Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü mərhələli şəkildə bərpa edir. İşğal olunmuş rayonların azad edilməsindən sonra, artıq növbəti mərhələdə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması gerçəkləşir. Digər 4 anklav kəndin də yaxın vaxtlarda Azərbaycanın yurisdiksiyasına qaytarılması gözlənilir.

Tarixi aspektdən baxsaq, vaxtilə Sovet Rusiyasının qərəzli siyasəti nəticəsində Ermənistana verilmiş Zəngəzur və Göyçə gölünün şərq hissəsində yerləşən ərazilər də Azərbaycan Xalq Cümhuriyyətinə məxsus olub. Bunu həmin dövrə aid bir sıra sənədlər və xəritələr də tam şəkildə sübut edir.

Bəs görəsən yaxın perspektivdə bu ərazilərin müzakirə mövzusu olması gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarlı bildirib ki, əgər sərhədlərin təyini prosesində sovet dövrünə aid bütün xəritələr əsas götürülsə, bundan bəhs etmək olar:

“Buna aid bizim bəzi öhdəliklərimiz var. Biz Almatı deklorasiyasına qoşulmuşuq. Amma o demək olar ki, xırda, daha dəqiq desək, 1 səhifəlik sənəddir. Almatı deklorasiyasına baxsaq, sənəddə göstərilir ki, sərhədlər qarşılıqlı şəkildə müəyyən olunmalıdır və bu şəkildə ərazi bütövlüyü tanınmalıdır. Yəni müəyyən danışıqlar olmalıdır. Daha sonra danışıqlar nəticəsində sərhəd xətti müəyyən olunandan sonra suverenliyin qarşılıqlı şəkildə tanınması öhdəlik kimi sənəddə qeyd edilib. Biz hazırda sərhədlərin müəyyən olunması mərhələsindəyik. Mən belə başa düşürəm ki, burada sovet dövrü xəritələri əsas götürülür. Bizdə adminstrativ sərhədlər 1920-ci ildən 1991-ci ilə qədər müxtəlif növlərdə təyin olunub”.

Sabiq nazir Göyçə gölünün şərq hissəsi və Zəngəzurun tarixi Azərbaycan torpaqları olmasının gündəmə gətirilməsinin vacib olduğunu vurğulayıb:

“Ermənistan təklif edir ki, 1975-ci ilin xəritələri əsas götürülsün. Azərbaycan isə sərhədin müxtəlif hissələrinə aid, fərqli illərin adminstrativ sərhədlərin nəzərə alınmasını istəyir. Düşünürəm ki, Azərbaycan üçün trateji əhəmiyyəti olan 2 məsələ mövcuddur. Birincisi, Göyçə gölünün şərq sahillərinə vaxtı ilə biz sahib idik. Biz bu vəziyyəti bərpa etməliyik və danışıqlarda bu mövzunu qaldırmalıyıq. Çünki Göyçə gölü cənubi Qafqazda ən böyük şirin su rezervinə sahib su hövzəsi hesab olunur. Biz bu gölə sahibliyi qismən də olsa, təmin etməliyik. İkinci strateji məsələ isə Azərbaycanla Naxçıvan arasında bağlantı olmalıdır. Bu da bizim strateji məqsədlərimizdəndir. Çünki vaxtilə Zəngəzur sovet dövründə Ermənistana verilib. Bu mövzunu da biz mütləq şəkildə gündəmə gətirməliyik”.
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib

Xəbər lenti