|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bank hesablarında saxlanılan pul və sahib olduğu əmlak barədə məlumatlar açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə “Rəsmi Qəzet”də Yüksək Seçki Qurumunun açıqlaması yer alıb.
Ərdoğanın sahib olduğu əmlak bunlardır: Rizənin Güneysu bölgəsinin Dumankaya kəndində 2 min kvadrat metr torpaq sahəsi (10 min tl), Üsküdar bölgəsində 2017-ci ildə alınmış mənzil (4 milyon tl), Audi A8 avtomobili (234 min 80 tl).
Türkiyə prezidentinin hazırda 6 milyon 347 min türk lirəsi nağd pulu (1 milyon 355 min 270 min dollar) olduğu açıqlanıb.
Siyahıda Ərdoğanın borclarına da yer verilib. Türkiyə liderinin Məhməd Gür adlı iş adamına 2 milyon türk lirəsi borcu olduğu bildirilib.