![]() |
|
Bakı Nəqliyyat Agentliyinə (BNA) xəbər verir.
Məlumata görə, sıxlıq olan küçə və prospektlərdə, xüsusəndə H.Əliyev, Q.Qarayev və Z.Bünyadov prospektləri, A.Mustafayev, Y.Səfərov küçələrində müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
Martın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 13-16, bəzi yerlərdə 18-20, Bakıda gecə 5-7, gündüz 15-17, bəzi yerlərdə 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Martın 18-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Xəbərdarlıq
Martın 18-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Martın 18-i gündüzdən 19-u gündüzədək əsasən şimal və qərb rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:
“Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur”.
Trend xəbər verir ki, qalanın girişinin uçmuş hissələri bərpa edilərək əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb.
Bərpa işləri ilə 22 nəfərdən ibarət heyət məşğul olub.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Arran memarlıq məktəbi üslubunda inşa edilən Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindəndir. Tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Dairəvi mühafizə bürclərinə malik qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.
Martın 16-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 11 295 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 462 951 nəfər peyvəndlənmə prosesində iştirak edib. Qeyd olunub ki, vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
"Bu günlərdə ölkə başçısı İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib.
Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər".
Bu barədə təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində yazıb.
Nazir qeyd edib ki, 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edilib:
"Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir.
Paylaşdığım fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub".
Martın 17-də mətbuat nümayəndələrinin işğaldan azad edilən Füzuli və Xocavənd rayonlarına səfəri təşkil edilib.
"Prezidentin izi ilə" adlı mediaturun iştirakçıları Füzulinin işğaldan azad olunmuş ərazilərinə, dünyanın ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasına gedib.
Daha sonra Xocavəndin Hadrut qəsəbəsinə də səfər ediləcək.
9 günlük tətil müddətində ictimai nəqliyyat işləyəcək?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:
"Bu məsələylə bağlı qərar vermək Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu səbəbdən də hər hansı bir açıqlama verə bilmərik. Qeyd etdiyim kimi bununla bağlı hər hansı bir açıqlamanı da Operativ Qərargah verə bilər, onlara aid məsələdir".
Oxu.az xəbər verir ki, sentyabrın 27-si başlayan II Qarabağ müharibəsinin qəhrəmanı, leytenant Abdullayev İntiqam Allahverdi oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.
Qeyd edək ki, Abdullayev İntiqam 1998-ci ildə Ordubadın Düylün kəndində doğulub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.
"Ölkə.Az" xəbər verir ki, koronavirusa yoluxanların sayında yenidən artımın baş verməsi böyük həyəcanla qarşılanır.
Hər kəsi bir sual maraqlandırır ki, yoluxma sayında nə üçün bu qədər artım qeydə alınıb. Bu sualı cavablandıran deputat Rəşad Mahmudov bildirib ki, dünyada son 10 gündə tam səbəbi bilinməyən koronavirusa yoluxanların sayında yüksəlmə müşahidə olunur:
"Buna havaların qeyri-stabil keçməsi, mövsüm dəyişikliyi olarkən insanlarda baş verən proses, eləcə də bizim bilmədiyimiz səbəblər göstərilir. Amma son iki ayda dünyada yoluxanların sayında rəqəmlərin aşağı düşməsi insanlarda arxayınçılıq yaratmışdı. Üst tənəffüs yolu infeksiyalarının ən çox yayılması təmaslar, insanların bir-birilə ünsiyyəti zamanı yaranır.
Rəqəmlərin sabahdan etibarən bir qədər də artması bizi qorxuda bilər. Arzu edək ki, bu tendensiya artan isiqamətdə getməsin. Bu rəqəmlər yüksələrsə, yoluxmaqdan çox, ölkələrdə səhiyyə sisteminin zədə görməsi və reanimasiya otaqlarının tükənməsi ehtimalı var.
ÜST-ün dünyada bir il ərzində apardığı tədqiqatlar nəticəsində məlum olub ki, yeni yoluxma sürəti artıdığı bir vaxtda sərt qapanma tədbirləri o qədər də məsləhət görülmür. Burda əsas məsələ sərt karantindən çox, insanların bu prosesə qarşı həssas davranması və gündəlik davranışlara əməl etməsidir. İnsanlar qəbul etməlidir ki, ətrafındakıların gündən-günə yoluxma ehtimalları var və onlarla təmas artırıldığı zaman, xüsusən də Novruz bayramı ilə bağlı adət-ənənələr təhlükə yaradır".