Kreml “Qafqaza dönüş planı”nı işə salıb: Rusiya kəşfiyyatı erməni hərbi cinayətkarları fəallaşdırır

Bəzi iddialara görə, erməni revanşistlərin indi hərəkətə keçmələrinin əsas səbəblərindən biri məhz ABŞ ilə “Ukrayna bazarlığı”nda müəyyən güzəştlər qaparan Rusiyanın verdiyi “hazırlaşın” təlimatı ilə bağlıdır... Kremlin Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün “düymə”yə basaraq, Rusiya kəşfiyyatının nəzarətində olan erməni revanşist düşərgəni hərəkətə gətirməyə çalışdığı barədə məlumatlar mövcuddur...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, dünyada cərəyan edən hərbi-siyasi proseslər Cənubi Qafqaza da təsir göstərməyə başlayıb. Belə ki, Ukraynada “savaş bataqlığı”ndan çıxmaq şansı qazanmaqda olan Rusiya tədricən bu regiona yönəlik siyasi prioritetlərini dəyişməyə cəhd göstərir. Xüsusilə də, Kremldə Cənubi Qafqaza əvvəlki mövqelərdə dönüş ümidləri baş qaldırmaqda olduğu müşahidə edilir. Və belə anlaşılır ki, Rusiya itirməkdə olduğu Cənubi Qafqazı yenidən özünün təsiri altına sala biləcəyinə inanmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, Rusiya bir müddət öncəyə qədər Azərbaycanla strateji tərəfdaşlığa can atırdı. Ancaq son vaxtlar Kreml rəsmi Bakıya təzyiq ritorikasına üstünlük verməyə çalışır. Xüsusilə də, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya səmasında raketlə vurulmasından sonra Kreml rəsmi Bakı ilə strateji tərəfdaşlıq münasibətlərini unutmuş kimi görünür. Və hazırda Kreml ənənəvi imperialst hədəfləri çərçivəsində Cənubi Qafqazda hegemonluq şanslarını yenidən sınamağa can atır.

1597164130_eaf880c3a5a76355cccfc2ac94add20d.jpg (241 KB)

Ancaq buna baxmayaraq, Kremlin Cənubi Qafqaza yönəlik ümidlərində bir az təsələskənliyin olduğu qətiyyən şübhə doğurmur. Xüsusilə də, Rusiyanın Azərbaycana qarşı təzyiq niyyətinə düşməsi real regional situasiya ilə uyuşmur. Çünki Azərbaycan artıq ötən əsrin 90-cı illərində olduğu durumdan tamamilə uzaqlaşıb. İndi Azərbaycan maliyyə-iqtisadi inkişaf mərhələsində olan güclü dövlətdir. Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə nail olub. Üstəlik, rus sülhməramlı kontingenti də ölkə ərazisindən çıxarılıb. Və indi güclü orduya malik Azərbaycan Rusiyanın təzyiq mexanizmlərindən kənarda olmaqla yanaşı, Kremldən əlçatmaz məsafəyə qədər uzaqlaşa bilib.

Digər tərəfdən, Azərbaycanın xarici müttəfiqləri də dünya məkanında real siyasi iradə sahibi olan dövlətlərdir. Xüsusilə də, NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanı Rusiya üçün toxunulmaz ölkəyə çevirir. Yəni, Cənubi Qafqaza geri dönmək niyyətinə düşən Kremlin rəsmi Bakıya təzyiq göstərməklə, Azərbaycanı yenidən Rusiyanın təsir dairəsinə salmaq şansları hazırda qətiyyən cəlbedici xarakter daşımır. Və bu baxımdan, Kremlin yersiz ümidləri Rusiya üçün əlavə problemlər də yarada bilər.

Halbuki, eyni situasiya Ermənistana münasibətdə qətiyyən keçərli sayıla bilməz. Belə ki, Rusiya ilə hərbi müttəfiq olsa da, Kremlə arxa çevirib, Qərbə inteqrasiya siyasəti yürüdən rəsmi İrəvanın təzyiqə davamsız zəif nöqtələri kifayət qədərdir. Xüsusilə də, Ermənistan ərazisində Rusiya hərbi bazalarının olması hərbi-siyasi böhran vəziyyətində rəsmi İrəvan üçün əsl fəlakət faktoruna da çevrilə bilər. Və Azərbaycandan fərqli olaraq, Ermənistan iqtisadiyyatının tamamilə Rusiyadan asılı olması da, rəsmi İrəvanı Kreml qarşısında müqavimət immunitetindən məhrum buraxa biləcək amildir.

87be9dbe-1472-4502-86da-bbed61c6c597.jpg (314 KB)

Eyni zamanda, son vaxtlar rəsmi İrəvanın beynəlxalq himayədarları da Ermənistana dəstək məsələsində əvvəlki intensivliyi qorumağa həvəsli görünmürlər. Belə ki, Bayden administrasiyasının son günlərində Ermənistanın ABŞ-la imzalamağa nail olduğu strateji tərəfdaşlıq barədə saziş indi prezident Donald Trampın dönəmində Ağ Ev üçün kağız parçasına çevrilib. Və Cənubi Qafqaz siyasətini dəyişməyə başlayan ABŞ yeni regional prioritetlərində Ermənistanı əsas tərəfdaş statusunda saxlamaq niyyətindən uzaq görünür.

Təbii ki, belə situasiyada Ermənistan Cənubi Qafqazda yenidən təklənmiş “dövlət” durumuna düşmək təhlükəsi ilə üzləşib. Hər halda, bundan sonra Ermənistanın ABŞ və Qərb tərəfindən əvvəlki səviyyədə dəstəklənəcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, Tramp administrasiyasının Cənubi Qafqazda Azərbaycana daha çox strateji əhəmiyyət verə biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, hazırda dünyada baş verənlərin Ermənistanda daxili siyasi məkana birbaşa təsir göstərməsi o qədər də gözlənilməz deyil.

Məsələ ondadır ki, revanşist-radikal erməni müxalifəti yenidən ümidlənməyə başlayıb. Bu siyasi-ideoloji düşərgədə hesab edirlər ki, Paşinyan hakimiyyəti Qərbdən aldığı dəstəyi tədricən itirməyə başlayıb. Eyni zamanda, erməni revanşistlər Rusiyanın Ukrayna savaşından çıxa biləcəyi ilə bağlı prosesdən də məmnun görünürlər. Çünki bu, baş verəcəyi təqdirdə, Kremlin erməni reavnşist düşərgəni dəstəkləyəci qənaətindədirlər. Və bu baxımdan, indi əsasən iki tezis üzərindən təbliğata başlayaraq, tam hazırlıq vəziyyətinə keçməyə çalışırlar.

pashinyan_28374.jpg (283 KB)

Nə qədər qəribə də olsa, erməni revanşistlər ABŞ və Rusiya arasında Cənubi Qafqaz mövzusunun müzakirə olunduğunu iddia edirlər. Halbuki, son görüşdə hətta əsas gündəm mövzusu hesab olunan Ukrayna böhranının belə, müzakirə edilmədiyi bildirilir. Belə olan təqdirdə, ABŞ və Rusiyanın Cənubi Qafqaz mövzusunu müzakirə etdiyinə yalnız sadəlövhlər, ya da xəyalprərəstlər inana bilər. Və bu uydurma ilə erməni revanşistlər Ermənistan cəmiyyətini yenidən işğalçı ideyalar ətrafında birləşdirməyə cəhd göstərirlər.

Maraqlıdır ki, erməni revanşistlər Paşinyan hakimiyyətinin də Qərbdən daha dəstək almaqda çətinlik çəkdiyini xüsusi olaraq, qabartmağa çalışırlar. Ermənistan cəmiyyətinə açıq mesajlar verilir ki, tezliklə Rusiya yenidən Cənubi Qafqazda hegemon mövqelərə malik olacaq. Nəticədə Kremllə münasibətləri korlanmış Paşinyan hakimuyyətini dəyişmək çətinlik törətməyəcək. Və bu, o deməkdir ki, erməni revanşistlər Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyəti ələ keçirtmək şansı qazandıqlarına inanmağa başlayıblar.

Bəzi iddialara görə, erməni revanşistlərin belə ümidlənməsinin əsas səbəblərindən biri də məhz Kremldən aldıqları fəallaşma təlimatı ilə bağlıdır. Hər halda, Paşinyan hakimiyyətinin əleyhdarları ciddi şəkildə Rusiyanın təbliğ olunmasına cəhd göstərirlər. Ona görə də, Kremlin Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün “düymə”yə basaraq, Rusiya kəşfiyyatının nəzarətində olan erməni revanşist düşərgəni hərəkət gətirmiş ola biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanda daxili xaosun baş qaldıra biləcəyi tamamilə inandırıcı görünür.

19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar
16 Aprel 2025 Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Xəbər lenti