DYP-dən həyəcan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
BŞDYPİ-nin rəhbərliyi bir daha yol hərəkəti iştirakçılarına - sürücü və piyadalara müraciət edib

"Bu ilin 11 ayı ərzində Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili zamanı piyadaların avtomobillərlə vurulması hallarının çoxluğu Daxili İşlər Nazirliyinin (DİN) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyini ciddi narahat edir". 

Yol-xeber.az xəbər verir ki, bunu “Report”a BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Şöbə rəisi bildirib ki, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol-nəqliyyat hadisələri zamanı 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Baş verən yol-nəqliyyat hadisələrini təhlil edərkən məlum olur ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb". 

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrin sayı ümumi yol qəzalarının 64 %-ni təşkil edir. Buna görə, BŞDYPİ-nin rəhbərliyi bir daha yol hərəkəti iştirakçılarına - sürücü və piyadalara müraciət edib.

Müraciətdə bildirilib: "Piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri əsasən günün qaranlıq vaxtları və işıqlandırılmayan ərazilərdə baş verib. Bundan başqa, yolun hərəkət hissəsində, yerüstü və yeraltı keçidlərinin yaxınlığında da piyada vurulması halları qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı sənədləşləşmə aparılır və günahkar qanun qarşısında cavab verir. Lakin piyadalar yol hərəkəti iştirakçıları olduğundan Yol Hərəkəti haqqında Qanunun 40-cı maddəsinin tələblərinə əməl etməlidirlər. Baş verən yol-nəqliyyat hadisələri zamanı piyadalar da öz məsuliyyətini başa düşməli və tələblərə uyğun hərəkət etməlidirlər: "Buna görə də yol hərəkəti iştirakçıları olan piyadalara tövsiyə edirik ki, yol hərəkəti qaydalarını pozmasınlar, xüsusilə də günün qaranlıq və işqlandırılmayan ərazilərində hərəkət edərkən piyadalar üçün nəzərdə tutulan səkilərdn, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməməyə çalışsınlar, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər". 

Vaqif Əsədov əlavə edib ki, BŞDYPİ-nin rəhbərliyin göstəriş və tapşırıqları əsasında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təbliğat və maarifləndirmə işinin gücləndirlməsi üçün əlavə tədbirlər görülülür: "Həmçinin, piyadalar arasında nizam-intizamı yüksəltməyə çalışacağıq. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlamışıq, yeraltı və yerüstü piyada keçidlərinə ciddi şəkildə nəzarət ediləcək". 

Şöbə rəisinin sözlərinə görə, əksər hallarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı təkcə sürücülərin yox, piyadaların da müəyyən təqsiri var: "Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə hərəkətin təhlükəsizliyi, piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısını almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır".

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti