![]() |
|
Bunu Milli Məclisin iclasında çıxış edən deputat Musa Quliyev deyib.
Deputatın sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanunda şəhid ailələri və qazi ailələrinə güzəştlər nəzərdə tutulsa da, Qarabağ müharibəsi əlilləri bu rüsumlardan azad deyil:
“Bu, uyğunsuzluq yaradır. Qanunvericiliyə bununla bağlı dəyişiklik edilsin. Əlaqədar hökumət orqanları ilə bu məsələni araşdıraq və uyğunsuzluğu aradan qaldıraq”.
Çıxışının sonunda Musa Quliyev həmkarı Naqif Həmzəyevin təklifini də dəstəkləyib:
“Gəncə aeroportuna Nizami Gəncəvinin adının verilməsi çox mühüm hadisə olar. Ölkənin tanınması, gələn turistlərin daha çox məlumat alması baxımından bu çox yaxşı addım olar”.
"Ölkə.Az" xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.
Millət vəkili təklif edib ki, parlamentdə profil komitələri işçi qrupu yaradaraq uşaqpulu məsələsini araşdırıb bu sahədə hansı addımların atılmasının mümkünlüyü haqqında düşünsün: “İnanın ki, bundan sonra 20 cür müavinət verilsə də, yenə deyəcəklər ki, uşaqpulu verilmir. Bəzən qeyd olunur ki, 18 yaşına qədər uşaqlara pul ödənilməsi çətindir, çünki onların sayı 2 milyon 700 mindən çoxdur. Bəlkə 0-3 yaş arasında olan uşaqlara uşaqpulunun ödənilməsi məsələsinə baxıla bilər. Cəmiyyət, insanlarımız görsün ki, uşaqpulu verilir”.
Ağdamda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə yerli sakinlər arasında görüş keçirilib.
Report xəbər verir ki, görüş rayonun Mədəniyyət Evinin qarşısında keçirilib.
Açıq havada təşkil olunan tədbir pandemiya dövrünün şərtlərinə uyğun olaraq davam edib. Tədbirdə əhalinin işğaldan azad olunan ərazilərə icazəsiz səfər etmələrinin qarşısını alınması ilə bağlı maarifləndirici fikirlər səsləndirilib.
FHN əməkdaşları əhaliyə bir daha xəbərdarlıq edərək bildirib ki, insanlar işğaldan azad edilən yerlərə icazəsiz səfər etməklə öz həyatlarını təhlükəyə atırlar:
"Ona görə də dəfələrlə xəbərdarlıq olunub ki, vətəndaşlar bu cür səfərləri müvəqqəti olaraq gerçəkləşdirməkdən çəkinsinlər. Bundan əlavə, düşmənin hansı yerləri və nə qədər mina ilə döşəməsi bəlli olmadığı üçün insanlarımızın hər addımda həyatları üçün təhlükə qaçılmazdır. Odur ki, verilən tapşırıqlara və tövsiyələrə əməl etmələri məsləhət görülür".
Report xəbər verir ki, polis əməkdaşlarının peyvəndlənməsi Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında həyata keçirilir.
DİN Tibb İdarəsinin şöbə rəisi Loğman Zeynalov "Report" a açıqlamasında bildirib ki, Bakı şəhərində polislərin vaksinasiyasına fevralın 6-dan başlanılıb və könüllülük əsasındadır.
Onun sözlərinə görə, respublikanın rayon və şəhərlərində polislərin vaksinasiyasını TƏBİB və Səhiyyə Nazirliyinin müalicə-profilaktika müəssisələri həyata keçirəcək və yaxın vaxtlarda başlanacaq.
Bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında məlumatlar yayılır. Söz-söhbət gəzir ki, mart ayının sonunda, Novruz bayramı tətilindən sonra şagirdlərin məktəbə getməsi dayandırılaraq distant təhsilə keçiləcək.
Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə açıqlamasında bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycanda məktəblərin bağlanmasına səbəb olacaq sanitar-epidemioloji durum yoxdur.
“Cəmiyyətdə gəzən söz-söhbətin heç bir əsası yoxdur. Sosial şəbəkələrdə səhv informasiya yayırlar. Ümumiyyətlə, dərslərin dayandırılması ilə bağlı məsələ birbaşa Nazirlər Kabinetinin verdiyi qərarla tənzimlənir.
Hazırda mətkəblərdə dərslərin dayandırılmasına əsas verəcək heç bir narahatlıq və təhlükə yoxdur”, - deyə Cəsarət Valehov bildirib.
Baku.ws xəbər verir ki, bu barədə TƏBİB-in nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva RealTV-yə müsahibəsində bildirib.
“Əgər açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Sosial məkanlarda olarkən isə mütləq maska taxılmalıdır.
Bulvarda, yaxud parkda gəzərkən və ətrafda heç kim olmadıqda maska taxmaya bilərsiniz. Elə bir qayda da yoxdur”, - deyə Nəzrin Mustafayeva bildirib.
Bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasiyası 2014-cü ildə aparılıb:
"2014-cü ildə aparılan yaş verifikasiyası zamanı onun yaşının çox şişirdildiyi məlum olmuşdur. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real 95 yaşı olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdan oraya köçən ailədəndir. Lənkərana isə gəlin gəlib".
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.
Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycanda indiyə qədər yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib:
"Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür. Yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib. Sənəddəki yaşı ilə real yaşı arasında hətta 30 il fərq olan insanlar da olub".
“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 12-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (//video.edu.az/) izləyə bilərlər.
Baku.ws xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universitetinin təhsil şöbəsinin müdiri Şəfəq Şahməmmədova bildirib.
O əlavə edib ki, univeristetdə 20-yə yaxın dil tədris olunur: "Dil dərsləri isə praktik dərslərdir. Biz çox istədik ki, tədrisi ənənəvi şəkildə həyata keçirək. Lakin keçən semestrin əvvəlində, yəni sentyabr ayında da təhsilin hibrid formada tədrisi gündəmdə idi.
Biz tələbələr arasında sorğu keçirmişdik. Məlum oldu ki, tələbələrin 60 faizindən çoxu bölgələrdə yaşayır. Bu səbəbdən biz o tələbələrin hamısını ənənəvi tədris formasına dəvət edə bilmədik və buna məcburiyyət də yoxdur.
Eyni zamanda sosial durum da buna imkan vermədi. Tələbələrin bura gəlməsi, yaşayış yeri tapması, onların kirayədə qalması da var. Təəssüf hissi ilə qeyd edim ki, bəzi tələbələrin sui-istifadə halları da buna səbəb ola bilərdi. Biz müəyyən çətinlikləri nəzərə alaraq və məcburiyyət də olmadığına görə dərslərimizə onlayn şəkildə davam edəcəyik".