Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏAlmatıda keçiriləcək Mirzoyan-Bayramov görüşündə Ermənistan məğlub olduğu dövlətlə tək, vasitəçisiz, çətin vəziyyətdə qalacaq. Bu sözləri türkoloq Varujan Geqamyan erməni mediasına açıqlamasında deyib. Onun fikrincə, görüşdə vasitəçilərin iştirak etməməsi Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir: “Adətən daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur, lakin indiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud şəraitdə hərəkətə keçmək məcburiyyətində qalacaq. Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldular ki, nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə birbaşa təmasda olacaq, indi o, dəstək tapa bilməyəcək. Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq birliyə arxalanmaq çətindir”. Analitik deyib ki, Qərb də Azərbaycanı dəstəkləyir: “Ermənistan müdafiə siyasətinə sadiq qalmaq əvəzinə, güzəşt xəttinə üstünlük verdi və bu, son nəticədə onun suverenliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə, ölkənin Türkiyənin təsir zonalarından birinə çevirməsinə səbəb oldu”.
Məlumat üçün deyək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşəcəyi gözlənilir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Astananın görüşdəki təşəbbüskarlığı böyük güc rəqabətinin gücləndiyi vaxtda Qazaxıstanın Rusiya, ABŞ və Çinlə getdikcə həlledici xarakter alan münasibətləri fonunda baş tutur. Ekspertin sözlərinə görə, görüş baş tutsa, Azərbaycan-Ermənistan münasibətlərinə təsir etmək istəyən ABŞ ilə Rusiya bunu az qala özünün “kölgə vasitəçiliyi” kimi qələmə verməkdən çəkinməyəcək:
"Eyni zamanda Qazaxıstanın Bakı-İrəvan münasibətləri üzrə dinamikası Çinin Mərkəzi Asiyada göstərəcəyi şücaəti üçün məqamlara da təkan verə bilər. Bu baxımdan, üç güc mərkəzi arasındakı böyüyən rəqabətin Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan (Zəngəzur dəhlizi layihəsinin mənzərəsində) əlaqələri təbii ki, Bakı-İrəvan gündəliyinə də təsirsiz ötüşməyəcək. Qısası, Azərbaycanla Ermənistan ikitərəfli qaydada danışıqlarda həvəslərini göstərsələr də, bunun kənar geosiyasi təsirlərə açıq qalmaq ehtimalı mövcuddur. Buna baxmayaraq, Bakı-İrəvan proqramının Almatı səhnəsi ikitərəfli razılıqların çərçivəsini genişləndirməyə imkan verən fürsətləri qiymətləndirir. Bundan əvvəl Ermənistan Qazaxın nəzarətində olan 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasına razılıq vermişdi. Almatı görüşündən sonra isə sülh müqaviləsinin mətninin hazırlanması və delimitasiya mövzusunun paralel formada inkişaf edəcəyini söyləyə bilərik. Üstəlik, bu görüş Cənubi Qafqazda təhlükəsizlik şəraitini aqressiv şəkildə dəyişməyə çalışanlara qarşı dirəniş nöqtəsi kimi bir nəticə hasil etməlidir. Azərbaycan buna çalışır, maksimal şəkildə İrəvanı ikitərəfli rejimdə razılıqlara dəvət edir. İrəvanda müəyyən siqnallar müsbətdir, lakin zəmanət tapmaq çətindir ki, Ermənistan gələcəkdə regionu beynəlxalq oyunçuların qarşıdurma sığınacağına çevirmək xəttinə getməyəcək. Almatı danışıqlarında Azərbaycan tərəfi yüksələn manevr imkanları fonunda Ermənistandan həmin zəmanətləri tələb edə bilər".
Politoloqun qənaətincə, XİN başçılarının gözlənilən görüşü baş tutsa, əldə edilən sülh düsturları üzrə yeniliklər Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim ediləcək: "Təqdim olunan tezislər sülh üzrə bundan sonrakı diqqətin necə ayrılmasını müəyyənləşdirəcək və Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşünə hazırlıq məqsədlərini özündə ehtiva edəcək. Azərbaycan və Ermənistan baş diplomatlarının Qazaxıstan görüşü Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha sıx əlaqə yaratmaq baxımından kritik məqama təsadüf edir. Güc episentrləri əldə oluna biləcək nəticələrə müdaxilə etmək potensiallarını bir daha nümayiş etdirə bilərlər. Lakin onların neytrallaşması daha çox İrəvanın sülh sükanını necə əlində saxlamasından asılı olacaq".
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"

Xəbər lenti