|
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabana ziyarətə gələn dövlət işçiləri öz avtomobillərini harada gəldi park edərək yolu zəbt ediblər. Avtosfer.az xəbər verir ki, Mikayıl Müşviq küçəsində ("Unibank"ın qarşısında) həmin şəxslər avtomobillərini səkiyə çıxararaq piyadaların yolunu kəsiblər. Yaxınlıqda olan avtobus dayanacağı da avtomobillər tərəfindən zəbt olunmuşdu.
Sürücülərə tövsiyə edirik ki, bu cür hallarda tək öz rahatçılıqlarını düşünərək digər hərəkət iştirakçılarının yolunu kəsməsinlər. Siz harasa daha yaxın məsafədə piyada hərəkət etmək istədiyiniz kimi, digər insanlar da, səkidə rahat getmək və dayanacaqda avtobusa rahat minib-düşmək istəyir.