|
“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə ermənilərin terror təşkilatlarının törətdikləri siyasi qətllərdən və Ermənistan Respublikasının öz terror ənənələrindən imtina etmək fikrində olmadığından söz açılıb.
Xatırladaq ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı baş tutub.
Müəllif bildirir ki, Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-22-ci illərdə Azərbaycanın ovaxtkı baş naziri Fətəli xan Xoyski, parlamentinin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir, baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.
Videoda qeyd olunur ki, faktiki olaraq terror əməllərini legitimləşdirən Nikol Paşinyan bununla öz elektoratı qarşısında “günahlarını yuyur”.
“Ermənistan qonşu dövlətlərin ərazisinə iddia etməməlidir” deyən Paşinyan, digər tərəfdən, İrəvanın mərkəzində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışına şərait yaradır”, – müəllif qeyd edir.
Daha ətraflı “Caliber”in süjetində: