Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da... - NƏ BAŞ VERİR?Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da, rəsmi Bakının 8 kəndin geri qaytarılması və Zəngəzur dəhlizi ilə bağlı tələblərini yerinə yetirmək istəmir. Ancaq Paşinyan onu da anlamamış deyil ki, tələblərin yerinə yetirilməməsi növbəti toqquşmaya səbəb olacaq ki, itirən yenə Ermənistan olacaq. Görünür, Paşinyan Azərbaycanın tələblərinin yerinə yetirilməsi qarşılığında nəsə əldə etmək istəyir ki, erməni cəmiyyətinə əldə edəcəyinin ölkəsi üçün faydasını izah edə bilsin. Paşinyana nə təklif oluna bilər?
Kəndlərin geri qaytarılması və Zəngəzur dəhlizinin açılması qarşılığında Ermənistanın müxtəlif regional layihələrə qoşulması təklif edilə bilər. Ermənistan rəsmiləri Qara dənizin dibi ilə çəkiləcək enerji xəttinə qoşulmaq istədiklərini bildiriblər. Həmin layihənin müəllifi Azərbaycandır. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən ilin oktyabrında Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı iki ölkə arasında fikir ayrılıqları ortadan qaldırıldıqdan sonra ölkəsinin Azərbaycandan qaz almaq istədiyini demişdi. Aydındır ki, Qara dəniz layihəsinə qoşulmaq və Azərbaycandan qaz almaq təklifinin müəllifi Nikol Paşinyandır. O özünün səsləndirə bilmədiyi təklifləri nazirləri və nazir müavinləri vasitəsilə gündəmə gətirir. Bunlar reallaşarsa Ermənistanın iqtisadi zəmində Azərbaycandan asılılığı artacaq. Rəsmi Bakı Paşinyanı Azərbaycanın tələblərini yerinə yetirməsinə həvəsləndirmək üçün bu səpgili açıqlama səsləndirə bilər: “İrəvan Azərbaycanın 8 kəndini geri qaytardıqdan və Zəngəzur dəhlizinə maneəsiz keçidə razılaşandan sonra Qara dənizin dibi ilə keçəcək alternativ enerji layihəsi və Azərbaycandan qaz alınması mövzularının Ermənistanla müzakirələrinə başlanıla bilər”.

Elxan Şahinoğlu
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti