“Hələ də bu gün bəzən cəmiyyət arasında, bəzən də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrədə hansısa səbəbdən ölümlər vaksinasiya prosesi ilə əlaqələndirilir”.

“Yol-xeber.az” xəbər verir ki, bunu Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, vaksinasiyanın ölümlə nəticələnməsi barədə deyilənlər qətiyyən sübut edilməmiş, heç bir əsası olmayan rəqəmlərdir:

“Vurğulamaq lazımdır ki, ölkəmizdə hər il ortalama olaraq ortalama 60-70 min insan vəfat edirdi. Bunlar hər hansı bir səbəbdən, xəstəlikdən olduğu kimi 15-20 %-i də səbəbi bilinməyən ani ölümlər idi.  Bu ani ölümlərin tərkibində fərqli-fərqli xəstəliklər - beyin-qan dövranı sistemində ani ölümə səbəb ola biləcək ürək-damar xəstəlikləri və səbəbi bilinməyən yüzlərlə xəstəliklər var ki, bunları araşdırmadan kütləvi vaksinasiya zamanı ölkədə ola baş verən hər bir ölüm hadisəsinin vaksinasiya ilə əlaqələndirilməsi qəbuledilməzdir.

Bu, ölkəmiz, xüsusən bugünkü pandemiya ilə mübarizədə qış aylarında ola biləcək böyük dalğalar qarşısında insanların həyat və təhlükəsizliyini təmin etmək üçün qızıl açar rolu oynayan vasitəyə qarşı xoş olmayan addımdır” - R.Mahmudov söyləyib.

 

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) iclas zamanı məscidlərin fəaliyyəti ilə bağlı verdiyi qərarlar inanclı kəsim arasında narazılığa səbəb olub.

Yol-xeber.az xəbər verir ki, qurumun rəsmi nümayəndələri bununla əlaqədar QMİ-nin toplantısında etirazını ifadə edib.

Belə ki, iclas zamanı "Təzəpir" məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubov idarənin səlahiyyətli şəxslərinə yeni qərarlarda yer alan müddəalarla bağlı  suallar ünvanlayıb və iradını bildirib. O, ictimai iaşə obyektlərinin fəaliyyətini əsas gətirib. 

Bundan əlavə, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Şahin Həsənlinin konfrans zalını toplantı bitməmiş etiraz əlaməti olaraq tərk etdiyi bildirilir.

Bu barədə din xadiminə yaxınlığı ilə tanınan həmkarı Cavid Pənahlı məlumat verib.

Qeyd edək ki, QMİ-nin açıqladığı yeni qərarların arasında məscidə yalnız namaz vaxtı getmək və namazı bitirdikdən sonra dərhal ibadət məkanını tərk etmək, özü ilə dəsmal, möhür, namaz xalçası gətirmək kimi bəndlərin olması, sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi ailəsinə verilib.

"Yol-xeber.az"ın "Report"a istinadən məlumatına görə, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.Şəhid Elvin Mustafayevlə vida mərasimi keçirilir

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Lev kəndindən videogörüntülər yayıb.

"Həmin görüntüləri təqdim edirik.

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 1044 intizam tənbeh tədbirinin təhlilinin nəticələri açıqlanıb.

"Yol-xeber.az" xəbər verir ki, dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabata əsasən, Daxili İşlər Nazirliyi üzrə 538, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 351, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 88, Dövlət Gömrük Komitəsi üzrə 33, Xarici İşlər Nazirliyi üzrə 10, İqtisadiyyat Nazirliyi üzrə 7, Dövlət Statistika Komitəsi üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi üzrə 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Qida Təhlükəsizliyi Agentliyi üzrə 2, Ali Attestasiya Komissiyası üzrə 1, Maliyyə Nazirliyi üzrə 1, Energetika Nazirliyi üzrə 1, Dövlət Miqrasiya Xidməti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilən 1044 intizam tənbeh tədbirindən 705-i töhmət, 292-si dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azaldılması, 8-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 201 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Masallı Rayon İcra Hakimiyyəti üzrə 19, Lerik Rayon İcra Hakimiyyəti üzrə 16, Qobustan Rayon İcra Hakimiyyəti üzrə 12, Samux Rayon İcra Hakimiyyəti üzrə 11, Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə 11, Tərtər Rayon İcra Hakimiyyəti üzrə 10, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə 8, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə 8, Qazax Rayon İcra Hakimiyyəti üzrə 8, Bərdə Rayon İcra Hakimiyyəti üzrə 6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə 6, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə 6, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə 5, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 5, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə 5, Səbail Rayon İcra Hakimiyyəti üzrə 4, Ağdam Rayon İcra Hakimiyyəti üzrə 4, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 4, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 4, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 3, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 3, Tovuz Rayon İcra Hakimiyyəti üzrə 3, Bakı Şəhər İcra Hakimiyyəti üzrə 2, Nərimanov Rayon İcra Hakimiyyəti üzrə 2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə 2, İmişli Rayon İcra Hakimiyyəti üzrə 2, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə 2, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə 2, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə 1, Yasamal Rayon İcra Hakimiyyəti üzrə 1, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə 1, Oğuz Rayon İcra Hakimiyyəti üzrə 1, Qax Rayon İcra Hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Şəmkir yol polisi reyd keçirdi: sürücülər cərimələndi    - FOTO

Şəmkirdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı ilə əlaqədar rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Yol-xeber.az-a məlumat verilib.

Məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 18 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib. 

 

Bakı və İstanbul  metropolitenlərinin işgüzar əlaqələri genişləndiriləcək  - FOTO

İstanbul metropoliteninin Baş direktoru Özgür Soy Bakı metropolitenində qısamüddətli işgüzar səfərdə olub.

Yol-xeber.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, qonağı Bakı metropoliteninin Təlim-tədris mərkəzində Səhmdar Cəmiyyətin sədri Zaur Hüseynov salamlayıb. Görüşdə Bakı metropoliteninin digər rəhbər və vəzifəli şəxsləri də iştirak edib. Böyük məmnuniyyət hissini ifadə edərək görüşü “bir millət iki dövlət”in metropolitenlərinin qardaşlıq ruhunda əməkdaşlığının təzahürü adlandıran Zaur Hüseynov Bakı metrosu ilə tanışlığın təlim-tədris mərkəzindən başlanmasını burada metropolitenin bütün infrastrukturu barədə ilkin ətraflı və geniş məlumatların verilməsi baxımından daha münsib olduğunu bildirib.

Əlaqələrin dərinləşməsi və zənginləşməsi baxımından istənilən səviyyədə görüşlərin əhəmiyyətli olduğunu deyən Səhmdar Cəmiyyətin sədrinin müşayiəti ilə guşələr, tədris, təlim və trenajor otaqları vasitəsilə metropoliten barədə bütün məlumatları alan Ö. Soy Mərkəzin akademik səviyyədə təşkil edilməsini və bu istiqamətdə Bakı metropoliteninin təcrübəsini öyrənərək İstanbulda da belə bir Mərkəz qura biləcəklərini deyib. Qarşılıqlı əməkdaşlıqdan məmnun olacaqlarını deyən QSC sədri Bakı metropolitençilərinin istanbullu həmkarlarından da öyrənə biləcəklərinin, xüsusən müasir texnologiyalar üzrə təcrübə baxımndan az olmadığını vurğulayıb.

Mərkəzdə Ö.Soya Bakı metropoliteninin tarixi, son illərdə həyata keçirilmiş irimiqyaslı layihələrlə əldə olunmuş nailiyyətlər barədə məlumatlar verilib. Müəssisənin strukturu, habelə təlim-tədris mərkəzi, vaqonların əsaslı təmiri, dəmir-beton konstruksiyaları istehsalatı sahəsi, diaqnostika kompleksi, yeni qatarlar və stansiyalar, depoda tətbiq edilən bir sıra texnologiyalar Özgür Soyun xüsusi marağına səbəb olub. O, korporativ sosial məsuliyyət, o cümlədən işçilərin istirahət və asudə vaxtının təşkili, sosial layihələridə təqdirəlayiq hesab edib.

Təqdimat əsasında qonağın diqqətini çəkən, eləcə də bir sıra məsələlər ətrafında İstanbul metrosunun təcrübəsi barədə fikir mübadiləsi də aparılıb. QSC sədri Z. Hüseynov kadrların, tətbiq edilən idarəetmə sistemləri ilə bağlı təcrübə mübadiləsi, ələlxüsus Bakı metropolitenindən xeyli sonra fəaliyyətə başlasa da, müasir texnologiyaları geniş tətbiq edən İstanbul metrosunun qabaqcıl təcrübəsindən faydalanmağın mümkünlüyünü qeyd edib. Bu mənada o, yeni Bənövşəyi xətdə Fransanın “Thales” şirkətilə əməkdaşlıq şəraitində tətbiq edilən müasir yeniliklərin mənimsənilməsi zamanı Bakı metropoliteninin gənc kadrlarının Kanadanın Toronto, BƏƏ-nin Dubay şəhərləri ilə yanaşı, İstanbul metrosunda da təcrübə mübadiləsi keçdiklərini, eləcə də kadr hazırlığı ilə bağlı geniş təmasdan söz açıb.

