"III Qarabağ müharibəsi başlaya bilər" - GƏLİŞMƏ"Hindistan Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi təsir imkanlarını artırmaq istəyir".

Bunu siyasi şərhçi Elçin Alıoğlu "Cebhe.info"-ya açıqlamasında Fransa və Hindistan tərəfindən Ermənistanın silahlandırılmasının regionda yeni bir müharibəyə səbəb olub-olmayacağı ilə bağlı suala cavablandırarkən bildirib.

Qeyd edək ki, Ermənistan bu yaxınlarda Hindistandan 155 milyon dollara 84 ədəd 155 mm-lik “ATAGS” artilleriya sistemi almaq qərarını təsdiqləyib.

Bundan əvvəl, Ermənistan 6 ədəd “ATAGS” qurğusu alıb. Eyni zamanda Ermənistan Hindistan şirkətləri ilə “MArG 155” özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb.

Hətta bir müddət əvvəl Hindistanın Ermənistana "Brahmos" qanadlı ballistik raketlərini tədarük edəcəyi ilə bağlı məlumatlar da yayılmışdı.

Məsələnin mahiyyətini açıqlayan politoloq Elçin Alıoğlu qeyd edib ki, rəsmi Dehlinin Ermənistana müasir silah-sursat tədarükünün arxasında məhz İslamifobiyaya dayanır:

"Hindistan ilə Ermənistan arasında hərbi-texnika sahədə ikitərəfli əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalanıb. Bu müqavilələrin ümumi həcmi 444.12 milyon dollar dəyərindədir.

Bu müqavilələrə əsasən Hindistan Ermənistana daha əlavə 155 mm-lik “ATAGS” artilleriya və "Pranaka" reaktiv yaylım atəş sistemləri, həmçinin müxtəlif tipli haubitsalar və radar sistemləri tədarük etməlidir. Amma "Brahmos" qanadlı raketlərinin Ermənistana verilməsi qeyri-mümkündür. "Braharat" şirkəti tərəfindən istehsal olunan bu raketlər uzaqmənzilli ballistik raket sistemləridir və nüvə başlıqlarının daşınması üçün istifadə olunur.

Hindistanın Ermənistanı müasir silahlarla təmin etməkdə məqsədinə gəlincə, hazırda Hindistanın Baş naziri Narendra Modi ifrat dərəcədə şovinist, millətçi və irqçi bir siyasətçidir. Narendra Modinin xarici siyasət doktrinasında iki əsas istiqamət var. Belə ki, Hindistan müdafiədən hücum taktikasına keçir, eləcə də hər hansı ölkənin Pakistanla dərin əməkdaşığı Hindistanın əleyhinədir.

Hindistanın Cənubi Qafqazda geosiyasi maraqlarının olması inkar olunmazdır. Bildirim ki, Pakistan-Britaniya-İsrail-Türkiyə-Azərbaycan əməkdaşlığına qarşı, İran-Ermənistan-Fransa-Hindistan əməkdaşlıq ittifaqı qurulur. Bu ittifaq fonunda Hindistan məhz Ermənistan üzərindən Cənubi Qafqazda geostrateji və geosiyasi mövqeyini möhkəmləndirmək niyyətindədir. Məhz bu səbəbdən rəsmi Ermənistanı müasir silah-sursatla təmin edir.

Bundan başqa, Hindistanın Ermənistanla bağlı xarici siyasətində bir amilə də diqqət yetirmək lazımdır. Rəsmi Dehli Ermənistanı dəstəkləməklə Qərb ölkələrində erməni lobbisindən yararlanmaq istəyir. Heç kəsə sirr deyil ki, ermənin lobbisinin həmin ölkələrin ictimai-siyasi elitasında təsir mexanizmlərinə malikdir.

Qeyd edim ki, Hindistan hərbi sənaye kompleksini məhz Fransa ilə əməkdaşlıq əsasında formalaşdırıb. Yəni, elə müdafiə və hücum xarakterli silahlar var ki, onları Hindistan və Fransa şirkətləri birgə istehsal edir. Məhz Hindistan Fransanın təlimatları əsasında Cənubi Qafqazda hərəkət etməyə başlayıb".
Azərbaycanla Ermənistan arasında III Qarabağ müharibəsi ehtimalına gəlincə, Elçin Alıoğlu deyib ki, Hindistan və Fransanın Ermənistanı silahlandırması hər an bu müharibəyə gətirib çıxara bilər:

"Heç kəs bundan sığortalanmayıb. Ermənistanın silahlandırılması bütün region üçün çox ciddi təhlükə yaradır. Yəni, Ermənistanı Azərbaycanla birbaşa növbəti müharibəyə hazırlayırlar.

Bilirik ki, Ermənistanda revanşist və radikal millətçilik əhval-ruhiyyəsi hələ qalmaqdadır. Ermənistan ictimaiyyətində belə bir xülya dolaşır ki, onların ölkəsi güclənərsə, yenidən Azərbaycanın azad olunan torpaqlarını işğal edəcəklər. Bu xülyalar regional sülhə və sabitliyə böyük zərbədir.

Sözsüz ki, Fransa və Hindistan, hətta İran regiondakı vəziyyətin gərginləşməsindən faydalanacaqlar. Növbəti hərbi toqquşmalar baş verərsə, bu, yalnız Ermənistanın ziyanına olacaq. Ermənistan məhv olunmaq təhlükəsiz ilə üz-üzə qalacaq".
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti