Bakı bu ölkəni İrəvanın “əlindən” alır – Fürsət

Hindistan yüksələn güc mərkəzlərindən biridir, ölkədə 968 mln. səsvermə hüququ olan vətəndaş yaşayır. Ermənistanla yaxınlığın tarixi köklərini bir kənara qoysaq, Azərbaycanın Hindistanla daha sıx əlaqələri olduğu üzə çıxır və praqmatik Hindistan hökuməti Azərbaycanla əlaqələrə önəm verir. Bu işdə yeni logistika xətləri, Azərbaycan Dəmir Yollarının (ADY) gördüyü işlər də mühüm rol oynayır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O xatırladıb ki, 2023-cü ildə Ermənistanla Hindistan arasında ticarət dövriyyəsi cəmi 380 mln. dollar olub:

“Ötən il Azərbaycanla Hindistanın arasında ticarət dövriyyəsi isə 1 mlrd. 435 mln. dollar təşkil edib – yəni, bizim Hindistanla illik ticarət dövriyyəmiz Ermənistanla müqayisədə az qala 4 dəfə çoxdur. Hindistandan Azərbaycana gələn turist sayı kəskin artıb – bu ilin ilk 4 ayında 2023-cü ilin eyni dövrü ilə müqaisədə Hindistandan 2,4 dəfə çox turist gəlib, gələn turistlər sıralamasında Hindistan 4-cü yerə çıxıb.

Rəqəmlər deyir ki, Hindistanla münasibətlər heç də pis deyil, deməli, “dostunu yaxın, rəqibini (düşmənini) daha da yaxın saxla” prinsipini davam etdirmək lazımdır. Hindistanın Azərbaycana münasibəti bizim ölkəmizlə bağlı deyil, daha çox bizim Pakistanla daha sıx münasibətlərə cavab refleksidir. Amma bu refleksi daha sıx ticarət, logistika ilə neytrallaşdırmaq mümkündür və bunun üçün əla fürsət yaranıb: Mayın 13-də Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Bu sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq. Çabahar limanı İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan mövcud limanı idarəçiliyə götürməklə Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirməyi planlaşdırır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi kimi qiymətləndirilir (yeri gəlmişkən, Hindistanın ingilisdilli “The Economic Times” nəşri bu məsələ ilə bağlı geniş yazı dərc edib).

Azərbaycan regional logistik “hab” olmaq istəyir, bunun üçün çox iş görür, yeni layihələrə yatırımlar qoyur və ADY bu işdə aparıcı icra qurumuna çevrilib, çünki hamını maraqlandıran ucuz və sürətli dəmir yolu daşımalarıdır. Məsələnin məğzi budur ki, Hindistan İran və Azərbaycan üzərindən Orta Asiya, Rusiya, gələcəkdə isə Şimali Avropa bazarlarına çıxmaq üçün qısa və effektiv yol axtarır, bu məqsədlə Azərbaycanla, ölkənin rəsmi qurumları, o cümlədən ADY ilə intensiv danışıqlar aparır. Əgər nəzərdə tutulan layihələr tam reallaşsa, Hindistan üçün Cənubi Qafqazda əsas tərəfdaş Azərbaycan olacaq, başqa seçim yoxdur. Azərbaycanın infrastrukturu bu layihə üçün çox əlverişlidir, bu isə ölkəmizə əlavə dividendlər gətirə bilər – həm də Hindistanın maraqlarını nəzərə alaraq, Azərabaycan bu qarşılıqlı asılılıqdan istifadə edərək Hindistanın mövqeyini dəyişə, ən azı neytrallaşdıra bilər”.

İqtisadçı hazırkı şəraiti fürsət olaraq qiymətləndirib və rəqabətə şərait yaradılması üçün hökuməti idarəetmə-vergi-gömrük islahatlarına səsləyib.

24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"
22 Aprel 2025 Somali ilə əməkdaşlıq sazişi təsdiqləndi
22 Aprel 2025 Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
21 Aprel 2025 Prezident Çinin Sinxua agentliyinə müsahibə verib

Xəbər lenti