəfli əlaqələr nəticəsində və ikitərəfli layihələr həyata keçirməklə bu potensialı biz daha da yaxşı inkişaf etdirə bilərik. Bizim ölkələr arasında ticari dövriyyəsi daha da artmaqdadır. Bu il bu, ola bilsin milyard dollara çatsın, lakin bizim potensialımızın tam istifadəsi demək deyil, daha çox potensialımız mövcuddur. Əminəm ki, ikitərəfli əməkdaşlıq nəticəsində gələn iki il ərzində biz bunu 50-60 faizə qədər artıra bilərik. Sevindirici haldır ki, eyni zamanda, digər sahələrdə, o cümlədən -mədəniyyət, incəsənət, idman sahələrində də əməkdaşlığımız səmərəlidir. Sevindirici haldır ki, Azərbaycan turistləri və investorlar Gürcüstanda özlərini çox rahat hiss edirlər. Əminəm ki, biz birgə səylərimiz nəticəsində daha çox böyük məqsədlərimizə nail ola bilərik. Səmimi qəbulunuz üçün təşəkkür edirəm”.

30 Yanvar 2025 Prezident İlham Əliyev Sərəncam imzalayıb
30 Yanvar 2025 Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
30 Yanvar 2025 İlham Əliyev Trampa başsağlığı verdi
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-yə başsağlıği verib
30 Yanvar 2025 Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
30 Yanvar 2025 İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...
30 Yanvar 2025 Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
29 Yanvar 2025 Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB
29 Yanvar 2025 PA rəhbəri də səs verdi - Fotolar
29 Yanvar 2025 Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
29 Yanvar 2025 İlham Əliyev Si Cinpini təbrik etdi
29 Yanvar 2025 Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
29 Yanvar 2025 Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub
29 Yanvar 2025 Hikmət Hacıyev bələdiyyə seçkisində səs verdi
29 Yanvar 2025 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
29 Yanvar 2025 MSK sədri seçicilərə çağırış etdi
29 Yanvar 2025 İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib
28 Yanvar 2025 Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO
28 Yanvar 2025 Baş nazir QƏRAR İMZALADI

Xəbər lenti