Lentsov NƏ EDƏCƏK Kİ? - Ekspert danışır

Rusiya sülhməramlılarının komandanı Aleksandr Volkovun vəzifəsindən azad ediləcəyi, onun yerinə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsovun təyin ediləcəyi gözlənilir. Lentsov 2020-ci ilə qədər isə Quru Qoşunlarının Baş komandanının müavini olub. Çeçenistandakı hər iki müharibədə, Əfqanıstanda, 2008-ci ildə Gürcüstan, 2014-2015-ci illərdə isə Ukraynadakı hərbi əməliyyatlarda iştirak edib. Rusiyanın Suriyadakı qoşun birləşmələrinin komandanının müavini olub. Bundan əlavə, generalın danışıqlar aparmaqda xüsusi məharətinin olduğu deyilir.

Rusiyanın Ermənistandakı əsas təbliğatçısı sayılan bloger Mikayıl Bədəlyan Moskvadan olan yüksəkvəzifəli qrupun, guya, bir müddət əvvəl Bakı ilə danışıqlar apardığını iddia edib. Onun sözlərinə görə, Kreml situasiyanın bütün ciddiliyini dərk etməyə başlayıb. Ona görə Ermənistanda yaxın zamanlarda hərəkətə keçməyə hazırlıq aparılır: "Maraqlı məqam Moskvanın Ermənistandakı təsir agentlərinin də aktivliklərini artırmasıdır. Xüsusilə Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun Qarabağdakı sülhməramlılara rəhbər gətirilməsi xəbəri onların fəallaşmasına şərait yaradıb". Bədəlyan Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun gəlişindən sonra çox şeyin dəyişəcəyini iddia edib.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığından dəyişikliyin intensiv hal alması ondan xəbər verir ki, sülhməramlılar Moskvanın etimadını doğrultmur. Analitik qeyd edib ki, rus sülhməramlılarının komandanı regionda, tərəflər arasında Kremlin arzuladığı balansı qura bilmir:

"Dekabr ayından bu yana Azərbaycan ekofəalları Şuşa-Xankəndi yolu üzərində dinc aksiyaya başladılar. Bu aksiya Rusiya və Ermənistana Qarabağ üzərindən qanunsuz əməllərini icra etməyə imkan vermədi. Ermənistanın terrorçu dəstələrinin, separatçı rejimin və Rusiyanın Qarabağdakı maraqları təmin olunmadı. Məlum olaylardan sonra Laçın yolunda nəzarətin Azərbaycana keçməsi Rusiyanın Ermənistanda və Qarabağdakı nüfuzuna böyük zərbə vurdu. Bunu xüsusi qeyd etmək lazımdır. Ermənistanın, separatçıların gözləntiləri belə deyildi. Onlar ümid edirdi ki, Moskva qısa müddətdə Azərbaycana təzyiq göstərəcək və rəsmi Bakı geri addım atacaq. Ancaq bunlar baş vermədi və ermənilərin ümidləri özünü doğrultmadı. Sülhməramlı komandanların tez-tez dəyişdirilməsi bununla bağlıdır".

S.Hümbətov vurğulayıb ki, müdafiə naziri Sergey Şoyqu öz müşavirini Qarabağa göndərməklə nəzarəti bərpa etməyə səy göstərir:

"General Lentsov Rusiya tərəfindən icra edilən bir çox hərbi əməliyyatlarda iştirak edib. Lakin bu məqamın indiki halda nəyisə dəyişəcəyi ehtimalı yoxdur. Komandanlığın dəyişməsi mövcud nəticənin dəyişməsinə gətirib çıxartmayacaq. Laçın rayonunun Ermənistanla sərhədində postun qurulması o deməkdir ki, bütün nəzarət Azərbaycandadır. Bundan sonra yolun başında qurulmuş nəzarət-buraxılış məntəqəsinin oradan götürülməsi qeyri-mümkündür".

29 Noyabr 2024 Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb
29 Noyabr 2024 Parlamentin iclası başladı
28 Noyabr 2024 Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar
28 Noyabr 2024 Avropanın daha bir “qazlı” qərəzi -Bakıya şər atılır, Ermənistana göz yumulur...
28 Noyabr 2024 Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, etiraz bildirilib
28 Noyabr 2024 İlham Əliyev Albaniya Prezidentini təbrık edib
28 Noyabr 2024 İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidentini və Mavritaniyanın dövlət başçısını təbrik edib
28 Noyabr 2024 Fransa Azərbaycanlaşır: 63% fransız Makrona "GET" deyir
28 Noyabr 2024 Qərbdən sərhəddəki missiyaya görə Paşinyana qəzəbli demarş
28 Noyabr 2024 Bələdiyyə sədrliyinə namizəd olmaq istəyənlərin NƏZƏRİNƏ
27 Noyabr 2024 Sülh sazişi bu vaxta qədər UZANACAQ - AÇIQLANDI
27 Noyabr 2024 Xırda məsələləri böyüdürsünüz, elə bilirsiniz ki... - Sahibə Qafarovadan deputata
27 Noyabr 2024 Spikerdən deputatlara irad: "Sizə qulaq asdıqca..."
27 Noyabr 2024 Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
26 Noyabr 2024 Sərhəddə görüş PLANI - COP29-dan sonra... DETALLAR
26 Noyabr 2024 Dünyanın ən ucaboy liderləri - Əliyev və Ərdoğanın siyahıdakı yeri
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı

Xəbər lenti