Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.

 

Nazirlikdən musavat.com-a verilən məlumata görə, səmimilik və işgüzarlıq şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildiriblər.

Təmsil etdikləri ölkələrdə kriminogen durum barədə qarşılıqlı fikir mübadiləsi aparan nazirlər onu da məmnunluqla vurğulayıblar ki, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlıq, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində işbirliyi, təcrübə və informasiya mübadiləsi, yaradılmış normativ-hüquqi baza yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edir.

Səmimi qəbula və ətraflı məlumata görə Ramil Usubova minnətdarlığını bildirən Giorgi Qaxaria ölkəmizlə ikitərfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

30 Yanvar 2025 Prezident İlham Əliyev Sərəncam imzalayıb
30 Yanvar 2025 Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
30 Yanvar 2025 İlham Əliyev Trampa başsağlığı verdi
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-yə başsağlıği verib
30 Yanvar 2025 Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
30 Yanvar 2025 İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...
30 Yanvar 2025 Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
29 Yanvar 2025 Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB
29 Yanvar 2025 PA rəhbəri də səs verdi - Fotolar
29 Yanvar 2025 Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
29 Yanvar 2025 İlham Əliyev Si Cinpini təbrik etdi
29 Yanvar 2025 Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
29 Yanvar 2025 Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub
29 Yanvar 2025 Hikmət Hacıyev bələdiyyə seçkisində səs verdi
29 Yanvar 2025 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
29 Yanvar 2025 MSK sədri seçicilərə çağırış etdi
29 Yanvar 2025 İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib
28 Yanvar 2025 Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO
28 Yanvar 2025 Baş nazir QƏRAR İMZALADI

Xəbər lenti