Sumqayıt DYP motosiklet, moped və velosiped sürücülərinə qarşı reyd keçirdi - VİDEOTəhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, motosiklet, moped və velosiped sürücüləri tərəfindən yolhərəkəti qaydalarına riayət olunmamasına nəzarətin həyata keçirilməsi məqsədilə Sumqayıtda reyd keçirilib. Yol-xeber.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan reyd zamanı sürücü və sərnişinlərlə profilaktiki söhbətlər aparılıb.

Sumqayıt Şəhəri Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Ramil Malıyev açıqlamasında bildirib ki, Sumqayıt şəhərində keçirilən reydin məqsədi əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən, səs siqnalları və dönmə işıqlarından manevr qaydalarını pozan, tibbi maskadan istifadə etməyən sürücü və piyadalara qarşı keçirilir.  Sürücülərdən xahiş və tələb edirik ki, yol hərəkəti qaydalarının təhlükəsizliyini təmin etsinlər. "Hamı bir nəfər kimi qaydalara əməl edək, bir-birimizin sağlamlığı və təhlükəsizliyini qoruyaq.”.

Yol Polisi əməkdaşlarının hərəkət iştirakçılarına müraciət edərək, onlara yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquq pozmalarının qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunu, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği ilə tövhə verəcək tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.

 
Sumqayıt DYP motosiklet, moped və velosiped sürücülərinə qarşı reyd keçirdi - VİDEO
Yol polisi23 Aprel 2021 11:25Oxunub 404
Sumqayıt DYP motosiklet, moped və velosiped sürücülərinə qarşı reyd keçirdi - VİDEO
 
 
Sabah səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur. 

Azərbaycanda nəhəng aqropark

Bu ilin sonlarında Azərbaycandan Avropa, Rusiya və digər MDB ölkələrinə məhsul ixracını həyata keçirəcək nəhəng aqropark - “FOODCİTY AGROPARK” MMC fəaliyyətə başlayacaq. 

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən aqrokompleksin tikintisinə ötən ilin sentyabr ayında “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin 16 aprel 2014-cü il tarixli fərmanına əsasən start verilib.  
12 hektar ərazidə salınmış aqropark daxilində logistika mərkəzi, nəzarət-buraxılış məntəqələri, dövlət qurumları üçün inzibati binalar, soyuducu saxlanma anbarları, çeşidləmə-qablaşdırma sahələri ilə yanaşı ofis, qonaq evi, restoran və digər yardımçı tikililərin inşası da nəzərdə tutulub. Aqrokompleksin uğurlu coğrafi mövqeyi – şimal sərhəd zonasına və dəmir yolları xəttinə yaxın məsafədə yerləşməsi iqtisadi artım və vahid pəncərə sistemi üçün əlverişli şəraitin yaradılmasına bir təkandır. 

“FOODCİTY AGROPARK” MMC-nin İnzibati İdarəetmə Departamentinin müdiri Şahin Əsgərov aqrokompleksin əsas hədəflərini açıqlayıb: 
“Ölkə üzrə ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması, genişmiqyaslı marketinq siyasəti, regionda ilk olaraq tam akkreditasiyalı, ixrac sertifikatlı laboratoriyanın yaradılması qarşıya hədəf kimi qoyulub. Həmçinin kənd təsərrüfatı məhsullarının ilin bütün fəsillərində satışının təmin edilməsi, vahid pəncərə sisteminin yaradılması, zay məhsul həcminin minimuma endirilməsi, fermerlər üçün daha geniş bazarlara çıxış imkanları, yeni iş yerlərinin yaradılması və ixtisaslı kadrların hazırlanması, milli brendlərin yaradılması ən vacib hədəflərimizdir”.

Aqrokompleksdə istifadə olunacaq avadanlıqların hamısı Avropa ölkələrindən –İtaliya, Fransa, Almaniya və digər ölkələrdən alınıb. Bunlar çeşidləyici skanerlər, elektromexaniki qurğular, çəkib, qablaşdırıb çıxışa verən avadanlıqlar, avtomatik polipləmə, polet bağlama, qablaşdırma, meyvə-tərəvəzin keyfiyyətli axınının təminetmə sistemi, yuyulma qurğuları, meyvə və tərəvəzin yuyulub saxlanılması üçün xüsusi növ bunkerlərdir. Artıq şirkətlərlə müqavilələr bağlanıb və avadanlıqların gətirilməsi prosesinə başlanılıb. 

Parklanma ilə birlikdə ümumi sahəsi 14-16 hektar olan “FOODCİTY AGROPARK” MMC-nin 12 hektar ərazisi aktiv fəaliyyət üçün nəzərdə tutulub. Kompleksdə 18 min tonluq soyuducu anbarlar quraşdırılıb. Bu, respublikada əkilən bütün növ meyvə və tərəvəzləri saxlamağa imkan verir. Kompleksdə alma, gilas, xurma və digər meyvələrin çeşidlənməsi, qablaşdırılması və saxlanması üçün qurğular alınıb. Aqrokompleksin ölkədə ixracın 70 faiz yükünü daşımaq imkanı var. 

