Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni tədqim edirik:

- Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir. Uzun on illiklərdən sonra iki ölkə arasında konkret sərhədləri bildirən sərhəd dirəkləri basdırılıb. Sizcə, tərəflərin sülh danışıqlarına bu prosesin təsiri olacaqmı?

- Azərbaycanla Ermənistan arasında müstəqillik tarixi boyu heç vaxt sərhəd dirəkləri olmayıb. Keçmiş sovet dövründə belə Türkiyə və İran arasında sərhədd xətti olub. Bu tarix müddətində ilk dəfədir ki, Azərbaycanla Ermənistan sərhədində konkret xətti bildirən sərhəd dirəkləri basdırılıb. Bu amil tərəfləri sülhə aparan ən böyük işarə və fəaliyyətdir. Ermənistanın bu ərazidə heç vaxt dövlətçiliyi olmayıb. Ola bilsin ki, hər hansı bir yerdə ermənilərə aid dövlət olsa da bu coğrafiyada Ermənistana aid dövlətçilik nümunəsi tarixdə yoxdur. Ona görə də, Azərbaycanla Ermənistandan arasında konkret sərhəd xətti müəyyənləşməyib. 1920-ci ildən öncəki tarixdə də bu iki ölkə arasında sərhədlər bəlli deyildi. Bu baxımdan indiki halda sərhədlərin müəyyənləşməsi istiqamətində atılan ilk addım tarixi nailiyyətdir.

- Hazırda İrəvanın iradəsinə qarşı təzyiqlər çoxalıb. Ermənistan daxilində olan müəyyən qüvvələrin təsiri ilə proseslərdə hansı dəyişikliklər ola bilər?

- Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətində müsbət məqamlar sezilir. Təbii ki, o müqavimətlə üzləşir. Amma bütün bunlara baxmayaraq Paşinyan dəqiq bilir ki, qonşulara qarşı ərazi iddiasında olmaq, daimi olaraq müharibə vəziyyətində yaşamaq, qondarma soyqırımı iddiaları ilə öz başlarının altına yastıq qoymaq, Ermənistanın gələcəyini şübhə altına ala bilər. Hətta bu il qondarma soyqırımla bağlı çıxışında da Paşinyan “soyqırımı” ifadəsini işlətmədi. Həmçinin baş nazir qondarma soyqırımı iddiasının erməniləri hansı fəlakətlərə sürüklədiyinə də diqqət çəkdi.

- İndiki halda iki ölkənin əldə etdiyi birbaşa razılaşmalara qərbin reaksiyası necə oldu? Çünki bəzi Qərb dövlətlərinin, xüsusən də Fransanın bölgə ilə bağlı planları fərqli idi...

- İlk növbədə bu addım Qərbdə bəzi qüvvələri sanki nokaut vəziyyətinə saldı. Onlar indiyə kimi Azərbaycanı günahlandırmaqla məşğul idi. İddia edirdilər ki, Azərbaycan hərbi yolla Zəngəzur dəhlizini ələ keçirəcək. Bakı Moskva ilə müəyyən razılaşmalara gedib Zəngəzurla bağlı planı reallışdıracaq. Beləliklə, rus qoşunları bölgədə qalacaq. Nəhayət guya Azərbaycanla Rusiya birlikdə Ermənistanın işğal edəcəyi ilə bağlı illuziyalar səsləndirirdilər. Amma hər şey onların iddialarının əksinə baş verdi. Bəzi Avropa dövlətləri başda Fransa olmaqla, Avropa Birliyinin bir çox siyasətçiləri o cümlədən Jozef Borrel (Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi) heç də doğru danışmayıb. Hər zaman olduğu kimi növbəti dəfə Azərbaycana qarşı şər-böhtan kampaniyası aparıblar.

- Bu yaxınlarda sülh müqaviləsinin imzalanacağı ilə bağlı iddialar var, Sizin gözləntilər nədən ibarətdir? Tərəflər arasında ən azından çərçivə sülh müqaviləsinin əldə olunması ehtimalı varmı?

- Məhz Qərbdəki dağıdıcı qüvvələrin iştirakı olmadan Azərbaycanla Ermənistan birbaşa razılaşdı. Bu, bir daha göstərdi ki, həmin qüvvələr iki ölkə arasında sülhün əldə olunmasına birbaşa maneədir. Azərbaycan tərəfi, Prezident İlham Əliyev bunu dəfələrlə qeyd edib. Bu gün də həmin faktlar vurğulanır. Çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına 30 il əngəl olublar. Fakt odur ki, Paşinyan sülhə doğru addım atmaq istəyir, qondarma soyqırımı ifadəsindən imtina etdiyi halda digər dövlətlər ermənidən daha çox, erməni olmağa çalışır. Bu isə Azərbaycana qarşı olan açıq qərəzin göstəricisidir. Prezident ADA Universitetində keçirilən beynəlxalq forumda da bu məsələyə bir daha toxundu. Ölkə başçısı dediyi hər cümlənin altından xətt çəkib təsdiq edirəm. Partiya sədri kimi bu düşüncəni bölüşürük. Çünki bu fikirlər yerində deyilmiş ifadələr idi. Ona görə də, Azərbaycanla Errmənistan arasında sərhədlərin dəqiqləşməsi istiqamətində atılan ilk addım bu ilin sonuna doğru, gələn ilin əvvəlinə qədər çərçivə sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Artıq tərəflər arasında ilk addım atılıb.
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb

Xəbər lenti