Bu deputatlar yola salınır – SİYAHI

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlıdır. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir.

"AzPolitika"ya müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki,  hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Ona görə də hakim partiyanın siyahısının xeyli "gəncləşəcəyi" gözlənilir. Eyni zamanda seçkilərə bitərəf və başqa partiyanın namizədi kimi qatılan yaşlı şəxslərin də bu dəfə hakimiyyətin dəstəyini ala bilməyəcəyi iddia edilir. Odur ki, yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simaların deputat mandatı ilə vidalaşacağı gözlənilir. 

Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.

Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.

“70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edirik:

- Fəzail Ağamalı (77 yaş);

- Sabir Rüstəmxanlı (77 yaş);

- Vahid Əhmədov (77 yaş);

- Əhliman Əmiraslanov (76 yaş);

- İsa Həbibbəyli (75 yaş);

- Tahir Rzayev (74 yaş);

- Aqiyə Naxçıvanlı (74 yaş);

- Fəzail İbrahimli (73 yaş);

- Elman Məmmədov (73 yaş);

- Rasim Musabəyov (73 yaş);

- Bəxtiyar Sadıqov (73 yaş);

- Eldar Quliyev (72 yaş);

- Anatoliy Rafailov (71 yaş);

- Əli Məsimli (71 yaş);

- Aqil Abbas (71 yaş);

- Cavanşir Paşazadə (71 yaş);

- Sabir Hacıyev (70 yaş);

- Asim Mollazadə (70 yaş).

Eyni zamanda hazırda deputat olan və seçiləcəyi təqdirdə bundan sonrakı seçkidə yaşı 70-i ötəcək Milli Məclis üzvlərinin sayı da az deyil.

Belə ki, hazırda parlamentdə pensiya yaşını keçən, yəni 65-69 yaş aralığında olan daha 14 deputat var – Oqtay Əsədov (69 yaş), Rauf Əliyev (68 yaş), Rafael Hüseynov (68 yaş), Anar İsgəndərov (68 yaş), Hicran Hüseynova (68 yaş), Tahir Kərimli (68 yaş), Səttar Möhbalıyev (68 yaş), Sədaqət Vəliyeva (67 yaş), Məlahət İbrahimqızı (66 yaş), Aydın Mirzəzadə (66 yaş), Musa Qasımlı (66 yaş), Ağalar Vəliyev (66 yaş), Tamam Cəfərova (65 yaş), İmamverdi İsmayılov (65 yaş).

 

 

 
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"

Xəbər lenti