“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarəyə Şuşanın adı verilib.

Bu barədə  AZAL-dan bildirilib.

“Şuşa şəhərinin adını daşıyan "Boeing 787 Dreamliner" təyyarəmiz ilə xüsusi qürur duyuruq”, - QSC-dən qeyd olunub.

 

 

 

 
 

Hazırda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində icbari tibbi xidmətin tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda 59 rayon üzrə icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.

V.Qurbanov qeyd edib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisindəki tibb müəssisələrində aparılan hazırlıq işləri çərçivəsində tibb müəssisəsində qeydiyyat sisteminin qurulması, icbari tibbi xidmətin strukturuna uyğun olaraq xəstəxanalarda yerdəyişmələrin edilməsi, yəni poliklinika-ambulator xidmətlərin tibb müəssisələrinin birinci mərtəbəsində, stasionar şöbələrdə poliklinika-ambulator xidmətlərin verilməməsi kimi tədbirlər həyata keçirilir:

“Elə xidmətlər var ki, onlar icbari tibbi xidmətlər zərfində əhatə olunmur. Həmin xidmətlərin ödənişlərinin həyata keçirilməsi üçün bank şöbələri, post-terminallar quraşdırılacaq. Hazırda bunun üçün xəstəxanalarda onların yerləri təyin olunur”.

Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə idti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Covid 19 əleyhinə peyvəndlərin hazırlanması üzrə aparıcı mütəxəssis Geyert V. Bosşe-nin məqaləsilə tanış oldum. Öncə, buna görə Xədicə xanıma təşəkkür edirəm. İndi isə, Geyert-in yazdıqlarına münasibətim barədə:

 

 

Müəllif peyvəndləmənin gəti əleyhidarı  kimi çıxış edərək, bu halın virusların artan mutasiyasına səbəb olacağına, immun sistemdən yan keçəcəyi, yoluxduruculuq qabiliyyətinin kəskin yüksələcəyi, letallığının kəskin artacağı və idarəolunmaz vəziyyətlə üzləşiləcəyini iddia edir.

 

Əvvəla bildirmək istəyirəm ki, cənab Geyert-in söylədikləri tamamilə əsassız, yanlış, insanların stress və qorxuya salınmasına düşünülmüş şəkildə xidmət edən, xəstə təfəkkürün məhsuludur.   

 

Belə ki, məqalə ilə tanışlıq bu insanın tibbi təhsilinin olmadığını, böyük ehtimalla, texniki sahə mütəxəssisi  olduğunu göstərir.

 

Əvvəla virus canlı mikrovarlıq deyildir. Çünki canlı varlıq olmanın üç əsas şərti vardır: qenom quruluşuna malik olmaq (viruslar buna sahibdir), təbii yolla bölünüb, nəsl artırmaq qabiliyyətinə malik olmaq (viruslar bundan məhrumdur) və ətraf aləmlə fərdi mübadilə qabiliyyətinə malik olmaq (viruslar bundan da məhrumdur). Odur ki, virusları “canlı həyatın yalnız sərhəddində olanlar” adlandırırlar. Buna görə də, virusun dövrü olaraq mutasiyaya məruz qalmasının yeganə səbəbi, artıb-çoxalmaq üçün canlı hüceyrənin daxilinə girmək istəyidir. Yəni virus maneəsiz olaraq canlı hüceyrəyə daxil ola bilirsə, mutasiyaya məruz qala bilməz. Çünki mutasiya virusun yalnız immun sistemdən yayınaraq canlı hüceyrəyə girmək və ya simbioz yaşamağa xidmət edən, yəni zərurətdən doğan dəyişim şəklidir. Genom dəyişikliyilə müşahidə olunan mutasiya yalnız bir halda, yəni  virusun hüceyrəyə girişinə güclü immun müqaviməti yarandıqda baş verir. Peyvənd virusun hüceyrəyə girişinə mane olmur, virus yenə də aktiv şəkildə hüceyrəyə daxil olur, lakin peyvəndin yaratdığı  spesifik  antitellər virusu anında tanıyır və onu inaktiv hala salır. Nəticədə ya xəstəlik baş vermir, ya da çox yüngül şəkildə keçir. Odur ki, peyvəndin mutasiyaya səbəb olacağını düşünmək belə mənasızdır.

