Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bu barədəBakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", - deyə BNA sürücülərə müraciətində bildirib.

Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvənd olunmaq istəyən vətəndaşların yeni yaradılan randevu.its.gov.az saytı üzərindən müraciətinə başlanılır.

"Ölkə.Az" bildirir ki, randevu sistemi 65 yaş və üzəri, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub.

Belə ki, yaş qruplarının növbəliyi nəzərə alınmaqla vətəndaşlar fevralın 5-dən başlayaraq sayta daxil olub randevu alaraq vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçmək imkanı əldə edəcəklər.

Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara SMS vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura biləcəklər. 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq.

Beləliklə, fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar birdiriləcək.

Yalnız randevu.its.gov.az internet ünvanında öncədən qeydiyyatdan keçməklə vaksinasiya üçün müraciət etmək mümkündür və ikinci dozanın vurulması birinci dozanın vurulduğu məntəqədə həyata keçiriləcək.

Vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir. Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir.

İlk dəfə randevu götürən şəxs ikinci dəfə randevunu dəyişmək istədikdə əvvəlki vaksinasiya randevuları ləğv edilib yenisi ilə əvəz edilir. Seçilən məntəqədə randevu limitinin dolduğu tarix və ya saat aralıqları passiv edilir və seçilməsi mümkün olmur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib.

Bu barədə "Ölkə.Az" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

"Ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub. Xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq insanların kompakt şəkildə bir məkanda cəmləşməsi onların sağlamlıqları üçün təhlükə yarada bilər.

Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib.

Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür", - məlumatda deyilir.

Dövlət Turizm Agentliyi bir daha istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırır.

"Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm. Biz indi “ağıllı kənd” konsepsiyasını da hazırlayırıq. Bu konsepsiya demək olar ki, hazırdır, mənə məruzə edildi, mən bunu təsdiqlədim. “Ağıllı kənd” birinci pilot layihəsi icra ediləcəkdir. Məhz o yerlər də düzgün təsbit edilməlidir. Əkin sahələri və əkin sahələrinə gedən yollar təmizlənməlidir. Bu da prioritetlər sırasındadır".

Bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Çünki mənfur düşmən bizim torpağımızı da vəhşicəsinə istismar edib. Azad olunmuş torpaqlarda təkcə taxıl altında 90 min hektar sahədən mənfur düşmən qanunsuz istifadə edib və qanunsuz varlanıb. Vaxt itirməmək üçün mənim göstərişimlə bütün güclər artıq səfərbər edilib və müharibə başa çatandan sonra mən dərhal bu işlərə start verdim. Deyə bilərəm ki, payızlıq əkin də aparılmışdır. Baxın, müharibə noyabrın 10-da dayandı və biz dekabr ayından payız əkininə başlamışıq. Mənə gündəlik məlumat verilir, 7 min hektarda artıq payız əkini aparılıb. Yəni, bu, yenə də bizim gücümüzü göstərir. Onu göstərir ki, biz bir dəqiqə də, bir gün də gözləmək istəmirik. Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir. Bu yaxınlarda üç nəfər minaya düşüb, bir nəfər həlak olub. Yəni, o işin təşəbbüskarı var. Təşəbbüsü irəli sürən adam özü də xəsarət alıb, yanında olanlar da. Ona görə, bu, çox ciddi məsuliyyətdir. Ona görə, indi yazlıq əkin üçün sahələrin müəyyənləşdirilməsi prosesi də gedir, torpaqlar müəyyən edilib və o əkin sahələrinə gedən yollar da mütləq prioritetlər sırasında olmalıdır", - dövlət başçısı bildirib.

Təhsil müəssisələrində 10-11-ci sinif şagirdlərinin tədrisi əyani olaraq keçirilməyəcək, əvvəl olduğu kimi onlayn qaydada davam edəcək.

"Bu barədə bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev isə  qeyd edib ki, fevralın 15-dək X və XI siniflərin əyani təhsilə cəlb olunması ilə bağlı müvafiq qərarlar ölkədə müvafiq yoluxma hallarını nəzərə alınaraq veriləcək.

Dərsə gəlmək istəməyənlərlə bağlı RƏSMİ AÇIQLAMA
 "Spesifik hal məktəb səviyyəsində müzakirə olunur. Əgər kimsə dərsə gəlmək istəmirsə, bu barədə qərarı məktəb verəcək”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Şöbə müdiri bildirib ki, ali təhsil müəssisələrində mühazirə və seminarlar onlayn olacaq.
Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsilin bərpası ilə bağlı detallar açıqlanıb.

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) əyani təhsilin bərpası ilə bağlı detallar açıqlanıb.

Təhsil Nazirliyindən Ölkə.Az-a bildirilib ki, uşaq bağçaları fevralın 15-dən faəliyyətini qismən bərpa edəcək.

Xəbər verdiyimiz kimi fevralın 15-dən universitetlərdə, yuxarı siniflərdə ənənəvi təhsil bərpa edilir. Bundan əlavə fevralın 15-dən baxçalar da açılır. Ali məktəblərdə ənənəvi dərslərin bərpa edilməsi nəqliyyatda sıxlığın artmasına da səbəb olacaq. Bu gün səsləndirilən iddialardan biri də fevralın 15-dən metronun da fəaliyyətinin bərpa ediləcəyi ilə bağlıdır. Fevralın 15-dən metronun da fəaliyyəti bərpa edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bu barədə rəsmi qərar yoxdur:

"Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Ali məktəblərdə ənənəvi təhsil bərpa edildikdən sonra metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən də Operativ Qərargaha müraciət olunub.Həmçinin bildiyiniz kimi, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq".

Fevralın 15-dən etibarən məktəbəqədər təhsil müəssisələrində tədris qismən bərpa edilir.

Bu barədə Təhsil Nazirliyinin təklifində öz əksini tapıb.

Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə olacaq.

Bundan başqa, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədris bərpa edilir.

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək.

 8 fevral tarixindən:

  • Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;
  • Layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla;
  • Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

2021-ci il 15 fevral tarixindən:

  • Məktəbəqədər təhsil müəssisələrində;
  • Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla;
  • Xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla;
  • Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Xəbər lenti