Ermənilərin xəritə hiyləgərliyi - 29.7min kv/km necə 31 min oldu?

Revanşistlərin ərazi iddialarına Paşinyandan “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər” cavabıa

Ermənistandakı revanşist qüvvələrin yeni peyda olan başçısı, keşiş Baqrat Qalstanyan Nikol Paşinyanın dediklərinin əksinə, yeni sensasion iddia ilə çıxış edib. Qalstanyan Azərbaycanla sərhədlərin 1976-cı il xəritəsinə əsasən delimitasiyasına şübhə ilə yanaşaraq deyib ki, Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesi 1929-cu ilin xəritələri üzrə gedir. “Və yaxın vaxtlarda biz də Milli Təhlükəsizlik Xidmətinin arxivindən indiki yox, əvvəlki arayışı təqdim edəcəyik. Mənzərə son dərəcə aydındır. Biz prosesi dayandırmasaq, daha doğrusu, səbəbini aradan qaldırmasaq, bu proses sona çatacaq”, - Baqrat bildirib.

Qalstanyan və onun kimi iddialar irəli sürən revanşistlərə rəsmi İrəvanın reaksiyası özünü gecikdirməyib. Ermənistan baş naziri Nikol Paşinyan mayın 22-də parlamentdə Azərbaycanla sərhədin demarkasiyası məsələsindən danışıb. "AzadlıqRadiosu"nun erməni xidməti yazır ki, o, deputatlardan birinin sərhədin delimitasiyasının hansı xəritələr əsasında aparıldığına dair sualına cavab olaraq deyib ki, söhbət SSRİ-nin dağılması anında olan de-yure sərhədlərdən gedir və heç bir yeni xəritələr tərtib olunmur: “1988-ci ilin demarkasiya işlərindən çox danışılır. Birincisi, bir daha vurğulayıram: burada nə vaxtsa və hansısa bir şəkildə görülən iş təsdiqlənir. Bu təsvirə görə həmin iş de-yure qüvvəyə minməyib, çünki hüquqi prosedurdan keçməyib. Yəni hüquqi gücü yoxdur. İkincisi, bu işin əsasında heç bir xəritə yaradılmayıb”.

Paşinyan parlamentdəkilərə SSRİ Baş Qərargahının 1969-cu ilin xəritələrinə əsaslanan 1976-cı ilə aid xəritələrini göstərib: “Çox təfərrüatlı bir iş görərək biz xəritələrdə Ermənistan sərhədlərinin bütün perimetrlərini təsvirləmişik. Biz Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində SSRİ-nın dağılması zamanında de jure hüquqi gücü olan xəritələr əsasında demarkasiya aparmışıq”.

Baş nazir əlavə edib ki, bu təsvir xəritələri tam 19 səhifədən ibarətdir.

Paşinyan bir daha bəyan edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometrdir. Baş nazir vurğulayıb ki, “tarixi Ermənistan” ideyasının daşıyıcıları bu məntiqi başa düşməlidirlər.

O, çıxışında müxalifətə işarə edərək “bəzilərinin gözləntilərindən” bəhs edib və deyib ki, belə mövqe birbaşa “qeyri-dövlətə, qeyri-suverenliyə, qeyri-vətəndaşlığa aparır”: “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər. Baxın, real və tarixi Ermənistan arasında olan fərq budur. Onlar istəyirlər ki, real Qafanda oturan adamlar Zəngilan və ya onların sözləri ilə desək, Sanasar haqqında xəyallara qapılıb real Qafanı itirsinlər. Bu, konseptual müzakirədir. Real Ermənistan gələcəkdir. Biz deyəndə ki, gələcək var, gələcək elə budur”.

Paşinyan sözünə davam edərək deyib: “Real Ermənistan konkretdir. Biz onun sərhədlərini bilirik və səhərdən axşamadək kiməsə ağız açıb "təhlükəsizliyimizi qoruyun" deməkdənsə, onun təhlükəsizliyini təmin edirik. Öz legitim mövqeyimizdə dururuq".

Nikol Paşinyan sonuncu fikirləri ilə əslində revanşistlərin Ermənistan dövlətinin varlığına son qoya biləcək qədər təhlükəli, yanlış yolda, iddialarda olduğunu Ermənistan xalqına açıq şəkildə çatdırmış olub. Baş nazir xalqına iki seçimi təqdim edir. Ya “xam xəyallar”la yaşayıb əllərində olanı da itirmək, ya da realist davranıb əllərində olanı saxlamaq.

İrəvan Dövlət Universitetinin Xəritəçəkmə və geomorfologiya kafedrasının müdiri Artak Piloyan isə deyib ki, 1926-cı ilin xəritəsinə görə, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi Ermənistan üçün daha sərfəli olardı. Onun sözlərinə görə, guya həmin dövrün xəritəsinə əsasən Ermənistan SSR-in ərazisi 31 min kvadrat kilometr olub. Piloyan sərsəm fikirlərinə əlavə olaraq bildirib ki, bura “Qırmızı Kürdüstan” ərazisi də daxildir.

Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan mayın 22-də iddia edib ki, 1976-cı ilin xəritələri sərhədin bütün hissələrdə delimitasiya üçün əsas olacaq. Onun sözlərinə görə, hazırda delimitasiyanın növbəti mərhələsinin hansı ərazidə aparılacağı məlum deyil.

Qeyd edək ki, sərhədin digər hissələrinin hansı xəritələrlə çəkiləcəyini Azərbaycan müəyyən edir. Yəni rəsmi Bakı yalnız 1976-cı il xəritəsinə istinad edilməyəcəyini bildirib.

Bəs bu nə xəritələrdir belə (1929 və 1926)? Ermənilər nəyə arxayındır, əgər SSRİ tərkibində ərazisi “böyüyən” yeganə müttəfiq respublika Ermənistan olubsa? SSRİ dağılan zaman məgər Ermənistanın ərazisi 29.7 min kv/km deyildi?

Keşiş Baqrat və onun kimi revanşistlərin xəritə və ərazi iddialarına tutarlı cavabı elə Ermənistanın baş naziri Paşinyan “Onlar istəyirlər ki, İrəvanın mərkəzində kafedə oturub, Qars barədə xülyalara dalsınlar və beləliklə də İrəvanın özünü itirsinlər” deməklə verib.

Azərbaycan və Ermənistan arasında bütün sərhədlərin müəyyənləşdirilməsi zamanı 1923-cü ildən sonrakı xəritələrdən istifadə İrəvana sərf edir. Çünki bu müddətdə Azərbaycanın bir sıra əraziləri, xüsusilə Zəngəzurun 9 kəndi, Laçın və Kəlbəcərin müəyyən əraziləri Ermənistanın nüfuz dairəsinə keçib. O cümlədən Qazax, Gədəbəyin bəzi əraziləri, Göyçə. Bu səbəbdən də ermənilər çalışırlar ki, 1923-cü ildən sonrakı xəritələri əsas götürsünlər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təxminən iki il öncə indi keşiş Baqratın iddialarına oxşar iddialar irəli sürürdü. Lakin Azərbaycan o cür iddiaların əsassız olduğunu qeyd edərək təbii ki, qəbul etmədi. Bu gün artıq nə Paşinyan, nə də Qriqoryan belə fikirlər səsləndirmirlər. İndi isə keşiş Baqrat və revanşist müxalifət 1926 və 1929-cu il xəritələrini əsas götürməyin guya düzgün olacağını iddia edirlər. Onlar iddia edirlər ki, Sovet İttifaqında sərhədlərin demarkasiyası 1925-26-cı illərdə başlayıb, 1929-cu ildə başa çatıb və sonradan hazırlanmış sovet xəritələri o dövrün xəritələrinə əsaslanır. Halbu ki bundan əvvəl 1918, 1920-ci ilin xəritəsi var. Bu hərbi xəritə Azərbaycanda da, Ermənistanda da mövcuddur. Amma Ermənistan mütəxəssisləri məhz 1923-cü ildən sonrakı xəritələri gündəmə gətirirlər. Niyə? Çünki delimitasiya zamanı 1920-ci illərdə çəkilən xəritə əsas götürülsə, Azərbaycanın ərazisi bir neçə min kvadrat kilometrə qədər artacaq. Bu səbəbdən də ermənilər deyirlər ki, 1923-cü ildən sonrakı dövrün xəritələri ilə razıyıq. Çünki yaxşı bilirlər ki, o torpaqlar Ermənistana sonradan - SSRİ zamanında verilib.

Professor, millət vəkili Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda müxtəlif illərə aid olan xəritələrə istinad edilməsi cəhdləri sərhədlərin delimitasiyası, demarkasiyası və sülh sazişinin imzalanmasında maraqlı olmayan qüvvələrin olduğunu bir daha göstərir: “Əgər indiyədək bu proses başlayıb və gedirsə, deməli, bəlli metodologiya qəbul edilib. İş də onun əsasında aparılır. Ermənistanın keşiş Baqrat və Səfəryan kimi şəxsləri bilməlidirlər ki, 1918-ci ildə Ermənistan adlı bir dövlət Azərbaycan torpaqlarında yaradılanda ərazisi təxminən 9 min kvadrat kilometr idi. Bu gün isə Ermənistanın ərazisi 28 min kvadrat kilometrdən bir qədər çoxdur. Onların ərazi artımı nəyin hesabına olub? Ermənistana müxtəlif illərdə verilən Azərbaycan torpaqları hesabına. Ermənilərə müxtəlif illərdə verilən torpaqların sənədləri var və ermənilərin söylədikləri heç bir əsasa dayanmır”.

23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib
20 Noyabr 2024 Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
19 Noyabr 2024 Ərdoğan Trampla dil tapa biləcəkmi: Yaxın Şərq böhranı ABŞ və Türkiyəni amansız rəqiblərə çevirir
19 Noyabr 2024 Sülhlə bağlı yeni tarix - “Gələn yazda...”
19 Noyabr 2024 BMT komitəsi itkin düşmüş şəxslərlə bağlı Azərbaycanın həmmüəllif olduğu qətnamə qəbul edib
18 Noyabr 2024 Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
18 Noyabr 2024 İlham Əliyev Palau Prezidenti ilə görüşüb

Xəbər lenti