
Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib.
O bildirilib ki, Azərbaycan bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib:
"Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir".
http://qanuninfo.az/uploads/posts/2025-04/1745910825_393900ecee05fbc265cb83729473d3a8.jpg