İlham Əliyev Qambiya prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev qambiyalı həmkarı Adama Barrounu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

20 Fevral 2025 İlham Əliyev Artur Rasi-zadəyə ordenini təqdim etdi YENİLƏNDİ
20 Fevral 2025 Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Saziş təsdiqlənib
20 Fevral 2025 Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı
20 Fevral 2025 Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
20 Fevral 2025 İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib
20 Fevral 2025 Mərkəzi icra hakimiyyəti orqanlarının yeni Nümunəvi Əsasnaməsi hazırlanacaq
20 Fevral 2025 Prezidentdən sərəncam: Kompleks yaradılır
20 Fevral 2025 İlham Əliyevlə Ərdoğanın Xankəndi dialoqu yada düşdü: Hotel açılışı... - VİDEO
20 Fevral 2025 Kreml “Qafqaza dönüş planı”nı işə salıb: Rusiya kəşfiyyatı erməni hərbi cinayətkarları fəallaşdırır
19 Fevral 2025 Prezident Xocalıya köçən ailənin qonağı oldu - Foto
19 Fevral 2025 Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanışlıq YENİLƏNİB
19 Fevral 2025 Bələdiyyələrin bu səlahiyyəti ləğv edilir
19 Fevral 2025 Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşüb
19 Fevral 2025 Bu qardaşlığa heç bir amil xələl gətirə bilməyəcək – Türkiyə səfiri
19 Fevral 2025 Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi olub YENİLƏNƏCƏK
19 Fevral 2025 Prezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub YENİLƏNİB
19 Fevral 2025 Prezident İlham Əliyev Xankəndidə təmir və bərpadan sonra “Bulud” hotelin açılışında iştirak edib YENİLƏNƏCƏK
19 Fevral 2025 Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB VİDEO
18 Fevral 2025 İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
18 Fevral 2025 Prezident və birinci xanım Ağdamda - YENİLƏNİB

Xəbər lenti