![]() |
|
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əlil sürücülərin yolunu kəsən şəxslərə xəbərdarlıq edib. Yol-xeber.az-a daxil olan müraciətdə bildirilir ki, paytaxt ərazisində yaradılmış mövcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulmuş qaydalara əməl etməyən sürücülər var. DYP bütün hərəkətin iştirakçılarının bir daha diqqətinə çatdırır ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklanma zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.
Yol polisi sürücülərdən, hərəkətin digər iştirakçılarından və bütün ictimaiyyat üzvlərindən xahiş edir ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!
Yol polisi fürsətdən istifadə edərəkTokio şəhərində keçirilən Olimpiya oyunlarında yüksək nəticə əldə edən paraolimpiyaçılarımızı təbrik edib və onların uğurları ilə qürur duyduğunu bildirib.
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi Azərbaycanda vaksinasiya yaşının16-ya endirilməsinə qərar verib.
Qərarda qeyd olunur ki, istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
Səhiyyə Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, istisna hallara xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar daxildir.
Xırdalan şəhərində lyukun qapağı kimi preslənmiş kartondan istifadə edilməsi barədə sosial mediada geniş müzakirələr aparılır.
Yol-xeber.az-ın məlumatına görə, paylaşılan fotoşəkillərdə qapağın sındığı görünür. Bunun da avtomobillərin hərəkətinə təhlükə yaratdığı istisna edilmir.
Araşdırmalarımızdan məlum olur ki, sözügedən ərazi Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsidir.
Həmçinin qapağın üzərində "Azkompozit" şirkətinə məxsus olduğu yazılıb və kompozit materialından olduğu deyilir ki bunun nə qədər təhlükəsiz olması sual doğurur.
Məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılllı bildirdi ki, sözügedən qapaq “Azərsu” tərəfindən qoyulmuş kanalizasiya qapağı deyil:
“Azərsu” kanalizasiya borularında dəmir qapaqlardan istifadə edir. Sözügedən xətt rabitə xəttidir”.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib. Qurumdan məsələnin araşdırılacağı deyilib.
Azərbaycanda sabiq deputat vəfat edib.
Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Salman oğlu Əliyev dünyasını dəyişib.
X.Əliyev 1991-ci il noyabrın 26-da Azərbyacan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.
Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.
X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirib. O, Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş”, "Gün var əsrə bərabər”, Nodar Dumbadzenin "Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Allah rəhmət eləsin"
Son günlər uşaqlar arasında koronavirusa yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi 4 aylıqdır , ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.
"Yol-xeber.az" xəbər verir ki, Uşaqlar arasında da koronavirusa yoluxanlar var. Ən kiçiyi 4 aylıq, ən böyüyünün isə 16 yaşı var.
Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda koronavirusun mənfi təsirləndikləri müşahidə olunur.Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.
Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.
Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Yol-xeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar verib.
Sözügedən şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi aşağıdakı qərarları qəbul edib.
Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.
- 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
- 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Sözügedən şəxslər //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Müdafiə Nazirliyi Füzuli rayonunun Mollavəli kəndindən görüntülər paylaşıb.
Görüntüləri təqdim edirik:
“Əslində əvvəllər də uşaqlar koronavirusa yoluxurdurlar. Son zamanda həm Azərbaycanda, həm də digər ölkələrdə uşaqların koronavirusu ağır keçirdiyi müşahidə olunur”.
Yol-xeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva bildirib.
“Hətta vəfat edən uşaqlar var. Müşahidə olunur ki, yeni ştammlar uşaqlara qarşı aqresivləşir”, - deyə mütəxəssis bildirib.
Daha ətraflı videodan izləyə bilərsiz: