"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRHAzərbaycan mötəbər tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrilib. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nüfuzu beynəlxalq aləmdə günü-gündən artmaqdadır. Azərbaycanla müxtəlif sahələrdə də, o cümlədən dünyada baş verən siyasi, iqtisadi proseslərlə bağlı əməkdaşlıq etmək istəyən dövlətlərin, təşkilatların sayı günü-gündən artmaqdadır.
“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi və burada dövlət başçısı İlham Əliyevin iştirak edərək çıxış etməsi, eləcə də bir sıra dövlətlərdən səlahiyyətli şəxslərin iştirak etməsi bu tədbirin önəmini bir daha göstərir.
Prezident Forumda haqlı olaraq qeyd edib ki, Fransa Afrikada, dünyanın digər bölgələrində qanlı cinayətlər törədib, minlərlə insanın həyatına son qoyub: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”.
Politoloq Qabil Hüseynlinin “Sherg.az”a açıqlamasına görə, Azərbaycan Fransanın neokolonializm siyasətinə qarşı sərgilədiyi prinsipial mövqe, müstəmləkəçiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması, eləcə də fransız müstəmləkələrinin Fransanın zülmündən xilas edilməsi müstəvisində ardıcıl siyasət nümayiş etdirir:
“Paris Korsika adası, Yeni Kaledoniya və bir sıra digər yerlərdə neokolonializm siyasəti yürütməkdə davam edir. Fransa həmin ərazilərdə yaşayan yerli xalqların hüquqlarını tapdalayır, onların mədəniyyətini məhv edir. Belə bir vəziyyətdə son dövrlər Korsika və Yeni Kaledoniyanın yerli əhalisi arasında neokolonializmə qarşı azadlıq mübarizəsi də artmaqdadır. Hansı ki, onların bu mücadiləsinə Azərbaycan dövlətinin neokolonializmə qarşı apardığı ardıcıl mübarizəsi mühüm töhfə verib. Məhz son illər Azərbaycan dövlətinin səyləri nəticəsində bir sıra beynəlxalq təşkilatlarda, xüsusən də Qoşulmama Hərəkatında neokolonializmi pisləyən qətnamə və qərarlar qəbul edilib. Bu da ölkəmizin beynəlxalq münasibətlər sisteminin bütün istiqamətlərində beynəlxalq hüququn norma və prinsiplərini, fundamental insan hüquq və azadlıqlarını bütün
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan dövləti hətta bir sıra böyük dövlətlərin edə bilmədiyinə cəsarət edərək, neokolonializm siyasətinə qarşı mübarizə açmaqla dünyanın diqqətini özünə cəlb etməyi bacarıb:
“Fransa həqiqətləri tamamilə haqlı və ədalətli bir şəkildə beynəlxalq gündəliyə daşıyanlara qarşı bütün resurslarından istifadə edərək diskriminasiya siyasəti yürüdür. Şübhəsiz ki, bütün bunlar özünü “qlobal güc” kimi göstərmək üçün uğursuz manevrlərini davam etdirən Fransanın neomüstəmləkəçi siyasətinin ifşa olunmasına maneə yarada bilməz. Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq, Azərbaycan üçün ədalət bütöv, kompleks anlayışıdır və heç bir halda ayrı-ayrı dövlətlərin, xalqların maraqları kontekstindən şərh olunmamalıdır. Özünə münasibətdə ədaləti öz gücü və iradəsi bahasına təmin edən Azərbaycan müstəmləkəçiliyin boyunduruğundan xilas olmağa çalışan xalqlara öz dəstəyini verməklə, bütün dünyada ədalətin bərqərar olunmasına çalışdığını, yalnız öz maraqlarından çıxış etmədiyini göstərir. Azərbaycan Prezidenti Fransanın neokolonializm siyasətindən əziyyət çəkən xalqların müdafiəsinə qalxmaqla həmin xalqlar üçün bir xilaskar rolunu oynadı, onları müstəmləkəçiliyə qarşı yeni mübarizəyə ruhlandırdı. Azərbaycan Prezidentinin bu istiqamətdə sərgilədiyi mövqe dünyanın bir daha bu məsələyə diqqət yetirməli və neokolonializmə birdəfəlik son qoyulmasının vacibliyini ortaya qoyur. Belə bir humanist addımın arxasınca gəlmək artıq digər dövlətlər və onların liderlərinin vicdan borcudur. Ancaq bunun üçün onlar özlərində cəsarət və ləyaqət tapmalıdır”.
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"

Xəbər lenti