![]() |
|
“26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib”.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
“Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanunvericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir”, - məlumatda bildirilib.
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanda koronavirusa yoluxma sayı kəskin artıb. Belə ki, sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 24 nəfər isə vəfat edib.
Bu baxımdan yenidən qapanmalarla bağlı söz-söhbətlər dolaşır. Kəskin artıma görə, qapanmanın tərəfdarı olanlar da var, buna ehtiyac olmadığını düşünənlər də..
Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev qapanmanın tərəfdarı olmadığını bildirib. O vurğulayıb ki, hazırda pandemiya ilə bağlı sosial vəziyyət çətindir:
"Yaxşı olardı ki, yeni xəstələrin əhvalının yüngül və ya ağır olduğunu bilək. Mənə belə gəlir ki, xəstəliyin ağır keçməsi zəifləməlidir. Amma heç cür qapanmaya getmək olmaz”.
Deputat qeyd edib ki, ölkəmizi, vətəndaşlarımızı və iqtisadiyyatı düşünməliyik: "İş yerlərini bağlamaq olmaz”.
Tanınmış həkim Vaqif Qarayevin sözlərinə görə isə, gedişat göstərir ki, qorunmaq lazımdır:
"Avtobuslardakı vəziyyət məlumdur. Düzəlməsi də mümkünsüz görünür. Peyvənddən sonra da təkrar yoluxmalar var. Ad günləri, bayramlar, qara bayramlar, yas məclisləri, nişan -toy məclisləri keçirdirik, müxtəlif məqsədlərlə toplaşırıq. Nəticə? Təkrar yoluxma! Gedişat göstərir ki, hələ qorunmalıyıq”.
Deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gələn Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.
Xatırladaq ki, 2018-ci ilin aprel ayında keçmiş deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva “Qafqazinfo”ya müraciətində bildirib ki, mərhum əri Sakit Əliyevdən qalan əmlakları qızı Sona deputatlığından istifadə edərək ələ keçirib. Bununla bağlı ailə üzvləri arasında məhkəmə çəkişmələri də olub.
Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə “Sərxan” otelinin, “Murovdağ” şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub.
S.Əliyeva 2015-2020-ci illərdə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı olub.
Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.
Bildirilir ki, martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Son günlər havaların qeyri-sabit, qarlı-yağışlı keçməsinə baxmayaraq, Kür çayında suyun səviyyəsi azalır. Bu daha çox çayın aşağı axınında, Salyan rayonundan keçən hissəsində müşahidə olunur.
Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür. Bu da sakinləri ciddi narahat edir.
Təkcə son 20 gündə çayda suyun səviyyəsi iki metrdən çox aşağı düşüb. Çayın səviyyəsinin azalması isə su nasos stansiyalarının işinə də təsirsiz ötüşməyib. Nasoslar tam gücü ilə işləyə bilmir. Belə olduqda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranır.
Mütəxəssislərin fikrincə, Kür çayında bundan sonra da azalmalar müşahidə olunarsa, yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında su qıtlığı yarana bilər.
Ətraflı Baku TV-nin süjetinində:
"Rayonlara gediş-gəlişin artması, insanların bir yerdən, digərinə miqrasiyasının sürətlənməsi koronavirusun da miqrasiya etməsinə gətirib çıxaracaq".
Modern.az bildirir ki, bu barədə Novruz bayramı ilə əlaqədar insanların rayonlara gediş-gəlişinin artmasından danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat qeyd edib ki, Novruz bayramı ilə əlaqədar insanların gediş-gəlişi də artıb:
"Novruz çərşənbələrində "Qara bayram"la əlaqədar qəbir üstünə gedənlər, ölənləri ziyarət edənlər çox oldu. Bu il Vətən Müharibəsində şəhid olan hərbçilərimizin məzarlarına kütləvi ziyarətlər də oldu. Ona görə, bu kimi kütləvi tədbirlər virusa yoluxmanın artmasına səbəb oldu. Bu bizi çox narahat edən məsələdir. Artıq gündəlik yoluxma 1500-ə çatır. Məsuliyyət hissimiz artmalıdır. Rayonlara gediş-gəlişin saxlanması o demək deyil ki, maska taxmayaq, məsafəni gözləməyək, vaksinasiya olunmayaq. Arzulamarıq ki, sərt karantin geri qayıtsın. Lakin bu templə yoluxma artsa, hökumət ciddi addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. İndi yeni - "Britaniya ştammı" da aşkarlanıb. Qoruyucu tədbirləri gücləndirməli, məsuliyyətli olmalıyıq. Kütləvi toplaşmadan qaçmalı, vaksinasiyaya qoşulmalıyıq.
Füzuli rayonunun Arış kəndindən videogörüntülər yayılıb.
Görüntülər Müdafiə Nazirliyi tərəfindən paylaşıb.
Sözügedən videonu təqdim edirik:
Mutasiyaya uğrayaraq dünyanı sanki yenidən cənginə alan və qarşısı alınmayan Covid 19 virusu insanlıq üçün hələ də təhdid olaraq qalır.
Bəs nə qədər qorunsa da, maska taxsaq da virus hardan və necə insanları tapır və orqanizmə daxil olur?
Medicina.az xəbər verir ki, türk uzmanlar virusu daha çox simptomsuz xəstələrin və uşaqların yaydığını bildirir.
