“İşğal dövrünədək Xocavənd rayonunda meşə fondunun ümumi sahəsi 22 428 hektar təşkil edib ki, bunun da 20 403 hektarı meşə ilə örtülü olub”.
Oxu.az məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Vüqar Kərimov qeyd edib ki, peyk təsvirlərinə əsasən işğal dövründə Xocavənddə 3 537,4 hektar meşə sahəsinin məhv edildiyi müəyyən edilib:

“İşğala qədərki dövürdə rayon ərazisində təbiət abidəsi statusuna malik 12 ədəd qədim ağac (yeddi ədəd şərq çinarı, beş ədəd azatağacı), iki ədəd geoloji və paleontoloji abidə (Azıx və Tağlar mağaraları və xüsusi qiymətli azatağacı meşə sahəsi olub”.

Eyni zamanda qeyd edilib ki, Hadrut qəsəbəsinin 15 kilometrliyində yerləşən Azıx geoloji paleontoloji abidəsi 1960-cı ildə kəşf edilib və 1982-ci ildə təbiət abidəsi kimi qeydə alınıb.

Xalq artisti Arif Quliyevin səhhəti ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış məlumat verib.

O bildirib ki, Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun “Yeni klinika”da koronavirusdan müalicə alarkən görüntüləri yayılıb. Bununla bağlı peşə etikasına zidd görüntüləri yayan əməkdaş ciddi cəzalandırılıb.

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

Report məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, Şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar.

“Bakı Metropoliteni” QSC meşə materialların (taxta, brus və yapışqanlı faneraların) satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

“Ölkə.az” xəbər verir ki, tenderin qalibi “Azeri Home” MMC olub. 

Qalib təşkilat ilə 285 min 949,40 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.
“Report” xəbərinə görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştiralkçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanıb, ərazidə məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş "Dövlətyarlı mişar daşı" yatağına baxış olacaq: "Səfrər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və Köndələnçay-1 su anbarına balıq buraxılması baş tutacaq.

Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək".

Paytaxtın Yasamal rayonu, Əsəd Əliyev küçəsində qəzalı vəziyyətdə dayanacaq var. 

Sakinlər bildirirlər ki, bu dayanacaq 15-20 gündür qəzalı vəziyyətdə olsa da Bakı Nəqliyyat Agentliyi tərəfindən hər hansısa bir tədbir görülmür. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, dayanacağın o vəziyyətdə olması barədə sakinlər tərəfindən iki gün öncə məlumat verilib. 

Daha ətraflı Baku TV-nin süjetində:

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. 

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin həyat yoldaşı idi.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.

" APA xəbər verir ki, hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.

Belə ki, YPX-nə məxsus 10-YP-051 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkətdə olarkən əvvəlcə “Toyoto” və “Opel” markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan “Mercedes” daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb.

 

 
 
 
 
 
 
Qax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "verilən məlumata görə, piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməyərək, özləri ilə bərabər digər hərəkət iştirakçılarına da təhlükə yaradan şəxslər saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati protokol tərtib olunub.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Yusiflər kəndindən videogörüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik.

Xəbər lenti