Ö.Soy isə öz növbəsində təlim-tədris mərkəzi ilə tanışlıq zamanı həm kadr, həm də bir sıra spesifik sahələrdə Bakı metropoliteninin təcrübəsinə ehtiyaclarını və məmnuniyyətlə sürəkli əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıb və Zaur Hüseynov başda olmaqla nümayəndə heyətini İstanbul metrosuna dəvət edib.

Görüş “Nərimanov” elektrik deposunda davam edib. Burada ilkin təqdimatda qeyd edilən sahələrdən unikal layihə əsasında inşa olunaraq ən müasir avadanlıqlarla təchiz edilmiş mərkəzləşmiş məntəqə növbətçisinin, videomüşahidə, işarəvermə avadanlıqları sahələri, eləcə də depo ərazisində qatarların hərəkətinin təşkilində tətbiq edilmiş yeni sistemlər, deponun funksional fəaliyyəti barədə ətraflı məlumat təqdim edilib və müzakirələr aparılıb. Vaqonların əsaslı, eləcə də elektrik mühərriklərinin təmiri sahələrində Özgür Soyu təmir prosesinin təşkili və yeniləşmə zamanı tətbiq edilən innovativ yeniliklərin mahiyyəti maraqlandırıb. İki metropolitendə istismar olunan vaqonlar və vaqonaltı avadanlıqlar, hərəkət sistemlərinin fərqləri geniş və maraqlı fikir mübadiləsi predmeti olub.

Qonağa vaqonların qaldırma təmiri, qatarların cari baxış və qulluğunun aparıldığı qanovlar və buradakı müasirləşmə tədbirləri barədə də məlumat verilib. Metropoliten infrastrukturunun diaqnostikası kompleksi İstanbul metrosu rəhbərinin diqqətini xüsusilə çəkərək bu sahədə də əməkdaşlıqdan məmnun olacaqlarını dilə gətirib.

Bu görüşlərdən sonra Ö. Soy bədii-memarlıq kompozisiya həlli ilə dünya metropolitenlərinin incilərindən hesab edilən “Nizami” stansiyası ilə tanış olub. Burada qonağa Ulu öndər Heydər Əliyevin gərgin və fədakar əməyi nəticəsində özünəməxsus sənət nümunəsinə çevrilmiş stansiyanın inşası zamanı rast gəlinən çətinliklər, dahi mütəfəkkir və şairin həyat və yaradıcılığı, pannolarda əks olunan təsviri sənət nümunələri, habelə 2021-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Nizami ili” elan edilməsi çərçivəsində açılmış sərgi barədə ətraflı məlumat verilib.

Səfərin sonunda tərəflər səmimi söhbətlər və müzakirələrin faydalı işbirliyinə yol açdığını vurğulayıblar. Bu isə Bakı metropoliteninin davamlı genişlənən beynəlxalq əlaqələrinin cari ildən daha bir mühüm istiqamətdə yeni müstəvi üzərinə keçiriləcəyinə əminlik yaradır.

Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə APA-ya sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə”, 1 iyun 2021-ci il tarixli qərarına əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək. Ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

İyunun 2-də Ermənistan mətbuatında həmin ölkənin morqlarında saxlanılan meyitlərdən bəzilərinin Azərbaycanın hərbi qulluqçularına aid olması ehtimalı barədə həqiqətəuyğun olmayan fikirlər səsləndirilib. 

DTX və Baş Prokurorluqdan "Yol-xeber.az"a bildirilib ki, Ermənistan səhiyyə nazirliyinin tabeliyində olan morqlarda saxlanılan və kimlikləri məlum olmayan meyitlərin içərisində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə aid hərbi qulluqçu yoxdur. Belə ki, Ermənistan hüquq mühafizə orqanları tərəfindən təyin edilmiş məhkəmə-genetik ekspertizasının (DNT testi) rəyi ilə həmin meyitlərin erməni hərbçilərə məxsus olması müəyyən edilmişdir. 
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində  Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin peşəkar əməkdaşlarından ibarət  axtarış qrupları tərəfindən intensiv iş aparılır.

Xankəndi hava limanı yaxınlığında məscid inşa edilib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə erməni jurnalist Bella Lalayan sosial şəbəkə hesabında paylaşım edib. O bununla bağlı həmçinin foto paylaşıb.

Qeyd edək ki, aeroport Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşir.

Xəbər lenti