Bu vəziyyətdə yol polisinin sizi saxlaması qanunsuzdur - VİDEO
Bu yolayrıcında dayanmadan hərəkət etmək olar

Paytaxtda və digər yollarda bəzi yolayrıcları (birləşmə yerləri) var ki, sürücülər orada lüzumsuz olaraq dayanıb digər istiqamətdən gələn, lakin trayektoriyası kəsişmədiyi avtomobillərə yol verir. Bunun səbəbi isə sürücülərin qanunu yaxşı bilməməsi və yol polisi əməkdaşları tərəfindən sürücülərin qanunsuz şəkildə saxlanılmasıdır. Bu cür yolayrıclarının birində sürücünün yol polisi tərəfindən qanunsuz olaraq saxlanılması videosunu Avtosfer.az sizə təqdim edir. Bakı-Dairəvi yolunda çəkilmiş bu videoya diqqətlə baxdıqda məlum olur ki, birləşmə yerində iki zolaq var və hər iki istiqamətdən gələn sürücülər dayanmadan öz zolaqları üzrə hərəkət edə bilər. Bu yolayrıcında trayektoriyalar kəsişmir. Trayektoriya kəsişməyən yolayrıcına isə üstünlük nişanı quraşdırılması qaydalar çərçivəsində deyil. “Yol ver” və “baş yol” nişanları zolaqların və istiqamətlərin kəsişdiyi nöqtələrə qoyulmalıdır ki, hansı istiqamətdən gələn avtomobilin üstün olması sürücülərə aydın olsun. Videodakı kimi yolayrıclarında üstünlük nişanları quraşdırılmamalıdır. Quraşdırılmış olsa belə həmin nişanların heç bir əhəmiyyəti yoxdur.

Təqdim etdiyimiz görüntüdə aydın şəkildə görünür ki, yolayrıcının hüdudlarında hərəkət edən sürücü sola yerdəyişmə edən zaman Yol Hərəkəti Haqqında Qanunun V hissəsinin tələbini pozaraq (Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir) sol zolaqdakı sürücüyə yol vermir. Lakin polis haqsız olaraq sol zolaqdakı sürücüyə "saxla əmri" verir. Bu cür hallarla rastlaşmış sürücülər isə növbəti dəvə polisin onu saxlayacağından ehtiyat edib lüzumsuz olaraq dayanıb tıxac yaradır.

Qeyd edək ki, bu konfiqurasiyada olan yolayrıclarından biri də Hüseyn Cavid parkının qarşısında (Elmlər Akademiyası metrosunun yaxınlığında) yerləşir. Həmin yolayrıcında da sürücülər lüzumsuz olaraq dayanıb digər istiqamətdən gələn sürücüləri gözləyirlər. Bu tip yolayrıcında hər iki istiqamətdən gələn sürücülər dayanmadan hərəkətlərinə davam edə bilər. Əgər sürücülər zolaqlar üzrə yerdəyişmə edərsə, yerdəyişmə edən sürücü digər zolaqdakı sürücüyə yol verməlidir. Əgər sürücülər yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.

 

24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT
18 Aprel 2025 İtkin şəhidimiz dəfn olundu - FOTOLAR
18 Aprel 2025 Sabah 22 dərəcə isti oIacaq

Xəbər lenti