![]() |
|
Müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir. Belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.
Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.
Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.
Bu gündən Azərbaycanda 18 yaşına çatmış bütün vətəndaşlarının vaksinasiya prosesi başlayır.
Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib.
Yanvardan Çin istehsalı olan "Sinovac" vaksinindən istifadə başlayıb. Ötən aydan isə ölkəmizə Sputnik-V vaksini gətirilib və tətbiqinə başlanılıb. Azərbaycana gətirilən vaksinlər tam təhlükəsizdir.
Vaksinasiyanın əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
“Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.
Birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) bayram günlərində fəaliyyətini müvəqqəti dayandıracaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, portal 8 may 18:00-dan 16 may saat 09:00-dək aktiv olmayacaq.
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı vətəndaş-dövlət qurumları münasibətləri daim müzakirələrə səbəb olub. Vətən Müharibəsindən sonra isə bu sahədə işlərin çoxalması nəticəsində narazı qalanlar da az deyil.
Aztv əlillik dərəcəsinin təyin edilməsi üçün təşkil edilən komissiyanın bir günlük iş rejimini müşahidə edib.
Bu zaman əsaslı olaraq müraciət edənlərlə yanaşı, heç bir əsas olmadan əlillik dərəcəsi təyin edilməsini istəyənlər də olub. Təkrar komissiya zamanı bundan əvvəl saxta əlillik dərəcəsi almış şəxslər də müəyyən olunub.
Vətəndaşlardan biri qulağına səs gəldiyini, onu çağırdıqlarını deyərək əlillik dərəcəsi aldığını bildirib. Suallar zamanı o heç yerdə işləmədiyini desə də, “Azsığorta” şirkətində anbardar işlədiyi məlum olub.
Müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.
Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.
Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.
"9 mayda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur. Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib. 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub.
Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan hərbi birləşmələr keçmiş SSRİ-nin yüzlərlə yaşayış məntəqəsi uğrunda qəhrəmancasına döyüşüblər, bir çox ölkənin azad olunmasında yaxından iştirak ediblər. Əsgər və zabitlərimizin igidliyi, şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir".
"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
"Müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirib. Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Azərbaycan xalqı ordunun ərzaq, geyim, hərbi ləvazimat, sursat və digər zəruri məhsullarla təchizatında xüsusi fəallıq nümayiş etdirib.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz ulu öndərin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May – Qələbə günü qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür.
Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır.
30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar. Həmçinin, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır.
II Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edir, onlara Uca Allahdan Rəhmət diləyir, qazilərimizə uzun ömür və cansağlığı arzu edirik", - nazirlikdən bildirilib.
"10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır".
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaqdır. Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar", - nazirlikdən bildirilib.
Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.
Mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.
Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.
Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.