Öskürək, asqırmaq, burun axma, qızdırma təəssüf ki, bütün xəstələrdə olmur və inkubasiya dövründə özünü biruzə vermir.
İnsanlar qarşısında xəstə insan görmədən də yoluxa bilir. Çünki onları yoluxduran tamam sağlam görünən iş yoldaşı, rəfiqəsi, ailə üzvü, dostu, tanışı, qonşusu olur.
Virusa yoluxan insan azı 5-7 gün bunu hiss etmir və adi həyat tərzinə davam edir, hər kəslə sıx –sıx görüşür.
Bu adamın qapalı məkanda- ofis, ev, otaq, restoran, maşında maskasız olması və əlini sağlam adama toxundurması kifayətdir ki, virus zərrəciyini ötürsün.
İnsanlar virusa ən çox harda rastlaşa bilir:
- Qapalı məkanlarda – qatar, nəqliyyat, taksi, maşın, təyyarənin içi, restoran, iş yeri
- Yoluxmalar üzrə ikinci yerdə və ən təhlükəli yer - liftlərdir. Liftdə virus zərrəcikləri hər yerdədir. Orda 5 dəqiqədən artıq, xüsusilə maskasız qalmaq kifayətdir ki, virus buruna keçsin. Liftə hər an insanlar daxil olur və orda tənəffüs qapalı şəraitdə baş verir, insanlar əllərini qapıya, duymələrə vurur. Ona görə də pandemiya vaxtı özünü düşünən insan liftdən uzaq olmalıdır.
- Xarici ölkələrdə və səfərlərdən gətirir – xarici ölkədən qayıdan insan 14 gün evdən çıxmamalı, işə getməməli, təcrid olunub, bu müddəti atlatmalıdır. Pandemiyanın əvvəlində sərhədi keçən hər kəs karantinə alınırdı, lakin indi bu qanun unuduldu. Ciddi təhlükə də elə burdan başlayır. Test olunması belə riski azaltmır. Çünki virus özünü sonradan göstərir və ya testlər bəzən yanlış olaraq neqativ göstərə bilər.
- Bir yerə təmas etdikdən, toxunduqdan sonrakı 10 dəqiqə ərzində əlləri yumamaq virusa yoluxma riskini artırır
Çünki virus zərrəciklərinin kimdə olduğunu və hansı səthdə nə qədər qaldığını bilə bilməzsiz
- Əlini ağız, burun, gözlərinə toxunduranlar və bunu vərdiş edənlər
- Xəstə insanla 15 dəqiqədən artıq eyni yerdə, 1,5 metr ara məsafəsi olmadan bir ortamda olmaq yoluxdurur
- Müxtəlif xəstələrin üz tutduğu poliklinika, təcili yardım şöbələri, xəstəxanalara və müxtəlif tibbi prosedurlara getmək yoluxmanı artırır. Belə yerlərə ciddi səbəb olmayana qədər getməyin
- Karantində olan insanların evinə daxil olmamalı. Onlara qapı arxasından yardım etməli, ərzaq verməli
- Çox insan olan marketlər, ticarət mərkəzləri, tədbirlər
- Çiy, yarı bişmiş, küçədə bişmiş qidaları yemək risklidir
- Mobil telefon, noutbuk, cihazlar – başqasının texnikasına toxunmaq, istifadə etmək. Bunlar mütləq dezinfeksiya edilməlidir
- İş yerində havalandırma aparılmalı, dezinfeksiyaya ciddi əməl olunmalıdır. Bunlar düzgün olunmursa, heç olmasa pəncərə açıq saxlanmalıdır
- Yeməkxana, klub, kitabxana kimi yerlərdə çox qalmaq olmaz
- Gün ərzində tibbi maska hər 2 saatdan bir yenilənməlidir. Maskanın xarici səthinə əl vurub sonra o əllə yemək yemək, iş görmək olmaz
- Bağça, məktəbdə uşaq çox olan yerlərdən uzaq durmalı
- Məktəblilərin evə gəldikdən sonra geyimləri havalandırılmalı, ayaqqabıları çöldə saxlanmalı
- Nişan, ad günü, yas məclisi kimi yerlərə qəti getmək olmaz. Yoluxmaların 20%-i belə yerlərdə olur
- Taksi və avtobusda mütləq hər kəs maskada olmalı, üzü bir birinə dayanmaq olmaz, pəncərələr açıq olmalıdır. Tutacaqlardan antibakterial salfetlə tutmalı, sonra salfet atılmalı, əllər isti su sabunla yuyulmalıdır
- İstər qohum, istər qonşu, dost-tanış evlərində toplanmaqdan, qonaq getməkdən çəkinməli
- Virusu yayan bir səbəb də yoluxan insanın bunu gizlətməsidir. Çünki virus aşkarlanan hər bir insan bunu dərhal ünsiyyətdə olduğu və son 5 gün ərzində getdiyi yerlərdəki adamlara birinci deməlidir ki, onlar da tədbir görsünlər.
Həmin görüntüləri təqdim edirik:
Peyvənd dövlət poliklinikalarında pulsuz oldu halda baha qiymətə özəl tibb müəssisələrini seçənlər kifayət qədərdir.
Özəl tibb müəssisələrinə üz tutan valideynlərin bu seçimi doğrudurmu? AZTV-nin əməkdaşları bu suala cavab tapmağa çalışıb.