Prezident seçkisindən sonra Zəngəzur dəhlizi... - GƏLİŞMƏ"Zəngəzur dəhlizi üzərindəki nəqliyyat yollarının yenidən qurulması üçün ən azı 3 il müddət lazımdır". Bu sözləri siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. Professor bildirib ki, Ermənistan bu və digər formada nəqliyyat yolunun açılmasına razıdır. Amma dünya standartları səviyyəsində yol üzərində həm dəmir yolunun, həm də avtomobil yolunun çəkilişi kifayət qədər vaxt aparacaq: "İrəvan Zəngəzur dəhlizindən birmənalı imtina edə bilməz, çünki belə bir addım Ermənistanın tam blokadaya düşməsi deməkdir. Azərbaycan Qazaxın sərhədə birləşmiş 4 kəndini geri alsa, digər 3 kəndi nəzarətə götürsə, Ermənistanın dünyaya çıxışı bağlanacaq. İran öz marağına uyğun olaraq, Ermənistanı dəhliz məsələsində oyundan kənarda saxlamağa çalışır. Əslində, bizim üçün o qədər də fərqi yoxdur, ona görə də İranla alternativ yol barədə razılaşmışıq. Azərbaycanın İran üzərindən alternativ yolla Naxçıvana çıxışı, Türk dünyasının birbaşa əlaqəsinin formalaşması Bakıya sərf edir".
Müsahibimiz vurğulayıb ki, 2024-cü ilin sonunadək Ağbəndə qədər dəmir yolu xətti çəkiləcək: "Naxçıvanda da işlər başlanıb. Ermənistan ərazisindəki 44 kilometrlik məsafə isə qalmaqdadır. Görünür, bunu həll etmək üçün İrəvana bir qədər zaman lazımdır. Türkiyə də öz ərazisindən keçəcək 224 kilometrlik yolun inşasını tamamlamalıdır. Ümumilikdə bu istiqamətdə işlərin getdiyini demək mümkündür. Böyük ehtimal, növbədənkənar prezident seçkisindən sonra Zəngəzur dəhlizi ilə bağlı işlər ikiqat güclənəcək".
01 May 2025 İlham Əliyev sərəncam imzaIadı
01 May 2025 Kamran Əliyevdən təşəkkür: “Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb”
01 May 2025 Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - YENİLƏNİB
01 May 2025 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə baxacaq
30 Aprel 2025 Prezident yük maşınının sükanı arxasında - FOTO
30 Aprel 2025 İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
30 Aprel 2025 “Azərbaycan yaxın dostu İsraillə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir”
30 Aprel 2025 Prezident Qusarda kompleksin fəaliyyəti ilə tanış oldu - Fotolar
30 Aprel 2025 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
29 Aprel 2025 Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək
29 Aprel 2025 Azərbaycan dəmir yolunu gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilər
29 Aprel 2025 Bakı səfərindən paylaşım etdi - Foto
29 Aprel 2025 Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib
28 Aprel 2025 Aramızda ixtilaf yaratmaq istəsələr, yol verməyəcəyik - Pezeşkian
28 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
28 Aprel 2025 "Azərbaycan vasitəsilə nəqliyyat marşrutları ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq"
28 Aprel 2025 Əliyev Pezeşkianı qarşıladı - YENİLƏNİB
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü

Xəbər lenti