Departament rəhbərinin sözlərinə görə, aqrokompleksdə həmçinin istehsal sahəsi də nəzərdə tutulub. Burada “Azorganica” MMC brendi altında yalnız orqanik məhsullar istehsal olunacaq. Həmin məhsullara meyvə şirələri, pasta və pürelər daxildir. Məqsəd isə zay məhsul həcmini minimuma endirməkdir:
“Əsas işimiz ixrac potensialının möhkəmləndirilməsidir. Şirkətin mərkəzi ofisi Bakıda, “FOODCİTY AGROPARK”ın özünün idarəetməsi isə Xudatda olacaq. Başlanğıc üçün 150 yeni iş yerinin açılması planlaşdırılır. 3 ay sonra isə iş yerlərinin 600-ə çatdırılması nəzərdə tutulur. Artıq aqrokompleksdə çalışacaq bir çox işçi xaricdə ixtisaslaşma keçir. Kompleks fəaliyyətə başlayanda həmin kadrlar işə başlayacaqlar. Bu, bizim üçün çox önəmlidir”. 

“FOODCİTY AGROPARK” yerli əhalini də nəzərə alıb. Əsas prinsip ölkədən ixrac üzərində qurulsa da, yerli əhali üçün də müasir formatda bazarın yaradılması nəzərdə tutulub. Şahin Əsgərovun sözlərinə görə, aqrokompleksdən Rusiya, digər MDB ölkələri və Avropa ölkələrinə ixrac məhsullarının göndərilməsi planlaşdırılır: 

“Sahibkar, fermer əraziyə daxil olub heç bir başqa yerə müraciət etmədən bütün lazım olan prosesləri kompleks daxilində, vahid pəncərə sistemi vasitəsilə həyata keçirəcək. Bu da regionda baş verən gömrük və digər əməliyyatların tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək. Sahibkar hansı ölkəyə, hansı formada məhsul göndərmək və ya saxlamaq istəyirsə aqroparka yaxınlaşaraq məlumat verir. Yarım saat ərzində bütün sənədlər gətirilir, möhürlənərək yola salınır. Hədəfimiz həm də ölkədə tranzit yüklərin inkişafıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstandan Rusiyaya gedən yükləri dəniz yolu ilə gətirib dəmir yolu vasitəsilə yola salmağı nəzərdə tuturuq. Rusiyaya adi halda həmin yüklər 20 günə, bir aya gedib çıxırdısa, burada vaxt sərfiyyatının 3 dəfə azalması, həmçinin xərcin 2 dəfə azalması baş verir”. 

Qeyd edək ki, “FOODCİTY AGROPARK” MMC ilə dövlət qurumları arasında birgə fəaliyyətlə bağlı memorandumlar imzalanma mərhələsindədir. Bura İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA, KOBİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu aiddir.
“FOODCİTY AGROPARK” MMC-nin fəaliyyətinin respublikamızda həyata keçirilən uğurlu iqtisadi siyasətin dəstəklənməsi istiqamətində öz rolu və töhfəsi olacaq.

 

 





 
Şabran rayonunda reydlər davam edir. Atmosferi çirkləndirən, havaya zərərverici qazlar buraxan nasaz avtomobilləri müəyyən etmək məqsədilə keçirilən reydlər zamanı yüzə yaxın avtomobil yoxlamaya cəlb edilib.

“Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsi ilə onlarda zərərli qazların miqdarı yoxlanılıb. Bəzi avtomobillərin vəziyyəti normal olsa da, bəzilərində havaya normadan artıq tullantı buraxdığı, mühərrikinin nasaz olduğu müəyyən olunub.

Keçirilən reyd zamanı yoxlanılan nəqliyyat vasitələrindən 25-nin mühərrikinin nasaz olduğu müəyyənləşib. Həmin avtomobillərin sahiblərinə inzibati protokollar tərtib edilib. 

Qeyd edək ki,rayonda reydlər mütəmadi olaraq davam edəcək.

Müdafiə Nazirliyi Zəngilan rayonunun Nəcəflər kəndindən videogörüntülər yayıb.
Görüntüləri təqdim edirik:

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 23-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

İşğaldan azad edilmiş ərazilərdə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması prosesi davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, indiyədək magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb.

Məlumata görə, qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur.

Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.

Məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək:

“Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.

Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır”.

“Son vaxtlar sosial şəbəkələrdə yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq qayda pozuntularını aşkar etmələrindən narazılıq edirlər. Görünür ki, məsələyə bu şəkildə yanaşanlar DYP-nin əsas funksiyalarından xəbərsizdir”.

Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin açıqlamasında qeyd edilib:

“Belə ki, “Yol hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununa, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn normаtiv hüquqi аktlаrın tələblərinə əsasən, yol hərəkətinə nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrının vəzifəsi xidmət apardığı yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək, qayda pozuntularını vaxtında aşkar edib təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək və bu kimi qabaqlayıcı tədbirlərlə baş verə biləcək ağır yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Odur ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur. Eyni zamanda, yollarda hərəkətin təhlükəsizliyi baxımından bütün sürücülərin qaydalara riayət etməsi məhz onların özləri və avtomobildə daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarının qorunması üçün olduqca vacibdir”.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə "Ölkə.Az"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dünyada və ölkəmizdə koronavirus xəstəliyinin geniş yayıldığı dövrdə əhalinin pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən müfəssəl dövlət siyasətinə və bu sahədə mövcud olan qanunvericiliyə zidd olaraq öz qanunsuz əməlləri ilə əhalinin sağlamlığını təhdid altına alan vəzifəli şəxslərə, habelə onların yaratdıqları korrupsiya şəbəkələrinə qarşı prokurorluq orqanları tərəfindən təxirəsalınmaz hüquqi tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu pandemiyanın davam etdiyi bu mürəkkəb şəraitdə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin gərgin və fədakar əməyini yüksək qiymətləndirməklə, xidməti səlahiyyətlərinin icrası zamanı ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən bu sahədə həyata keçirilən tədbirlərə kölgə salmamağa və qanunsuz əməllərə yol verməməyə çağırır.

Xəbər lenti