Paytaxtda artıq qurbanlıq heyvanların satışına başlanılıb.

Ardını oxu...

Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ardını oxu...

 

Plastik qabları yandıranlar cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan rayonunun Çuxanlı və Neftçala rayonunun Kürqarabucaq kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 3, Beyləqan rayonu, 20 Yanvar küçəsi yaxınlığında məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 1, Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı 5 protokol tərtib olunub.

Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı, rayon İcra hakimiyyətləri və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.

 Təqdirəlayiq haldır ki, bir neçə rayon İcra hakimiyyəti tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı ETSN-yə müraciətlər olunub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində 1 ədəd konteyner yerləşdirilib.

ETSN plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, bu işdə öz töhfələrini verməyə çağırır.

Ötən gün bəzi internet resurslarında və sosial şəbəkələrdə gömrük orqanlarına qarşı əsassız ittihamların yer aldığı məlumat və video yayımlanıb.

Ardını oxu...

Qafqaz Müsəlmanları İdarəsinin (QİMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

Ardını oxu...

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib.

Ardını oxu...

Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-də saat 11:00-da Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında (Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi 2) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhərindən, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan sakinləri qəbul edəcək.

Ardını oxu...

Azərbaycanın tanınmış şairi Musa Yaqubun son durumu ilə bağlı video yayılıb.

Ardını oxu...

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ardını oxu...

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi polis polkovniki Əbdül Zərgərli dünyasını dəyişib.

Ardını oxu...

Xəbər lenti