 

Mutasiya ilə antibiotiklərə qarşı rezistentliyin müqayisəsi  isə sadəcə savadsızlıqdır. Cünki birincidə  genom dəyişikliyi, ikincidə isə dərman müdaxiləsinə dözümlülük və ya tabe olmamaq halı baş verir. Tamamilə fərqli mexanizmlə icra olunan və müqayisəsi elmi məntiqə əsaslanmayan proseslərdir.

 

Təbii anticisimlər, yalnız körpə dünyaya gələndə, anadan aldığı anticisimlərdir ki, müəyyən zamandan sonra parçalanaraq orqanizmdən xaric olur. İnsanda fərdi anticisimlər zaman keçdikcə, yalnız  müvafiq infeksiya ilə qarşılaşdıqdan və ya peyvənd aldıqdan sonra əmələ gəlir (məsələn, aylar üzrə körpə uşaqlarda peyvəndləmə aparıldıqda) və genom surəti hüceyrə yaddaşına yazılır. Yəni müəllifin söylədiyi təbii və sünü anticisimlər termini yalnız onun düşündükləridir, reallıq və elmi həqiqət deyil.

 

Bir də ki, cənab Geyert V. Bosşe-nin kimin fondunda işlədiyini və kim tərəfindən  maliyyəşdirildiyini və boynuna məsuliyyət götürüb yazdığı bu məqaləyə görə aldığı qonorarı düşünün. Bu haqda az da olsa məlumatlı olsaz, yazdıqlarımı heç oxumaq belə lazım deyildir. Xatırladıram: Geyert V.Bosşe PhD (Bill və Melinda Geytsin Fondu, GlaxoSmithKline Biologicals, GAVI).

Musa Qəniyev

Tibb elmləri doktoru, professor

23.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,966 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Naxçıvan MR-da toylara icazə verilib.
Azərbaycan 24-ə bu barədə Naxçıvan MR-dan məlumat daxil olub.

Məlumata görə şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etmək icazəsi verilib.

Elə bu gün bir toy məclisinin keçirildiyi bildirilir.

Hörmətli həmvətənlər!

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq hər birinizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayırıq.

 

Həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

 

Novruz bayramınız mübarək olsun!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 20 mart 2021-ci il tarixində ölkə üzrə 236 ictimai iaşə obyektində 397 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Malik Mustafayev küçəsi ev 7 ünvanında yerləşən, fiziki şəxs Şamiyeva Lətifə Abas qızına məxsus kafe;

2. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsi 1, ev 38C ünvanında yerləşən, fiziki şəxs Ramil Rəhimov Dilman oğluna məxsus “Elit” kafesi;

3. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 56, m. 35 ünvanında yerləşən, "Urban Solution" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus pub;

4. Bakı şəhəri, Səbail rayonu, Xəqani ev 21 m.- ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad Qızına məxsus “BeeArif By Mydom” restoranı;

5. Bakı şəhəri, Nərimanov rayonu, Orucəliyev küçəsi ev 9/12 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elşən Kamal oğluna məxsus “İncir” kafesi;

6. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti ev 240, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Emrah Aksakala məxsus restoran;

7. İsmayıllı rayonu, Buynuz kəndində yerləşən, fiziki şəxs Şəfiyev Toğrul Fazil oğluna məxsus kafe;

8. Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Rüstəmov Elçin Aydın oğluna məxsus çay evi;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.

Bu yaş kateqoriyası üzrə vətəndaşların peyvənd olunmasına start veriləcək.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.

Müdafiə Nazirliyi Qubadlı rayonunun Çardaqlı kəndinin görüntülərini yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti