İrəvanın Qərbə inteqrasiyası: Optimal variant budur... - GƏLİŞMƏErmənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər. Tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Avropa İttifaqı Şurası sədrinin Azərbaycan və Ermənistan liderləri ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşləri nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Brüsseldə keçirilən görüşdə İrəvanla Bakı arasında sülh sazişinin bağlanması prosesini müzakirə ediblər. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub. Tərəflər həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda qərara alınıb ki, aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın məlumatına görə, Ermənistanın inkişafına və təhlükəsizliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır. Xatırladaq ki, 2023-cü il oktyabrın 5-də Paşinyan və Leyen Qranada görüşündən sonra birgə bəyanatla çıxış etmişdi. Leyen Ermənistana dəstək üçün Avropa Birliyi-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat vermişdi.
Heç şübhəsiz Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək deyil. Bu cəhdlər məsələni birtərəfli qaydada həll etmək təşəbbüsüdür ki, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Bu, həm də Avropa İttifaqının missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Mövcud vəziyyət regionda gərginliyi artıra və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Görünür, Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planını işə salıblar. Ehtimal ki, Rusiyanın cavab tədbirləri özünü çox gözlətməyəcək. ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu senaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ermənistana birbaşa danışıqları təklif edir.

Deputat qeyd edib ki, birbaşa danışıqlar sülh prosesinə daha çox səmərə və fayda verir:

"Bir müddət öncə Azərbaycan və Ermənistan liderləri Münhendə görüşdü. Ardınca xarici işlər nazirləri arasında görüş oldu və müzakirələr aparıldı. Müəyyən irəliləyişə də nail olundu. Ona görə də düşünürük ki, vasitəçilər, kənar dövlətlər olmadan sülhün əldə olunması daha realdır. Azərbaycan əvvəlki dövrlərdə Brüssel görüşlərində iştirak etdi. Eyni zamanda Vaşinqtonda və başqa yerlərdə müxtəlif görüşlər keçirildi. Amma Ermənistanın bu görüşlərə xələl gətirəcək addımlar atdığını gördük. İrəvan hökuməti sürətli şəkildə Qərbə inteqrasiya yolunu tutub. Paşinyanın Avropa, Brüsseldə keçirdiyi görüşlərin mahiyyəti bundan ibarətdir. Görüşlərin digər səbəbi də Rusiya ilə bağlı narahatlıqdır. Bugün Rusiya-Ermənistan münasibətləri kifayət qədər gərgindir. İrəvan Moskvanın Ermənistana qarşı addımlarından özünü sığortalamaq üçün Qərb ölkələrinin və beynəlxalq strukturların rəhbərləri ilə əməkdaşlığı genişləndirir. Azərbaycan isə israrla tövsiyə edir ki, indiki mərhələdə ən optimal variant ikitərəfli danışıqlardır. Ermənistan da bilməlidir ki, sülhü və təhlükəsizliyi başqa yerdə axtarmaq yanlışdır. Çıxış yolu Azərbaycanın şərtlərini qəbul etmək və sülh sazişini imzalamaqdır".
25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti