Azərbaycan prezidenti ümumiyyətlə hər zaman üç məsələni prioritet istiqamət olaraq qarşıya qoyub:

Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, ölkənin milli təhlükəsizliyinə təhdidin qarşısının alınması, müstəqilliyimizin qorunması.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, dünənki müşavirədə Prezident İlham Əliyev hər zaman söylədiyi “biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını ortaya qoydu:

“Azərbaycan dövlətinə, dövlətçiliyinə, hər bir Azərbaycan vətəndaşına olan təhlükənin, təhdidin qarşısını almaq üçün hər bir məmur cavabdeh olmalıdır. Prezidentin də qeyd etdiyi kimi, strateji əhəmiyyət kəsb edən metropoliten, xəstəxanalar, hətta uşaq bağçaları və s. də generatorların, alternativ enerji mənbələrinin olmasına ehtiyac var. Dünya praktikasında da belə qəzalar olub. Ancaq qəza lokal xarakter daşımalıdır, ölkə baş verən qəzaya hazırlıqlı olmalıdır. Prezident də bunu vurğuladı”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin məmurlara tutduğu irad məqsədəuyğun idi:

“Prezident İlham Əliyev məsələlərin başvermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı və bu komissiya, heç şübhəsiz, yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaq. Digər tərəfdən, istintaq qrupu da bu məsələni araşdırır. Baş Prokurorluğun verdiyi məlumata görə, artıq bir neçə maddələr üzrə cinayət işi açılıb. Müvafiq qərarların qəbul olunacağı şübhəsizdir”.

Politoloq qeyd edib ki, əsas məsələ bu cür hadisələrin bir daha təkrar olunmaması üçün işlərin görülməsidir:

“Hər bir strateji əhəmiyyətli obyektdə alternativlər yaradılmalıdır. Çünki insan sağlamlığından, insan həyatından üstün məfhum yoxdur. Məhz bunun da qorunması üçün hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir”.

19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar
16 Aprel 2025 Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Xəbər lenti