![]() |
|
“Yol-xeber.az” xəbər verir ki, koronavirus pandemiyasına görə Azərbaycanın ali və orta məktəblərində dərslər sentyabrın 15-də başlamayacaq.
Belə ki, 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
Sentyabrın 15-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaqğı, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
"Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq: "Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".
Xatırladaq ki, pandemiya şəraitində ötən ilki tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.
Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.
"Vətən müharibəsində döyüş əməliyyatları gedişində Ermənistanın işğalçılıq cinayətləri ilə əlaqədar Hərbi Prokurorluq orqanlarında Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə və sair cinayətlərə görə məsuliyyət nəzərdə tutulan maddələri ilə cinayət işləri başlanılmaqla real müharibə, ağır döyüş əməliyyatları gedişində zəruri olan bütün mümkün istintaq hərəkətləri keyfiyyətlə icra olunub".
"Yol-xeber.az" xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.
“Ermənistanın təcavüzkar cinayətləri istintaq sübutları ilə rəsmiləşdirilməklə zəruri addımların atılması hazırda da davam etdirilir”, - şöbə rəsi bildirib.
"Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi prokurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməyib".
Yol-xeber.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi prokurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi.
Bununla əlaqədar olaraq, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Prokurorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılmış, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılıb. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksiyasına aid olan bütün ərazilərdə təşkil edilib", - o vurğulayıb.
I Qarabağ müharibəsi şəhidi Rəhman Əliyevin oğlu, “Azstone MMC”nin icraçı direktoru Anar Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən şirkətdə qanunsuz yoxlamalar aparıldığını iddia edir.
Bununla bağlı “Qafqazinfo”ya müraciət edən A. Əliyev qeyd edib ki, sözügedən yoxlamalar şirkətin iş fəaliyyətinə ciddi təsir edir: “Agentlik sahibkarlıq fəaliyyətimizi dayandırmağa cəhd edir. Artıq məcburuq ki, çalışdığımız MMC-də xeyli sayda çalışan işçiləri işdən azad edərək, sahibkarlıq fəaliyyətimizi dayandıraq. Qanunsuz yoxlamalar və bu qanunazidd hərəkətlərin Qaradağ rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində obyektiv araşdırılmaması barədə dəfələrlə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətlər etmişik. Buna baxmayaraq, sözügedən Agentlik, eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraçı direktor olduğum “Azstone” MMC-yə qarşı təzyiqlər bu gün də davam edir.
Yoxlamaların səbəbini soruşduqda bizə deyilir ki, Agentlik yeni yaradılıb və bu, rəhbərliyin göstərişidir. Şirkətimizin dağ-mədən ayırması aktının müddəti bitib. Bu səbəbdən də işləməmişəm. Aktın müddəti üçün də Agentliyə müraciət etsək də, icazə vermirlər”.
“Qafqazinfo” məsələ ilə bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürova müraciət edib. O bildirib ki, icazə sənədi olmadan yerin təkindən faydalı qazıntıları çıxardığına görə "Azstone" MMC-in fəaliyyəti qanunsuz hesab olunub: “Qeyd edim ki, “Azstone" MMC-yə verilmiş dağ-mədən ayırma aktının müddəti 6 may 2020-ci il tarixində bitib. Ona görə də barəsində inzibati protokol tərtib olunub, qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən cərimələnib”.
Agentliyin rəsmisi onu da bildirib ki, ümumiyyətlə, icazə sənədi olmadan yerin təkindən faydalı qazıntıların çıxarılması qanunsuz hasilat hesab olunur.
Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilir ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.
Zəngəzur vilayətində Gorus-Qafan avtomobil yolunda yeni lövhə quraşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanı yayıb.
Bildirilir ki, üzərində “Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.
Qeyd edək ki, bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə ermənilər arasında təşvişə səbəb olub.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-23° isti, gündüz 27-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağıehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
"El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum".
Ölkə.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
O, dördüncü dalğanın uzun müddət davam etməsinin səbəblərini belə izah edib: "Mənim proqnozumla dördüncü dalğa bu günlərdə bitməli idi. Deltanın dalğası nisbətən uzun çəkir, çünki sürətlidir, yanından keçən adama da yoluxa bilir. Ailədəkilər də tez yoluxur. Amma nə qədər sürətli olsa da, hər dalğanın müəyyən müddəti var, o müddəti keçə bilməz.
Tezliklə bitəcək. Qorunma tədbirlərini hamı bilir. Bir az ciddi yanaşsanız, tezliklə yoluxma sayında kəskin enmənin şahidi olacağıq”.