Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?Ermənistan hazırda işğal dövrünün nəticəsi olan dərin tənəzzül prosesini yaşayır. Müharibədən dərhal sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının, həmçinin Zəngilan və Qubadlının yüzə yaxın kəndinin Azərbaycana qaytarılması daha az etirazlarla müşayiət olunurdu. İndi isə Ermənistanın səriştəsiz rəhbərliyi yelkənsiz gəmi kimi dolaşır, gah "bacı”larını, gah oturduğu qucaqları dəyişir, amma nəticə yoxdur və olmayacaq. Çünki Ermənistan ilk növbədə özünü, sonra qonşulara münasibətini dəyişməlidir, amma bunu hələlik öz xoşu ilə etmək istəmir.
İrəvan Prezident İlham Əliyevin və qəhrəman Azərbaycan Əsgərinin yaratdığı yeni reallıqları qəbul etməyənə, qalib tərəfin tələblərini tam yerinə yetirməyənə qədər Ermənistan qazan kimi qaynayacaq, daxildən çalxalanacaq, iqtidar ilə müxalifət, əhali ilə diaspor, diasporla kilsə arasındakı ziddiyyətlər artacaq.

Qazaxın kəndlərinin əsl sahiblərinə qaytarılması geçikmiş olsa da, doğru qərardır, amma buna görə Paşinyan hazırda ağır tənqidlərə və təhqirlərə məruz qalır, onu "Azərbaycanın Ermənistandakı səfiri" adlandırırlar. Paradoks ondan ibarətdir ki, bu qədər etirazların fonunda əhali Paşinyanı devirmək də istəmir. Səbəb isə sadədir: Əvvəlki illərdə “Qarabağ klanı”nın üzvləri olan Köçəryan-Sarkisyan cütlüyü xalqa elə divan tutub ki, hələ də tüstüsü təpələrindən çıxır.

Paşinyan təbii ki, çevriliş risklərini nəzərə alır, amma real alternativinin hələlik olmadığını da anlayır. Buna görə də cəsarətli addımlar ata bilir: Qazaxın kəndlərini qaytarır, qondarma “erməni soyqırımı” zamanı guya həlak olmuş 1,5 milyondan çox erməninin adlı-soyadlı siyahısını tələb edir. 109 il əvvəl dünyada 1,5 milyon erməninin olmadığını bilən Nikol yaxşı olar ki, saxta tarix yazanlara belə bir sual da ünvanlasın: 109 il əvvəl müvəqqəti yaşadığı yerlərdən qovulmaq "soyqırımı" hesab edilirsə, o zaman 13500 kv.km Azərbaycan ərazilərinin işğal edilərək minalanması, bu ərazilərə kənar ölkələrdən gətirilən ermənilərin yerləşdirilməsi, 4000 azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirilməməsi, Xocalıda, Bağanis Ayrımda, Başlıbeldə, Malıbəylidə, Edillidə, Quşçularda, Qaradağlıda tərədilən vəhşiliklər bəs nədir?

Hər bir xalqın tarixində kədərli səhifələr olub, amma ermənilər qədər SOYQIRIMBAZ toplum yer üzündə tapılmaz. Ermənistan mövcud olduğu ərazidə qonşularla birgə yaşamaq, yaratmaq, daha yaxşı gələcək qurmaq əvəzinə daim kənar qüvvələrin planlarını həyata keçirir, fitnə-fəsad törətməklə regionda gərginlik yaradır. Bilərəkdən qlobal güclərin alətinə çevrilməklə regional sabitliyi təhdid altına alır. Məhz bu səbəbdən ən yaxşı bayramlarını Tsitsernakaberd və Yerablur memorial komplekslərində qeyd etməsi təəccüblü deyil.

Ermənistan normal dövlət kimi mövcud olmaq istəyirsə, bir çox mənfur niyyət, arzu və istəklərdən imtina etməlidir. Nikolun NATO və Aİ-yə üzvlük istiqamətində fəaliyyətləri də istənilən nəticəni vermir. Mövcud gərgin vəziyyətə görə Ermənistan cəmiyyətində Paşinyana çoxlu sual yaranıb. Bu suallara məntiqli və ağlabatan cavab almayanlar küçələrə çıxır, Nikolu və ailəsini hər yerdə təhqir edirlər. Amma azacıq sağlam düşüncə və yaddaşı olan heç kim yeni inqilab istəmir. Çünki istənilən inqilab erməni ordusunu alt paltarsız xidmətə vadar edən Sarkisyan-Köçəryan çütlüyünün xeyrinə olacaq.

Ermənistanı çalxalayacaq proseslər Qazaxın kəndlərinin qaytarılması ilə başa çatmayacaq. İrəlidə Ermənistanı ağrılı-acılı delimitasiya, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana qayıdış və s. proseslər gözləyir. Ermənistan hakimiyyəti bunlara əhalini indidən hazırlamalı, məsələnin KİV-də geniş müzakirəsinə imkan verməlidir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb

Xəbər lenti