Sürücü avtomobilin cərimə meydançasına qanunsuz aparıldığını bildirir - DYP-dən AÇIQLAMA - FOTO
Sürücü bu barədə Yol Polisi İdarəsinədə şikayət edəcəyini bildirdi

Avtosfer.az xəbər verir ki, bu barədə sürücü  Press.az-a bildirib ki, Bakının Yasamal rayonu ərazisində 99-YP-345 Dövlət qeydiyyatlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan DYP əməkdaşı İnspektor Şükür, 10-OD-280 Dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobilimin ön hissəsinin əlavə avadanlıqlarla qaldırıldığı bildirilərək DYP-ə aid 16 saylı (Qurd qapısı yaxınlığında) müvəqqəti dayanacağa aparıb. 

Sürücü iddia edib ki, avtomobilin ön hissəsində heç bir əlavə avadanlıqdan istifadə edilməyib və avtomobilin müvəqqəti dayanacağa aparılması üçün heç bir qayda pozuntusu olmayıb. DYP əməkdaşları əsassız olaraq avtomobili müvəqqəti duracağa yerləşdirib.

Avtosfer.az Press.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlanılıb.

 

Vaqif Əsədov bildirib ki, sürücüyə cərimə tərtib edilən zaman həmçinin məlumat verilir ki, əgər protokol ilə razı deyilsə, bu barədə 10 gün müddətində Yol Polisi İdarəsinə şikayət ünvanlaya bilər. Həmin sürücüyədə Yol Polis İdarəsinə bu barədə şikayət ünvanlamağı tövsiyyə edirik ki, yaranmış vəziyyət araşdırılsın. Ümumiyyətlə sürücülər hər hansısa bir qayda pozuntusuna görə onlara tərtib edilən protokoldan narazı qaldıqlarında KİV-dən əvvəl Yol Polisi İdarəsinə şikayət etsinlər.

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı press.az ekspert Ərşad Hüseyinovla əlaqə saxlayıb. Ə. Hüseyinov bildirib ki, bu kimi hallarda avtomobil müvəqqəti duracağa aparılmamışdan öncə sənəd üzərində göstərilən göstəricilər sürücüyə təqdim edilməlidir:

"Bu kimi qayda pozuntusunu iddia edildikdə, sənəd göstərilməlidir ki, baxın qanunda budur, lakin sizdə qanuna uyğun deyil. Əyər qayda pozuntusu yerində sübut edilmirsə, bu artıq doğru deyil"- deyə Ə. Hüseyinov bildirib.

Sürücü bu barədə Yol Polisi İdarəsinədə şikayət edəcəyini bildirdi.

Avtosfer.az sürücünün Press.az-a göndərdiyi şəkilləri sizlərə təqdim edirik.

 

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti