Son iki gündə Kürdəmirdə karantin qaydalarını pozduqlarına görə 16 nəfər rayon sakini cərimələnib.

Bu barədə report-a Kürdəmir Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Polis Şöbəsinin əməkdaşları gün ərzində istər rayonda, istərsə də kəndlərdə koronavirus infeksiyasının qarşısını almaq istiqamətində bir sıra tədbirlər həyata keçirirlər. Onlar sakinlər arasında profilaktik söhbətlər aparır və vətəndaşlara karantin qaydalarına ciddi şəkildə əməl etməyi, tibbi maskadan istifadəni, eləcə də sosial məsafəni gözləməyi tövsiyə edirlər. Təkcə son iki gün ərzində RPŞ əməkdaşları karantin qaydalarını pozduqlarına görə, eləcə də tibbi maskadan istifadə etmədiyinə görə 16 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 100-200 manat məbləğində cərimə tətbiq ediblər.

Hazırda Kürdəmir RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib.

Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.

DYP əməkdaşları piyadalar ilə də profilaktiki söhbət apararaq, səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.

Şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbirlər görülüb.

 

 
 
 
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun Qarapirimli kəndindən videogörüntülər yayımlayıb.

Həmin görüntüləri təqidm edirik:

Prezident İlham Əliyev "Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

“10 maydan etibarən Azərbaycan Respublikasının bütün ərazilərində 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksinasiya oluna bilərlər”.

Bunu səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində çıxışı zamanı deyib. O, könüllülük prinsipinin qorunacağını bildirib.

“Səhiyyə nazirliyinin rəsmisi olaraq 18 yaşından yuxarı olan hərkəsi özünün, ailəsinin sağlığını düşünən hərkəsi vaksinasiyaya qatılmağa çağırıram”,- deyə o qeyd edib.

“Ramazan bayramı günlərində heç bir (yeni - ölkə.az) məhdudiyyət tətbiq olunmayacaq”.

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlıdır.

“Son 2 həftə ərzində tədricən xəstəxanalarda müalicə alan xəstələrin sayı get-gedə azalmaqdadır”.

“Bunu səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində çıxışı zamanı deyib.

O, könüllülük prinsipinin qorunacağını bildirib.

“Reanimasiyada yatan yaşlı xəstələrin sayı azalsa da, əhəmiyyətli dərəcədə enmə müşahidə olunmayıb. Bu da onunla əlaqədardır ki, yaşlı qrup həmin xəstəliyi daha ağır formada keçirir”.

“18 yaşdan yuxarı vətəndaşların vaksinasiyaya qoşulması böyük bir şansdır”.

Bunu səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində çıxışı zamanı deyib. O bildirib ki, bu şans əvvəlcə vaksinlərin kifayət qədər çox olduğunu göstərir:

“İkinci məsələ ondan ibarətdir ki, könüllülük prinsipi qorunaraq, eyni zamanda vətəndaş məsuliyyəti hiss edərək cəmiyyətimiz dünyanın qabaqcıl ölkələrindəki kimi vaksinasiya prosesinə kütləvi şəkildə qatılarsa, qısa müddətdə normal həyata qayıtmaq şansı var. Bu şansı əldən buraxmaq olmaz”. 

Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilir.

Brifinqdə səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev və TƏBİB-in departament müdiri Yaqut Qarayeva çıxış edir.

 

Xəbər lenti